Icma.az
close
up
RU
“Miqrantların elektron izlənməsi Rusiyanın imicinə xələl gətirəcək” Politoloq

“Miqrantların elektron izlənməsi Rusiyanın imicinə xələl gətirəcək” Politoloq

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, sentyabrın 1-dən etibarən Moskvada miqrantları izləməyə imkan verəcək elektron monitorinq tətbiqi istifadəyə veriləcək.

Rusiyada çalışan azərbaycanlı miqrantların sayı çoxdur. Bu sistem onların həyatına və fəaliyyətinə hansı dəyişiklikləri gətirə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Xəyal Bəşirov bildirdi ki, Rusiyada uzun müddətdir miqrantlarla əlaqədar qanunvericilikdə sərtləşdirici dəyişikliklər və əlavələr edilir:

"Təbii ki, bu, ölkəyə çox sayda gələn yalnız azərbaycanlılar yox, ümumilikdə bütün miqrantlar üçün ciddi çətinliklər yaradır. Hər halda hesab edirəm ki, ölkə daxilində baş verən bu proseslər Rusiya dövləti və onun siyasəti haqqında müsbət rəy formalaşdırmır. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Rusiya hazırda Ukrayna ilə müharibə şəraitindədir və miqrant məsələsi dövlət üçün ən həssas mövzulardan birinə çevrilib. Miqrantların hüquqlarının məhdudlaşdırılması istiqamətində atılan ardıcıl addımlar, eləcə də bir müddət öncə onların ölkədə qalma müddətinin azaldılması, daha sonra isə həmin müddətin yenidən uzadılması göstərdi ki, sərt məhdudiyyətlər arzuolunan nəticə vermir. Məhz buna görə də əvvəlki qərara düzəliş edilərək, qalma müddəti artırıldı".

Müsahibimiz əlavə etdi ki, Rusiyanın iqtisadi və sosial proseslərinin əksəriyyətində miqrantların rolu az deyil:

"Bu baxımdan hesab edirəm ki, Moskva miqrant siyasətinə müsbət məna daşıyan yeni yanaşma formalaşdırmalıdır. Çünki onların məşğulluq sahələrinin məhdudlaşdırılması, elektron izləmə mexanizmlərinin tətbiqi və digər sərt addımlar insan hüquq və azadlıqları baxımından da doğru sayılmır. Hüquq və azadlıqların məhdudlaşdırılması selektiv münasibət yaradır və bu, gələcəkdə digər ölkələrdə ruslara qarşı adekvat tədbirlərin görülməsinə səbəb ola bilər. Bu isə Rusiya dövlətinin imicinə xeyir gətirməz.

Qeyd olunan məhdudiyyətlərin azərbaycanlı miqrantlar da daxil olmaqla bütün miqrantların həyatına, fəaliyyətinə və psixoloji durumuna mənfi təsir göstərəcəyi şübhəsizdir. İnsanlar zamanla istənilən şəraitə uyğunlaşa bilirlər, lakin bu, dəyişiklikləri qəbul etmək anlamına gəlmir. Sadəcə mövcud reallığı nəzərə alaraq qanunlara uyğun hərəkət etməyi ifadə edir. Amma eyni zamanda bu yanaşma, həmin şəxslərdə Rusiya dövlətinin yürütdüyü siyasətə qarşı narazılığı və etirazı daha da gücləndirəcək".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Avqust 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri