Miqrantların azalması Rusiyanın iqtisadi inkişafını təhlükə altında qoya bilər
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Əmək miqrantlarının sayının azalması Rusiyanın iqtisadi inkişaf planlarını təhlükə altında qoya bilər.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Özbəkistanda səfərdə olarkən bildirib.
"Vəziyyəti qlobal miqyasda götürsək, əlbəttə ki, əmək miqrantlarının sayının azalmasına gətirib çıxaracaq tədbirlər bizim maraqlarımıza uyğun gəlmir, çünki işçi qüvvəsinin çatışmazlığı ölkənin inkişafı ilə bağlı müvafiq planları daha az reallaşdıra bilər", - o vurğulayıb.
Lavrov həmçinin qeyd edib ki, miqrantlar Rusiya qanunvericiliyinə əməl etməlidirlər: “Problemin ikinci hissəsi Rusiya qanunlarına riayət etmək və əmək miqrantları arasında kriminal meyllərin yaranmasının qarşısını almaq zərurəti ilə bağlıdır. Bu cür hallar baş verir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 23 Aprel 2025 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















