Icma.az
close
up
RU
Miqrasiya böhranı Aİ ni növbəti sınağa çəkir

Miqrasiya böhranı Aİ ni növbəti sınağa çəkir

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Seuta mübahisəsi getdikcə böyüməkdədir

Avropa İttifaqı (Aİ) son illər Ukrayna müharibəsi, enerji təhlükəsizliyi, iqtisadi tənəzzül və müdafiə məsələləri kimi çoxsaylı böhranlarla üzləşsə də, miqrasiya problemi ən həssas və mübahisəli mövzulardan biri olaraq qalmağa davam edir. Mərakeşdən İspaniyanın Şimali Afrikadakı Seuta anklavına qısa müddətdə on minlərlə miqrantın keçməsi Avropa ölkələri arasında uzun müddətdir gizli şəkildə davam edən fikir ayrılıqlarını yenidən üzə çıxarıb. Hadisələr fonunda Avropa İttifaqının daxili işlər nazirlərinin fövqəladə toplantısı çağırılıb.

Ümumən, son günlərdə Seutaya daxil olan miqrantların sayının 50-60 min arasında olduğu deyilir. Həmin göstərici əhalisi təxminən 85 min nəfər olan Seuta üçün misli görünməmiş yük hesab olunur. İspaniya hökumətinin məlumatına görə, hadisələr zamanı onlarla insan həyatını itirib, minlərlə şəxs isə qısa müddətdə şəhərə daxil olub. Sonradan onların böyük hissəsinin Mərakeşə geri qaytarıldığı bildirilsə də, böhran Avropanın siyasi gündəmini tamamilə dəyişdirib. Seuta Aİ-nin Afrikadakı ən həssas sərhəd nöqtələrindən biri hesab edilir. Mərakeş ərazisində yerləşən, lakin İspaniyanın nəzarətində olan şəhər illərdir qeyri-qanuni miqrasiyanın əsas marşrutlarından biri kimi tanınır. Bununla belə, hazırkı hadisələrin miqyası əvvəlki illərdə qeydə alınan bütün keçidləri üstələyib.

Maraqlıdır ki, İspaniya hadisəni milli təhlükəsizlik və dövlət suverenliyi məsələsi kimi təqdim edir. Lakin Madridin mövqeyi bütün Avropa paytaxtlarında eyni şəkildə qarşılanmayıb. Əksinə, böhran Aİ daxilində fərqli siyasi baxışların toqquşmasına səbəb olub. İtaliya hökuməti hadisələrə ən sərt reaksiya verən ölkələrdən biri kimi çıxış edib. Baş nazir Corcia Meloni İspaniya ilə hava və dəniz nəqliyyatı istiqamətində əlavə sərhəd yoxlamalarının tətbiq ediləcəyini açıqlayıb. Roma bu qərarı milli təhlükəsizliklə əsaslandıraraq Seutadakı vəziyyətin digər Avropa ölkələrinə də təsir göstərə biləcəyini bildirib. İtaliya rəsmilərinin fikrincə, sərhədlərə nəzarətin zəifləməsi qeyri-qanuni miqrasiyanın bütün Avropa boyunca yayılması riskini artırır. İtaliyanın qərarı ona görə diqqət çəkir ki, sözügedən addım Şengen sisteminin əsas prinsiplərindən biri olan sərbəst hərəkət ideyasını sual altına qoyur. Son illərdə pandemiya, terror təhlükəsi və miqrasiya axınları səbəbindən bir sıra ölkələr müvəqqəti sərhəd nəzarətini bərpa etsələr də, Seuta böhranı fonunda verilən qərar Avropa daxilində etimad böhranının daha da dərinləşdirir. Meloni hökuməti hesab edir ki, Aİ-nin xarici sərhədləri lazımi səviyyədə qorunmadıqda daxili sərhədlərin açıq qalması təhlükəsizlik risklərini artırır. Madrid isə bu arqumentləri siyasi məqsədlər üçün istifadə olunan yanaşma kimi yozur.

İspaniyanın Baş naziri Pedro Sançes tərəfdaş ölkələrin reaksiyasına açıq etiraz edib. O, Avrokomissiyanın sədri Ursula fon der Lyayenə, Aİ-nin digər rəsmilərinə göndərdiyi məktubda bəzi ölkələrin hadisələrdən siyasi dividend əldə etməyə çalışdığını bildirib. Sançes vurğulayıb ki, Aİ Belarus-Polşa və ya Rusiya-Finlandiya sərhədlərində baş verən hadisələr zamanı həmrəylik nümayiş etdirdiyi halda, Seuta məsələsində eyni münasibət göstərilməyib. Onun fikrincə, bu yanaşma Aİ daxilində ikili standartların mövcudluğu barədə suallar yaradır. Madrid xüsusilə Seutanın hüquqi statusuna diqqət çəkir. İspaniya hökuməti bildirir ki, Seuta Şengen məkanının adi hissəsi deyil və burada tətbiq edilən xüsusi rejim onsuz da miqrantların Avropanın digər hissələrinə sərbəst keçidini məhdudlaşdırır. Ona görə də bəzi ölkələrin İspaniyanın Şengen sistemindən müvəqqəti uzaqlaşdırılmasını tələb etməsi Madriddə ciddi narazılıq doğurub.

Böhranın yaratdığı əsas müzakirələrdən biri də Aİ-nin miqrasiya siyasətinin effektivliyi ilə bağlıdır. Son illər qəbul edilmiş Miqrasiya və Sığınacaq Paktı üzv dövlətlər arasında məsuliyyət bölgüsünü daha balanslı şəkildə təşkil etməyi hədəfləsə də, Seuta hadisələri göstərir ki, vahid yanaşma hələ tam formalaşmayıb. Şərqi Avropa ölkələrinin əhəmiyyətli hissəsi sərhədlərin daha sərt qorunmasını müdafiə etdiyi halda, bəzi Qərbi Avropa dövlətləri humanitar yanaşmanın qorunmasının vacibliyini vurğulayır.

Məsələnin başqa bir tərəfi Avropa daxilində sağ və sol siyasi qüvvələr arasındakı rəqabətlə bağlıdır. Son illər miqrasiya mövzusu bir çox ölkədə seçki kampaniyalarının əsas mövzularından birinə çevrilib. İtaliya, Niderland, Avstriya və Skandinaviya ölkələrində sərt miqrasiya siyasətini müdafiə edən partiyalar ciddi dəstək qazanıblar. Seuta böhranı Avrokomissiyanın və bəzi hökumətlərin siyasətini tənqid etmək üçün əlavə arqument yaradıb. Nəticədə humanitar və təhlükəsizlik məsələsi daxili siyasi mübarizənin də alətinə çevrilib.

Əvvəldə qeyd etdiyimiz Aİ-nin daxili işlər nazirlərinin fövqəladə toplantısı bu fonda xüsusi əhəmiyyət daşıyır. Görüşdə əsas diqqətin xarici sərhədlərin qorunması, Frontex-in imkanlarının artırılması, miqrantların geri qaytarılması prosedurlarının sürətləndirilməsi və üzv dövlətlər arasında koordinasiyanın gücləndirilməsinə yönələcəyi gözlənilir. Əsas məqsədlərindən biri də Seuta böhranının yaratdığı siyasi parçalanmanın qarşısını almaqdır. Çünki Avropa liderləri anlayırlar ki, miqrasiya məsələsində ortaq mövqe formalaşdırılmasa, gələcəkdə daha ciddi böhranlar yarana bilər. Bir tərəfdən sərhədlərin qorunması tələb olunur, digər tərəfdən isə Aİ-nin əsas dəyərləri və insan hüquqları prinsipləri qorunmalıdır. Bu iki məqsəd arasında tarazlıq qurmaq isə getdikcə daha mürəkkəb və siyasi baxımdan həssas məsələyə çevrilir.

Züriyyə QARAYEVA,
politoloq

Seuta böhranı İspaniyanın miqrasiya və sərhəd təhlükəsizliyi problemi ilə yanaşı, həm də Avropa İttifaqının vahid miqrasiya siyasətinin sınağa çəkildiyi növbəti hadisə kimi qiymətləndirilə bilər. Əgər böhran fonunda bəzi Avropa ölkələri İspaniyanın sərhəd siyasətini tənqid edir və ya Madridə qarşı siyasi təzyiqləri artırırsa, bu, Aİ daxilində onsuz da mövcud olan Şimal–Cənub və Şərq–Qərb yanaşma fərqlərini daha da qabarda bilər. Xüsusilə miqrasiya yükünün bölüşdürülməsi, sərhədlərin qorunması və maliyyə məsuliyyəti kimi məsələlər üzv dövlətlər arasında fikir ayrılıqlarını dərinləşdirən əsas amillər olaraq qalır.

Yaxın perspektivdə prosesin Aİ daxilində institusional parçalanma yaratması ehtimalı yüksək olmasa da, siyasi konsensusun zəifləməsinə təsir göstərə bilər. Miqrasiya məsələsində daha sərt mövqe tutan hökumətlərlə humanitar yanaşmanı müdafiə edən ölkələr arasında ziddiyyətlərin artması Aİ-nin ortaq qərar qəbul etməsini çətinləşdirə bilər. Bu isə həm daxili həmrəyliyə, həm də İttifaqın xarici sərhədlərin idarə olunması və qonşuluq siyasətində vahid mövqe nümayiş etdirmək imkanlarına mənfi təsir göstərə bilər.

Nəzrin ELDARQIZI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Avqust 2026 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see332

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see304

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see302

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see298

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see272

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see268

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see258

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see249

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see247

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see243

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see241

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see225

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see224

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see224

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see222

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see220

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see216

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see210

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see209

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri