Icma.az
close
up
RU
Təbiət zəifləri sınağa çəkir

Təbiət zəifləri sınağa çəkir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Yaz gələndə təbiət yenidən nəfəs almağa başlayır. Torpaq isinib canlanır, ağaclar çiçəklərlə örtülür, hava dəyişir, günəş daha səxavətli olur. İnsan ruhu da bu dəyişikliklərə qoşulur - daha çox gəzmək, açıq havada olmaq, həyatın ritmini yeniləmək istəyir. Lakin bu gözəlliyin fonunda hər kəs eyni rahatlığı hiss etmir. Yaz mövsümü, xüsusilə tənəffüs sistemi xəstəliklərindən və allergiyadan əziyyət çəkən insanlar üçün həm də ciddi sınaq dövrüdür.

Tibbi statistikaya görə, dünyada əhalinin, təxminən, 20–30 faizi müxtəlif formalı allergiyalardan əziyyət çəkir. Onların əhəmiyyətli bir hissəsində isə bu allergiyalar məhz yaz aylarında – bitkilərin çiçəkləmə dövründə daha qabarıq şəkildə özünü göstərir. Havada polenlərin miqdarının artması bronxial astma və allergik rinit kimi xəstəliklərin kəskinləşməsinə səbəb olur. Bu dövrdə təcili tibbi yardıma müraciətlərin sayında da artım müşahidə edilir.

Məsələ ilə bağlı allerqoloq-pulmonoloq Rasim Nərimanın fikirlərini öyrəndik. Həkim bildirdi ki, yazda adətən, çəmən otlarının və tez tozlanan ağacların tozlarına qarşı allergiyası olan insanlarda allergik xəstəliklərin əlamətləri kəskinləşir. Tez tozlanan ağaclara fındıq ağacı, qaraağac, zeytun ağacı, sərv-sərvkimilər aiddir. Eyni zamanda, havada qıcıqlandırıcı hissəciklərin artması ilə yanaşı, yazda evdə və həyətdə (bağlarda, əkin sahələrində) təmizlik işlərinin aparılması da bəzən tənəffüs problemlərinə gətirib çıxarır.

Allergik xəstəliklərdə burun tutulması, asqırma, burundan çoxlu miqdarda şəffaf suyun gəlməsi, yuxu pozğunluğu, gözlərin qaşınması, burunda və gözdə qıcıqlanma, şişmə, ödəmləşmə kimi əlamətlər olur. Bu əlamətlərin havadakı tozun miqdarından asılı olaraq aqressivliyi və ağırlıq dərəcəsi dəyişir.

Adətən, il isti olanda, yəni istilər tez düşəndə, küləkli hava olanda, yağış yağmayanda xəstələrin şikayəti daha tez - hardasa fevralın ikinci yarısından başlayır. Amma hava yağışlı, soyuq olanda, istilik nisbətən gec düşəndə və ya küləkli hava olmasa, küləyin miqdarı az olsa tozlanma gec başlayır deyə xəstələrin şikayəti mart ayının birinci yarısından başlaya bilər. Yəni iki həftəlik aralıqla - iki həftə ya tez, ya gec olmaqla allergik xəstəliyi olan insanlarda allergiyanın əlamətlərinin kəskinləşməsi baş verir”.

Pulmonoloq tövsiyə edir ki, risk qrupuna daxil olan şəxslər profilaktik tədbirlərə xüsusi diqqət yetirməlidirlər: “Bu dövrdə mütləq dərəcədə həmin xəstələr dərman müalicəsi almalı və qorunma qaydalarına riayət eləməlidirlər. Qorunma qaydası ondan ibarətdir ki, səhər saatlarına xüsusi diqqət yetirilməlidir. Bitki tozları adətən səhər saatlarında havanın aşağı hissəsində toplanır. Yəni kondensasiya hadisəsinə görə gün batandan sonra tozların hamısı yerin aşağı hissəsinə, hava təbəqəsinin yerə yaxın hissəsində toplanır. Ona görə də bu xəstələrin əsas şikayətləri səhər saatlarında olur. Günorta saatlarında artıq toz insan boyundan yuxarıya qalxdığına görə şikayətlər nisbətən azalır.

Bu dövrdə pəncərəni gecə açıq qoyub yatmaq məsləhət deyil, çünki pəncərə açıq qaldığı halda toz evə daxil olur. Gündüz saatlarında isə külək əsəndə qapı-pəncərəni bağlı saxlamaq lazımdır. Allergiyası olan insanlar bayıra çıxırsa, işlərini elə planlaşdırmalıdırlar ki, günün ikinci yarısına düşsün. Günün birinci yarısında havada tozların miqdarı çox olduğuna görə xəstələrin şikayəti artır. Küləkli havada imkan daxilində bayıra çıxmasınlar.

Əgər bayıra çıxırlarsa, baş örtüyündən (papaqdan) istifadə etməli, toz birbaşa gözə düşməsin deyə, gün eynəkləri, ağzı-burnu qapayacaq şəkildə maska taxmalıdırlar (bir maskanı 3 saatdan artıq istifadə eləmək olmaz). Toz saçda toplanıb daimi problem yaratmasın deyə evə qayıdan kimi, papağı çıxarmaq və duş qəbul etmək məsləhətdir. Küləkli havada geyilən üst geyimini təkrar yumadan geyinmək arzuolunmazdır. Üst geyimlərini yataq otağından kənar bir yerdə saxlamaq daha yaxşı olar.

Mütəxəssis vurğuladı ki, xəstələr çox vaxt özlərini yaxşı hiss etdikdə dərmanları dayandırırlar. Bu isə səhv yanaşmadır: “Ona görə mütləq dərəcədə həkimlə məsləhətləşib xəstənin vəziyyətinə, ağırlıq dərəcəsinə uyğun dərman müalicəsi təyin olunmalıdır. Bitki tozlarına qarşı allergiyası olan insanlarda problem bitki tozlanması müddətində olur. Elə bitki var ki bir ay, elə bitki var üç ay müddətinə tozlanır. Hər il tozlanma vaxtı həkimə müraciət olunmalı, dərman müalicəsi alınmalı və qorunma qaydalarına riayət olunmalıdır”.

Görünən odur ki, yazın gətirdiyi yenilənmə ilə yanaşı, insan sağlamlığına qarşı məsuliyyət də artmalıdır. Təbiət öz ritmi ilə dəyişir, lakin insan bu dəyişikliklərə hazırlıqlı olmalıdır. Sağlam həyat tərzi, vaxtında tibbi nəzarət və düzgün profilaktika bu gözəl fəslin yaratdığı riskləri minimuma endirə bilər. Yazın nəfəsini hiss etmək hər kəsin haqqıdır. Lakin bu nəfəsin rahat və azad olması üçün sağlamlığımızın keşiyində dayanmaq vacibdir. Çünki həyatın ən sadə, amma ən dəyərli neməti sərbəst nəfəs almaqdır.

Nurəngiz ADİLQIZI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Aprel 2026 00:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri