Icma.az
close
up
RU
Miqrasiya Məcəlləsinə dəyişiklik edilir

Miqrasiya Məcəlləsinə dəyişiklik edilir

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə dəyişiklik edilir.

AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin dekabrın 10-da keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Layihə qanunsuz miqrantların saxlanılması mərkəzlərində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerləşdirilməsi və saxlanılması qaydalarının təkmilləşdirilməsi, onların hüquq və mənafelərinin təmin edilməsi məqsədilə hazırlanıb. Sənəddə Məcəlləyə 82.4-82.8-ci maddələrin əlavə edilməsi təklif olunur. Həmin maddələrdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzlərində saxlanılması müddətinin hesablanması, onların bu mərkəzlərdə yerləşdirilməsi müddətinin uzadılması, yaxud azad edilməsi haqqında qərarın icra edilməsi qaydaları və qanunsuz miqrantların saxlanılması mərkəzlərinin rəisi tərəfindən həmin mərkəzlərdə məcburi yerləşdirilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin azad edilməsi halları təsbit edilir.

Bununla yanaşı, Məcəlləyə 88-1 – 88-11-ci və 89-1-ci maddələrin əlavə olunması nəzərdə tutulur. Bu əlavələrə əsasən, qanunsuz miqrantların saxlanılması mərkəzlərində saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi məqsədilə həmin şəxslərin şəxsi təhlükəsizlik hüququ, yazışmaları, müraciətlərinin göndərilməsi, digər şəxslərlə əlaqələri, maddi-məişət və tibbi-sanitariya təminatları, dini ayinlərin yerinə yetirilməsi, dini ləvazimatdan və ədəbiyyatdan istifadə edilməsi, bağlama, sovqat, pul baratlarının alınması və ya göndərilməsi, mülki hüquq və ailə münasibətlərində iştirakı, həmin şəxslərə tətbiq edilən həvəsləndirmə tədbirləri və digər məsələlərlə bağlı tənzimləmələr öz əksini tapıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Dekabr 2024 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see385

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see362

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see282

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see275

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see247

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see245

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see232

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see221

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see215

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see205

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see203

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see201

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see197

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see194

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see188

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see176

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see175

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see171

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see170

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri