Miqrasiya Xidmətinin əməkdaşları etik davranış qaydaları barədə məlumatlandırılıb
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 21 oktyabr, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün “Etik davranış qaydaları və maraqların toqquşması” mövzusunda təlim təşkil edilib.
Bu barədə AZƏRTAC-a Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən məlumat verilib.Tədbirin əsas məqsədi əməkdaşların etik davranış normaları, peşəkar etika prinsipləri və maraqların toqquşmasının qarşısının alınması ilə bağlı məlumatlandırılması olub.
Təlimçi mütəxəssis Turqut Mustafayev iştirakçılara dövlət qulluqçularının etik davranış qaydaları, bu qaydalara əməl etməyin əhəmiyyəti, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması və şəffaflığın təmin edilməsi ilə bağlı məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 21 Oktyabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















