Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Dövlət Miqrasiya Xidmətinin müəssisələrində nöqsanlar aşkarlandı

Dövlət Miqrasiya Xidmətinin müəssisələrində nöqsanlar aşkarlandı

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı Şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə və Yevlax rayon Müvəqqəti Yerləşdirmə Mərkəzinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirilib.

Ombudsmanın mətbuat xidmətindən "Unikal"a verilən xəbərinə görə, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmələrin məqsədi müəssisədə əcnəbilər üçün yaradılan şərait və rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması, sənədləşmənin aparılması vəziyyətinin, eləcə də ötən il MPQ tərəfindən müəssisələrdə aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı görülmüş işlərin vəziyyətinin öyrənilməsi olub.

Dövlət Miqrasiya Xidmətinin Bakı Şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə başçəkmə zamanı Ombudsmanın nümayəndələri tərəfindən mərkəzin yaşayış binalarına, tibb məntəqəsinə, yeməkxana və digər obyektlərə baxış keçirilib, mövcud vəziyyət araşdırılıb. MPQ üzvləri tərəfindən mərkəzdə saxlanılan bir qrup miqrant qəbul edilərək konfidensial qaydada dinlənilib. Müəssisədə qəbul edilmiş şəxslərin bəzilərinin saxlanma şəraiti və onlarla rəftar məsələləri ilə bağlı bir sıra şikayətləri qeydə alınıb, eləcə də tibbi xidmət və dərman preparatları ilə təminatla bağlı problemlərin olduğu da bildirilib. Başçəkmə zamanı mərkəzdə müvafiq psixoloq ştatının olmasına baxmayaraq, həmin vəzifə üzrə xidmətin təşkil edilmədiyi də müəyyən olunub.

Yevlax rayon Müvəqqəti Yerləşdirmə Mərkəzinə keçirilən başçəkmə zamanı əvvəllər müəyyən olunmuş bir sıra nöqsanların aradan qaldırıldığı müəyyən olunub. Qeyd olunanlarla yanaşı, başçəkmə zamanı müvafiq Daxili İntizam Qaydalarının tələblərinə baxmayaraq, mərkəzdə ixtisasca həkim tibb işçisinin olmadığı, keyfiyyətli psixoloji yardım işinin təşkili üçün psixoloq otağının zəruri əyani-didaktik materiallarla təchiz olunmasına ehtiyac olduğu müəyyən edilib.

Həyata keçirilmiş başçəkmələrin yekununda müvafiq müəssisələrin rəhbərliyi ilə milli və beynəlxalq qanunvericilik əsasında hüquqi maarifləndirici söhbətlər aparılıb, rəftar məsələləri və saxlanma şəraitinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Başçəkmələrin nəticələri ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət olunacaq.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:281
embedMənbə:https://unikal.az
archiveBu xəbər 05 Aprel 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri