Icma.az
close
up
RU
Mir Cəfər Bağırov onun xanımından cinsi əlaqəyə girməyi tələb edib o, rədd edib...”

Mir Cəfər Bağırov onun xanımından cinsi əlaqəyə girməyi tələb edib o, rədd edib...”

Icma.az bildirir, Moderator.az portalına istinadən.

“İndiyədək nə qədər fikirləşirəmsə, həbs olunmağımın səbəbini aydınlaşdıra bilmirəm...”

“Bir gün qabaq Qəmər Əlizadə ilə Stalin prospekti ilə gedirdik. Bu vaxt Bağırov maşınla yanımızdan keçirdi. O, maşını yanımızda saxlayıb, bir mənə, bir də Qəmərə baxdı və yoluna davam etdi. Qəmər Bağırovu görüb çox qorxdu və dedi ki...”

“Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə  Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...

İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...”

Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış  “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...

Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.

Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət,   Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.

Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:

"İstintaq materiallarından...

(Əvvəli  burada:)

“Şahid Hüseynov Mirzə Hüseyn oğlu: 

Sual: Siz nə ilə əlaqədar 1948-ci ildə həbs olunmusunuz? 

Cavab: Heç bir cinayət törətmədiyim üçün həbs olunmağımı qeyri-qanuni hesab edirəm. 1912-ci ildə İranda yoxsul kəndli ailəsində anadan olmuşam. 1918-ci ildə atam vəfat edəndən sonra savadsız qadın olan anam üç uşaqla köməksiz qaldı. Odur ki, 1918-1919-cu illərdə bizi də götürüb Bakıya köçdü. Bakıda anam məni və qardaşımı Baratı uşaq evinə qoydu. O biri qardaşım Tiflisdə yaşayıb, orada yeməkxanaların birində işləyirdi. Üç ildən sonra anam İran təbəəsi olan bir çəkməciyə ərə getdi, bizi də uşaq evindən çıxardıb, öz yanına apardı və məktəbə düzəltdi. 1934-cü ildə Bakı təchizat idarəsində ticarət şəbəkəsinə rəhbərlik edə-edə, xalq təsərrüfatı institutunun hüquq fakultəsində təhsil alırdım. 1933-cü ildə sovet vətəndaşlığını qəbul edib pasport almışdım. 1937-38-ci illərdə böyük qardaşım Nurəli digər İran təbəələri ilə birlikdə İrana sürgün olundu. Mənim qardaşım heç bir cinayət törətməmişdi, o vaxt İran təbəələri kütləvi şəkildə sürgün olduqları üçün o da sürgün olunmuşdu...

1938-ci ildə hüquq fakultəsini bitirib, vəkil işləməyə başladım. Həbs olunana qədər vəkil işləyirdim. Həbs olunmağım 1948-ci ilin 25 avqustunda, mənim üçün gözlənilməz bir şəraitdə baş verdi. İndiyədək nə qədər fikirləşirəmsə, həbs olunmağımın səbəbini aydınlaşdıra bilmirəm. Güman edirəm ki, Azərbaycan KP MK-nın ikinci katibi Əşrəf Əlizadənin arvadı Qəmər Əlizadə ilə tanış olduğum üçün həbs olunmuşam. 1947-ci ildə Qəmərin anası Rəşidzadə həbs olunmuşdu. Əşrəf Əlizadənin arvadı Qəmər mənə bir vəkil kimi müraciət edib, anasına kömək etməyimi xahiş etdi. Qəmərin söhbətindən mənə məlum oldu ki, anası, MK-nın və Nazirlər Sovetinin bəzi rəhbər işçilərinin nalayiq hərəkətləri barədə respublika partiya MK-nə məktub yazıb. Həmin məktubunda yalnız həqiqəti yazmasına baxmayaraq, M.C.Bağırovun göstərişi ilə həbs olunub. Bağırovun Qəmər Əlizadəyə münasibətinə gəlincə Qəmər mənə danışdı ki, Bağırovun ailəsi ilə onların ailəsi bağda birgə yaşadığı vaxt, Bağırov onunla cinsi əlaqəyə girməyi tələb edib. Lakin Qəmər onun təklifini rədd edib... 

Rəşidzadənin işini müdafiə edə bilmədim. Həbs olunmamışdan bir gün qabaq Qəmər Əlizadə ilə Stalin prospekti ilə gedirdik. Bu vaxt Bağırov maşınla yanımızdan keçirdi. O, maşını yanımızda saxlayıb, bir mənə, bir də Qəmərə baxdı və yoluna davam etdi. Qəmər Bağırovu görüb çox qorxdu və dedi ki, o, bu işi belə qoymayacaq, başımıza oyun açacaq. Mən isə buna heç bir əhəmiyyət vermədim. Lakin bu hadisənin ertəsi günü küçəylə gedərkən DTN işçisi Kalinin məni saxlayıb, maşına dəvət etdi və DTN-nin daxili zindanına gətirdi. Məni iki gün kamerada saxladılar. Sonra məni Atakişiyevin otağına gətirdilər. Atakişiyev bilirdi ki, mənimlə şəxsən Yemelyanov özü məşğul olacaq. Atakişiyev onu da dedi ki, mən siyasi dustağam və Yemelyanovun dediklərinə diqqətlə qulaq asıb, onun təklifini yerinə yetirməliyəm. Mənimlə söhbətinin sonunda Atakişiyev dedi ki, onun məsləhətlərinə əməl etsəm, hər şey qaydasında olacaq. Bir neçə gündən sonra mən Yemelyanovun otağına gətirildim. Yemelyanov məndən Qəmər Əlizadə barədə nə bildiyimi soruşdu və dedi ki, Əşrəf Əlizadənin ailəsi cinayətkar ailədir. Mən Yemelyanova dedim ki, həmin ailənin cinayətkarlığı barədə heç bir şey bilmirəm, Qəmər mənə bir vəkil kimi anasının işindən müraciət edib. Həmin iş barədə də mənim məlumatım yoxdur. Onda Yemelyanov mənə bildirdi ki, səni dindirəcəklər və kameraya yolladı... 

İlk vaxtlar kamerada yaxşı şəraitdə saxlanılırdım. Bir müddətdən sonra müstəntiq Kalinin məni yanına çağırdı. O, tərcümeyi-halımı dinləmək istədiyini bildirdi. Mən tərcümeyi-halım haqqında geniş məlumat verdim, onu da qeyd elədim ki, qardaşım Nurəli 1938- ci ildə İrana sürgün olunub, indi də orada yaşayır. 1946-cı ildə təsadüfən o vaxtlar deyəsən maarif naziri olan Mirzə İbrahimova və Həmkarlar İttifaqının işçisi Ağadadaş Axundova rast gəldiyimdən də danışdım. Onların İrandan məzuniyyətdən qayıtdıqlarını, orada qardaşımı gördüklərini və onun salam göndərdiyini bildirdim.Mirzə İbrahimov və Axundov onu da söylədilər ki, qardaşım sovet quruculuğu əhvalındadır və SSRİ-yə köçmək istəyir. Axundovla bir yerdə böyümüşdük, Mirzə İbrahimovla isə ötəri tanışlığımız var idi. Mən Kalininə bunları danışandan sonra, o, istintaqı dayandırıb, məni kameraya göndərdi. Ertəsi gün mən Yemelyanovun və Kalininin yanına gətirildim. Mən içəri girən kimi Yemelyanov Kalinindən otaqdan çıxmağı xahiş etdi. Yemelyanov məndən Mirzə İbrahimovun və Axundovun dövlət sirri səviyyəsində hansı məlumatlar verdiklərini bildirməyi tələb etdi. Mən cavab verdim ki, heç bir şey bilmirəm. Yemelyanov mənə qalxmağı əmr etdi. Mən ayağa qalxanda o, yumruğu ilə üzümə güclü zərbə endirdi və alt çənəmin sağ tərəfindəki iki dişimi sındırdı. Sonra qapını açıb, tanımadığım bir leytenanta məni aparmağı əmr etdi. Familiyasını bilmədiyim nəzarətçi gəlib məni kameraya apardı... 

Həbs edildiyim barədə qərar olmadan iyirmi günədək həbsxanada saxlanıldım. Sonra Kalinin mənə qərarı göstərdi. Qərarda prokurorun sanksiyası vardı, ancaq nə qərarın məzmunu, nə onun kim tərəfindən tərtib olunduğunu, nə sanksiya verən prokurorun adını xatırlayıram. Bircə o yadımdadır ki, qərarda mənim Mehmandarovu döyməyim göstərilirdi və mən xuliqanlıqda və bədən xəsarəti yetirməkdə günahlandırılırdım. Bundan sonra məni Kalinin və istintaq şöbəsinin rəisi Padarov dindirirdi. Bəzən istintaq vaxtı Yemelyanovda gəlirdi. Məni, demək olar hər gecə istintaq edirdilər və demək olar ki, hər dəfə Kalinin və Padarov məni möhkəm əzişdirirdilər. Onlar məni çox vaxt Kalininin otağında rezin dəyənəklə döyürdülər. Onlar rezin dəyənəyi bəzən stolun siyirməsindən və bəzən də dolabdan çıxarırdılar. Padarov və Kalinin məni yerə yıxır, şalvarımı siyirib, növbə ilə kötəkləyirdilər. Biri döyüb yorulanda, o biri başlayırdı. Bundan əlavə Padarov o vaxta qədər yumruqlayıb təpikləyirdi ki, mən ayaq üstə dayana bilmirdim, çox vaxt ağzımdan qan gəlirdi. Padarov fiziki cəhətdən çox qüvvətli idi. Bir dəfə o, Kalininə dustaqları bədənlərində iz qalmadan əməlli-başlı döyməyi öyrədəcəyini söylədi. Padarov məni qolları üstə alıb var qüvvəsi ilə döşəməyə çırpdı. Mən uzun müddət yerimdən qalxa bilmədim... 

Bir dəfə Padarov və Kalinin məni təyyarə amortizatoru ilə döydülər. Amortizatorun içində rezin vardı, üstündən isə nazik sim dolanmışdı. Əllərimdə, ayaqlarımda bu günə qədər cəlladların – Yemelyanov, Padarov və Kalininin kötəklərinin izi qalıb. Məni daha rahatlıqla əzişdirmək üçün bəzən qollarıma qandal vururdular. Yemelyanovun məni döyməsindən ay yarım sonra o, yenidən məni döydü. O, Kalininin otağına gəldi.Padarov bu zaman məni rezin dəyənəklə döyürdü. Yemelyanov isə başımın üstündə dayanıb soruşurdu: “Qəmərin sənə nə dediyin deyəcəksən, ya yox?” Mən cavab verdim ki, heç bir şey bilmirəm. Yemelyanov yumruğu ilə peysərimə zərbə endirdi, özü də yerə sərildi. Mən gördüm ki, o, həddindən artıq sərxoş vəziyyətdədir. Padarov onu yerindən qaldırdı. Yemelyanov çıxıb getdi, məni kameraya qaytardılar... 

(Davamı var)

Təqdim etdi:

Sultan Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Noyabr 2024 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see142

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see131

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see126

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see123

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see120

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see119

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see119

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see118

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see117

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see116

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see115

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see115

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see113

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see111

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see109

“Arzulara qanad verək” çağırışı ilə qanvermə aksiyası keçiriləcək

15 Aprel 2025 11:56see109

Avropalılar Ukraynaya yardımda ABŞ ni ötdülər

15 Aprel 2025 11:19see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri