Icma.az
close
up
RU
Mir Cəfər Bağırov bəy nəslindən, Müsavat zabiti olan soydaşlarımızı da himayə edib?..

Mir Cəfər Bağırov bəy nəslindən, Müsavat zabiti olan soydaşlarımızı da himayə edib?..

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Şahid A.M.Qasımov belə ifadə vermişdir: “Mən özüm bilirəm ki, Qubada Müsavat Partiyasının təşkilatçısı Əbil Qasım Rüstəmovu üzə çıxaran Bağırovdur. Müsavatçıların Quba üzrə başçısı 1920-ci ilin 27 aprelində (sovet ordusu daxil olan gün) Qubadan qaçıb hardasa gizləndi. Onun harda gizlənməsi Bağırova bəlli olmalıdır. 1923-cü oldə o, yenidən peyda oldu və Bağırovun köməyi ilə üzə çıxdı...”

“Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə  Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...
İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...
Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış  “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...
Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.

Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət,   Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.

Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:
İstintaq materiallarından...
 

Əks-inqilabçı ünsurlərin məsuliyyətdən kənarlaşdırılması..
 

(Əvvəli burada:)

“Biz artıq göstərmişik ki, 1917-ci ildə Qubada Əlibəy Zizikskinin Bağırovdan başqa köməkçisi iri mülkədar ailəsindən olan əks-inqilabçı, müsavat parlamentinin üzvü Qazı Əhməd bəy Məmmədbəyov idi. Azərbaycan sovetləşəndən sonra Məmmədbəyov heç bir repressiyaya uğramayıb, Mahaçqala şəhərində yaşayıb, hüquq məsləhətçisi işləyirmiş. Bağırov bundan xəbərdar olmaya bilməzdi. Çünki 1936-cı ilin fevralında Məmmədbəyov Triniçinin işi üzrə şahid sifəti ilə dindirilirmiş. O vaxt öz ifadələrində Məmmədbəyov göstərirdi ki, Bağırovla birlikdə o, qəza komissarı Əlibəy Zizikskinin müavini vəzifəsində çalışırmış. Ancaq Bağırov Zizikskinin birinci müavini olduğundan o, Əhməd Əfəndinin (Triniçinin) 1918-19-cu illərdə Qubadakı fəaliyyəti barədə daha ətraflı məlumat verə bilər. Bağırov Məmmədbəyovun bu ifadələrindən xəbərsiz ola bilməzdi. Əlində həmin şəxsləri cinayətkar kimi xarakterizə edən kifayət qədər material olmasına baxmayaraq, Bağırov uzun illər boyu qolçomaq Camal Mirzəyevə, onun oğulları Cəmil və Şamilə himayədarlıq etmişdir.

Bağırovun Şıxlınskiyə himayədarlıq etməsi sənədlərlə də sübut olunur. Gəncə vilayət şöbəsi rəisi Şıxlıskinin ağır cinayətlərdə iştirakı ilə məlumat versə də, o, məsuliyyətə cəlb olunmadı. Bundan əlavə, Şıxlıski 1930-cu il mayın 12-də müttəhim Bağırova şəxsi məktub yazıb, onu sıxışdırdıqlarından və antisovet fəaliyyətdə şübhələndiklərindən şikayətlənəndə, Bağırov həmin məktuba aşağıdakı dərkənarı qoyur: “Yoldaş Neverova. Bir daha vilayət şöbəsi vasitəsilə bu biabırçılıqlara son qoyun. Nəticəsi barədə mənə mayın 21- dək məlumat verin”. Bu məktubdan sonra 1930-cu ilin 29 iyulunda həmin Şıxlınskliyə o vaxtlar Azərbaycan BSİ Gəncə vilayət şöbəsinin keçmiş rəisi Quliyevin imzası ilə 1345 №-li arayış verildi. Həmin arayışda Şıxlınskinin 7 nəfər yoldaşı ilə birlikdə Gəncəyə tərəf hərəkət etməsi göstərilir və ona heç bir maneçilik göstərilməməsi tövsiyyə olunurdu. Çox çəkmədi ki, qohumları və həmin silahlı dəstə ilə birlikdə Şıxlınski Türkiyəyə qaçdı... 

Beriya və Bağırovun antisovet elementləri qorumasına bir nümunə də Əlipənah bəy Şəfibəyovdur. Bəy nəslindən olan Şəfibəyov sovet hökümətinin düşməni idi. Müsavat zamanı Qubada müsavat partiyası qəza komitəsinin sədrinin müavini idi. Şəfibəyov ilk dəfə 1927-ci ilin aprelində həbs olunmuşdurŞ lakin Beriyanın təsdiq etdiyi qərara əsasən, istintaq aparılmadan həbsdən azad olunmuşdur. Şəfibəyovun hansı sənədlərə əsasən həbs olunması barədə materiallara rast gəlmədik. İkinci dəfə Şəfibəyov 1930-cu ildə həbs olunub. Bağırovun sədrliyi ilə 1930-cu ilin 16 martında keçirilmiş Azərbaycan BSİ-nin kollegiyası Şəfibəyovun işinə xitam verdi. Müsavat Partiyası şöbəsinin təşkilatçısı Rüstəmov Əbil Qasım da repressiya olunmadı. Sovet ordusu Qubaya daxil olanda o qaçıb gizləndi, 1923-cü ildə isə Bağırov tərəfindən üzə çıxarıldı. Bundan sonra o, Qubada yaşayır, 11 №-li sovxozda yanğından mühafizə idarəsinin rəisi işləyirdi. Bağırovun Azərbaycan BSİ-də xidməti müddətində dəfələrlə Rüstəmovun həbsi və məsuliyyətə cəlb olunması məsələsi ortaya çıxırdı, ancaq Bağırov buna icazə vermirdi. Bu məsələ ilə bağlı şahid A.M.Qasımov belə ifadə vermişdir: “Mən özüm bilirəm ki, Qubada Müsavat Partiyasının təşkilatçısı Əbil Qasım Rüstəmovu üzə çıxaran Bağırovdur. Müsavatçıların Quba üzrə başçısı 1920-ci ilin 27 aprelində (sovet ordusu daxil olan gün) Qubadan qaçıb hardasa gizləndi. Onun harda gizlənməsi Bağırova bəlli olmalıdır. 1923-cü oldə o, yenidən peyda oldu və Bağırovun köməyi ilə üzə çıxdı. 1925-ci ildə mən Azərbaycan BSİ aparatında işlədiyim vaxt Bağırov qarşısında onun məsiliyyətə cəlb olunması barədə məsələ qaldırdım. Bağırov buna qol qoymadı, dedi ki, qoy o yaşasın”. Qasımovun verdiyi bu ifadəni müttəhim Atakişiyev də təsdiq etdi. O göstərdi ki, Əbil Qasım Rüstəmov barədə materiallarla Bağırov məlumatlandırılırdısa da, Rüstəmovun həbs edilməsi haqda göstəriş vermirdi. Bu barədə Bağırovun özünə sual verəndə göstərdi ki, Əbil Qasım Rüstəmovu müsavatçı kimi tanıyır və ona elə gəlir ki, o artıq güllələnmişdir... 

İstintaqdan həmçinin məlum olub ki, Bağırov iri mülkədar, bəy ailəsindən çıxmış Məmməd Aslan oğlu Sarıcalinskiyə (Mirzəyevlərin qohumu) də himayədarlıq edirmiş. 1917-ci ildən 1920-ci ilədək Sarıcalinski müsavat ordusunda zabit kimi xidmət edib, orda da hərbi məktəbi bitirib. Sarıcalinskinin əks-inqilabçı Cavanşır üsyanında iştirakı barədə məlumat var. Sarıcalinskinin qardaşı Qiyasbəy də müsavat ordusunda zabit olub və həmin üsyanda da iştirak edib: 1929-cu ilədək onun qolçomaq təsərüffatı olub. O birir qardaşı – Zülfüqarbəy sovetləşmə dövründə əhaliyə divan tutur, mal-qaranı qaçırtmağına görə həbs olunub və Ağdam həbsxanasında vəfat edib. Sarıcalinskilərin yaxın qohumlarından biri- Surxanbəy Sarıcalinski sürgün olunub, digəri- Məmişbəy Kələbədinski İrana mühacirət edib. Bütün bu məlumatlar Azərbaycan XDİK işçilərinin 1938- ci ilin 25 iyununda tərrib etdikləri arayışda göstərilib. Bu cür tərcümeyi-hal göstəricilərinə baxmayaraq, Sarıcalinski 1921-ci ildə “ÇK”-ya işə götürüldü- əvvəlcə suvari divizasına, sonra isə sərhəd qoşunlarına. O, bir müddət Bağırovun özü ilə birgə xidmət etmişdir: Nəticədə Sarıcalinski partiya sıralarında da soxulmuşdur. 1938-ci ildə Sarıcalinski nəhayət ki, XDİK orqanlarından qovulanda Bağırova ərizə yazıb, onunla düzgün rəftar etmədiklərindən şikayətləndi. Yuxarıda göstərilən 25 iyun 1938-ci il tarixli arayış da elə bu ərizə ilə bağlı tərtib olunmuş, orada Sarıcalinskinin XDİK orqanlarından qovulma səbəbləri göstərilmişdi. İyunun 26-da Sarıcalinski, Bağırovun adına teleqram vurdu və bildirdi ki, Sarıcalinskinin işə göndəriləsi barədə Bağırovun Xalq Daxili İşlər komissarlığına göstərişi yerinə yetirilmir, odur ki, o, Bağırovun müvafiq sərəncamını gözləyir. Bu teleqramın üzərində Bağırov 1938-ci ilin 26 iyununda aşağıdakı dərkənarı qoyub: “Yol. Rayevə və Borşevə. Üzr istəyirəm ki, sizin ikinizə də birdən müraciət edirəm. Xatırlaya bilmirəm ki, onu işə düzəltmək barədə hansınızdan müraciət etmişdim. Təkrar xatırladıram, xahiş edirəm- insanı tamamilə məhv etməyə lüzum yoxdur”.

Bağırov bu dərkənarı yüzlərlə günahsız adamı heç bir əsas olmadan, yalnız bir şifahi və yoxlanılmamış fitvaya əsasən öz fərmanı ilə həbsxanalar küncünə atdığı, fərman verdiyi vaxtlarda imzalamışdı. Bağırov Sarıcalinski barədə suala belə cavab vermişdi ki, o, Məmməd Sarıcalinskini 1921-ci ildən tanıyır. Sarıcalinski Müsavat zabiti olub. 1938-ci il iyunun 25-də tərtib olunmuş arayışdan onun xəbəri yoxdur, dərkənarı da Sarıcalinskinin ərizəsinə və teleqramına əsasən yazıb. Lakin Bağırovun bu ifadələri artıq yuxarıda göstərilən dəlillərlə təkzib olunur...”

(Davamı var)

Təqdim etdi: Sultan Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Noyabr 2024 22:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see134

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see133

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see133

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see132

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see130

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see129

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see125

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see124

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see121

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see121

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see118

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see118

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see117

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see117

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see115

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see114

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see112

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see112

Heydər Əliyev Mərkəzinin parkında gəzinti istirahət və incəsənət gözəlliyini seyr etmək üçün sevilən məkan FOTO

13 Aprel 2025 11:33see109

Kişilərin uğur qazanmasına mane olan 6 VƏRDİŞ

13 Aprel 2025 10:19see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri