Icma.az
close
up
RU
Mirça Abrudean: Azərbaycan Rumıniyanın strateji tərəfdaşı və etibarlı dostudur

Mirça Abrudean: Azərbaycan Rumıniyanın strateji tərəfdaşı və etibarlı dostudur

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Buxarest, 29 oktyabr, AZƏRTAC

Rumıniyanın aparıcı xəbər agentlikləri, o cümlədən “Agerpres” milli xəbər agentlikləri, “G4Media” və “Gazeta de Cluj” xəbər portalları yazır ki, Rumıniya Senatının sədri Mirça Abrudean Azərbaycana rəsmi səfər edib.

Bildirilir ki, səfər çərçivəsində o, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb və iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib. Rumıniya parlamentinin yuxarı palatasının rəhbəri qeyd edib ki, Rumıniya ilə Azərbaycan arasındakı əlaqələr qarşılıqlı etimad və səmimi dostluq prinsiplərinə əsaslanır, həmçinin bu münasibətlər enerji, nəqliyyat və rəqəmsal transformasiya sahələrində konkret layihələrlə möhkəmlənir. M.Abrudean vurğulayıb ki, “Azərbaycan regionda sabitliyin və enerji təhlükəsizliyinin əsas dayaqlarından biridir, Rumıniya isə bu tərəfdaşlığa strateji dəyər verir.”

Rumıniya mətbuatı yazır ki, görüş zamanı tərəflər parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi, təhsil, mədəniyyət və innovasiya sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi barədə razılığa gəliblər. Senat sədri həmçinin xatırladıb ki, Rumıniya 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub və bu münasibətlər qarşılıqlı hörmət və inam əsasında formalaşıb. O bildirib ki, Rumıniya Azərbaycana güvənir və bu dostluq gələcək illərdə də strateji tərəfdaşlıq ruhunda davam edəcək.

Rumıniya mediası M.Abrudeanın səfərini iki ölkə arasında diplomatik əlaqələrin 30 illiyinə təsadüf edən və Avropa ilə Qafqaz regionu arasında siyasi və iqtisadi əməkdaşlığın yeni mərhələsini açan mühüm hadisə kimi dəyərləndirib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2025 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see275

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see171

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see158

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see157

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see156

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri