Icma.az
close
up
RU
Azərbaycan Macarıstanın təkcə enerji tərəfdaşı deyil, həm də etibarlı dostudur

Azərbaycan Macarıstanın təkcə enerji tərəfdaşı deyil, həm də etibarlı dostudur

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan Mərkəzi və Şərqi Avropa ölkəsi olan Macarıstanla əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir. İki ölkə liderlərinin səmimi dostluq münasibətlərinin nəticəsi kimi Azərbaycanla Macarıstan arasında əməkdaşlıq müxtəlif istiqamətlər üzrə fəal şəkildə inkişaf edir. Macarıstanla əlaqələr beynəlxalq təşkilatlar çərçivəsində də yüksək səviyyədədir. Ölkələrimiz beynəlxalq platformalarda bir-birinə dəstək göstərir, ortaq maraqlara əsaslanan siyasət yürüdür.

Prezident İlham Əliyevin Baş nazir Viktor Orbanın dəvəti ilə Macarıstana işgüzar səfəri və yüksək qonaqpərvərliklə qarşılanması bir daha onu nümayiş etdirdi ki, bu ölkə Azərbaycanın təkcə enerji və digər sahələrdə əsas tərəfdaşı deyil, həm də etibarlı dostudur. Macarıstan liderinin etiraf etdiyi kimi, iqtisadiyyatların çətin vaxtlarında Azərbaycan Macarıstana dəstək göstərib və bu gün Budapeşt bunu yüksək qiymətləndirir.

Prezident İlham Əliyev mətbuat konfransında bir daha bəyan edərək bildirdi ki, ölkələrimiz dost və strateji tərəfdaşdır,  görüşlərimiz zamanı bir daha gördük ki, bir çox məsələlər üzrə mövqeyimiz üst-üstə düşür. Ölkələrimizin ikitərəfli gündəliyi də kifayət qədər genişdir. Biz bu gün bunu geniş müzakirə etdik. Energetika sahəsində əməkdaşlığımız olduqca uğurludur.  “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaq. Ölkəmiz ötən ildən etibarən Macarıstana təbii qazın ixracına başlayıb. Bu da onu göstərir ki, Macarıstanla əməkdaşlıq yüksək səviyyədədir və bu əlaqələr genişlənməkdə davam edir.

Ölkəmizin başçısı Macarıstanın təşəbbüsü ilə keçirilən ikinci qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyətinə də toxunaraq vurğuladı ki, Macarıstan öz tarixi köklərinə çox bağlıdır, bu, bizi də çox sevindirir. Çünki Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan əzmlə Türk dünyasının həmrəyliyinə, qlobal gücə çevrilməsinə nail olmağa çalışır, Türk dünyasının birləşməsi naminə səylər göstərir. Ölkəmiz TDT-yə üzv və müşahidəçi ölkələrlə əməkdaşlığı dərinləşdirməyə həssaslıqla yanaşır. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan bu qurumun nüfuzunun artırılması istiqamətində vacib işlər görür, təşkilatın daha da gücləndirilməsinə töhfələrini verir. 

Prezident İlham Əliyevin ötən il TDT-nin qeyri-rəsmi Zirvə görüşünün Şuşa şəhərində keçirilməsi təşəbbüsünün liderlər tərəfindən dəstəklənməsi, tədbirin Qala şəhərimiz Şuşada reallaşması, bunun ardınca yeni hədəfləri müəyyənləşdirən Qarabağ Bəyannaməsinin imzalanması qeyd olunanların təsdiqidir. 

İlk dəfə olaraq müşahidəçi ölkə olan Macarıstanın evsahibliyi ilə Budapeştdə keçirilən TDT Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında Prezident İlham Əliyevin çıxışı mühum məqamlarla yadda qaldı. Dövlətimizin başçısının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada sözügedən ilk qeyri-rəsmi Zirvə görüşünün davamı olaraq ikinci qeyri-rəsmi görüşün Macarıstanda keçirilməsinə məmnunluğunu diqqətə çatdırdı.

Türk dövlətləri ilə əməkdaşlığımızın  gücləndiyini qeyd edən ölkəmizin başçısı Azərbaycanın,ümumilikdə, təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoyduğunu söylədi və bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlamasının anonsunu verdi.

Yeri gəlmişkən, Azərbaycan ilə TDT-yə üzv ölkələr – Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan arasında iqtisadi əməkdaşlıq son illərdə sürətlə inkişaf edir. Bu əməkdaşlıq əsasən ticarət və investisiya, enerji əməkdaşlığı, nəqliyyat və logistika,rəqəmsal inkişaf və texnologiyalar, turizm və mədəni əlaqələr kimi istiqamətlər üzrə gerçəkləşir. 

Ticarət və investisiya ilə bağlı əməkdalığa gəldikdə qeyd edək ki, Azərbaycan Türk dövlətləri ilə qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına xüsusi önəm verir. Xüsusilə enerji, kənd təsərrüfatı məhsulları, sənaye malları və nəqliyyat vasitələrinin ticarəti diqqət mərkəzindədir. Bundan başqa, Türk dövlətləri ilə enerji sahəsində təcrübə və texnologiya mübadiləsi də aparılır.

Beləliklə, Prezident İlhan Əliyevin Macarıstana işgüzar səfəri, keçirdiyi görüşlər, Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında məznunlu nitqi yeni hədəfləri müəyyənləşdirdi. Bu hədəflərin həm ölkəmizin, həm də Türk dünyasının inkişafına töhfə olacağı şübhəsizdir.

Xumar Məmmədova,  
Naxçıvan MR Ali Məclisinin deputatı, 
Naxçıvan Dövlət Universitetinin dosenti

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 May 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri