Icma.az
close
up
RU
MİRMAHMUD MİRƏLİOĞLU 70 Tapdıq ƏLİBƏYLİ yazır

MİRMAHMUD MİRƏLİOĞLU 70 Tapdıq ƏLİBƏYLİ yazır

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

1 sentyabr 1956-cı il - Yardımlı rayonunun Telavar kəndində dünyaya gələn, Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı (istiqlalçı millət vəkili), Klassik Xalq Cəbhəsi Partiyasının sədri, ictimai-siyasi fəaliyyəti və prinsipial mövqeyi ilə seçilən azman aydınımız Mirmahmud Mirəlioğlunun həyat yolunun başlanğıcıdır. Bu gün isə həmin yolun 70 illik şərəfli bir mərhələsini qeyd edirik.

Məncə, Mirmahmud Mirəlioğlunun həyat yolunu səciyyələndirən beş söz - məqam var: məslək, mənsəb, məktəb, mətləb və müdrik.

Məsləkdir Mirmahmud Mirəlioğlu. Çünki məslək insanın hansı yolda getdiyini və niyə o yolda getdiyini müəyyən edir. Əqidəsinə bağlılıq, inandığı dəyərlərə sədaqət, haqq bildiyi mövqedən geri çəkilməmək insanın xarakterini formalaşdıran əsas mənəvi dayaqlardır. İllər, zaman, şərait dəyişə bilər, lakin insanın məsləki dəyişmirsə, onun şəxsiyyəti də öz bütövlüyünü qoruyur.

Mənsəbdir Mirmahmud Mirəlioğlu. Mənsəb yalnız yüksək vəzifə, kürsü və titul deyil. Əsl mənsəb - insanların etimadını daşımaq, üzərinə düşən məsuliyyəti dərk etmək və tutduğun mövqeyə layiq yaşamaqdır. Mənsəbin dəyəri onun adında deyil, ona verilən mənada və göstərilən xidmətdədir. Həqiqi mənsəb insanı ucaldan deyil, onun üzərinə daha böyük məsuliyyət qoyan bir anlayışdır.Bu mənada Mirmahmud Mirəlioğlu üçün mənsəb heç zaman məqsəd deyil, xidmətin bir vasitəsi kimi dəyərləndirilən anlayışdır.

Məktəbdir Mirmahmud Mirəlioğlu. Çünki hər şəxsiyyət özündən sonra yalnız xatirə deyil, həm də bir düşüncə məktəbi qoyur.

İnsanın söylədiyi sözlər, yaşadığı həyat, keçdiyi sınaqlar, nümayiş etdirdiyi mövqe və prinsipiallıq bəzən ən yaxşı dərslikdən daha təsirli olur. Mirmahmud Mirəlioğlunun həyat yolu da bu baxımdan bir məktəbdir - sözə sahib çıxmağın, mövqeyi qorumağın, düşünərək danışmağın və inandığın dəyərlər uğrunda dayanmağın məktəbi.

Mətləbdir Mirmahmud Mirəlioğlu.

Hər sözün bir zahiri, bir də mahiyyəti var. Mətləbi anlamaq isə sözün görünən tərəfinin arxasındakı həqiqəti görə bilməkdir.Dərin düşüncə, məsələnin mahiyyətinə varmaq, həqiqəti axtarmaq və əsas olanı ikinci dərəcəli olandan ayırmaq - insanın intellektual və mənəvi yetkinliyinin göstəricisidir.Mirmahmud Mirəlioğlunun xarakterində mətləbə varmaq, sözü mahiyyətinə qədər düşünmək və haqq bildiyini ifadə etmək xüsusiyyəti xüsusi yer tutur.

Müdrikdir Mirmahmud Mirəlioğlu.

Yetmiş yaşın ən böyük mənası da məhz buradadır. Müdriklik sadəcə çox yaşamaq deyil. Yaşadıqlarından nəticə çıxarmaqdır. Sınaqlardan keçib sınmamaq, zamanın dəyişən üzünü görüb öz mənəvi dayaqlarını qorumaq, həyatın verdiyi dərsləri gələcək nəsillərə ötürə bilməkdir.

Müdriklik həm də nə zaman danışmağı, nə zaman susmağı, nəyi müdafiə etməyi və hansı dəyərdən heç bir şəraitdə vaz keçməməyi bilməkdir.

Bu beş söz Mirmahmud bəyin ömür yolunu ifadə edən beş mühüm sütundur.

El sevgisi qazanmış dəyərli Mirmahmud bəy, Sizi 70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, keçdiyiniz həyat yoluna, ictimai-siyasi fəaliyyətinizə, milli düşüncəyə və dövlətçilik dəyərlərinə bağlılığınıza ehtiramımı bildirirəm.

Arzu edirəm ki, ömrünüzün bundan sonrakı illəri sağlamlıq, əmin-amanlıq, ailə səadəti və mənəvi rahatlıq içində keçsin. Qoy illərin təcrübəsi daha böyük müdrikliyə, müdriklik isə gələcək nəsillərə ötürüləcək dəyərli bir irsə çevrilsin.

Qoy haqq bildiyiniz söz bundan sonra da dilinizdə, Vətən sevgisi qəlbinizdə, milli dəyərlər düşüncənizdə, insanlara xidmət həyat yolunuzda olsun.

70 yaş bir zirvədir, amma şəxsiyyət üçün zirvə son deyil. Zirvə həm də yeni üfüqlərə baxış nöqtəsidir...

Əziz Mirmahmud bəy, 70 illik yubileyiniz qutlu olsun!

Məsləkdir Mirmahmud Mirəlioğlu!

Mənsəbdir Mirmahmud Mirəlioğlu!

Məktəbdir Mirmahmud Mirəlioğlu!

Mətləbdir Mirmahmud Mirəlioğlu!

Müdrikdir Mirmahmud Mirəlioğlu!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://adalet.az
archiveBu xəbər 01 Sentyabr 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see394

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see351

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see316

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see310

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see286

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see265

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see255

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see231

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see224

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see203

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see202

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see201

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see186

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see186

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see164

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see158

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri