Icma.az
close
up
RU
Mirzə Babayevin nəvəsinin tutulmasına görə hökumətə sorğu

Mirzə Babayevin nəvəsinin tutulmasına görə hökumətə sorğu

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan estrada musiqisinin banilərindən olan mərhum Xalq artisti Mirzə Babayevin nəvəsinin tutulması ilə əlaqədar Avropa Məhkəməsində kommunikasiya başlayıb.

Gununsesi.info xəbər verir ki, Emin Babayev iki gün polis bölməsində saxlanması, daha sonra polisə müqavimət ittihamı ilə 200 manat cərimələnməsilə əlaqədar Avropa Məhkəməsinə şikayət edib. O, Avropa İnsan Haqları Konvensiyasının 5 (azadlıq hüququ), 6 (ədalətli məhkəmə araşdırması) və 13-cü (səmərəli hüquqi müdafiə vasitələri) maddələrinin pozulduğunu iddia edib. Onun şikayəti əsasında Avropa Məhkəməsi Azərbaycan hökumətinə suallar göndərib və cavablandırılması istənilib.
Emin Babayev ərizəsində göstərib ki, 2019-cu il mayın 4-də saxlanılıb. Həmin vaxt REAL hərəkatının üzvü olan Emin Babayev küçədə söyüş söyməkdə və onu intizama dəvət edən polisin əmrinə tabe olmamaqda ittiham edilib, haqqında inzibati xəta protokolu tərtib edilib. Eyni gündə də Səbail Rayon Məhkəməsinə aparılıb. Hakim məhkəməni mayın 6-na qədər təxirə salıb. Emin Babayevin ərizəsində yazdığına görə, məhkəmə onu növbəti iclıasa qədər evə buraxsa da, yenə də Səbail rayonu, 8-ci polis bölməsinə qaytarılıb, mayın 6-na qədər orada saxlanılıb. Mayın 6-da keçirilən məhkəmədə isə onun 200 manat cərimələnməsi haqda qərar çıxarılıb.
Emin Babayev qeyd edib ki, saxlandığı müddətdə özünün seçdiyi vəkillə görüşməsinə imkan verilməyib. O, təqsirli bilinməsi və 200 manat cərimələnməsi barədə qərarın da əsassız olduğunu göstərib. Əlavə edib ki, məhkəmə yalnız protokolları tərtib edən polisləri dindirib, onların dedikləri ilə əsassız qərar çıxarıb.
O zaman Emin Babayev bu qərardan apellyasiya şikayəti verib, lakin təmin olunmayıb. Həmçinin polis bölməsində 48 saat qanunsuz saxlandığını iddia edərək, bundan da ayrıca şikayət verib. Bu şikayəti də rədd edilib. Bununla bağlı məhkəmə qərarında göstərilib ki, polisin əmrinə tabe olmama ittihamı ilə məsuliyyətə cəlb edilən şəxs 48 saata qədər saxlanıla bilər.

Firuzə Mahmudova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 İyul 2026 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see355

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see309

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see304

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see292

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see276

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see274

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see268

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see257

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see252

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see247

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see238

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see236

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see233

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see227

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see225

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see221

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see218

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see215

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri