Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Mirzə Babayevin musiqi dünyası

Mirzə Babayevin musiqi dünyası

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müğənni, memar, aktyor. Hər bir sahədə özünü doğruldan insan. Bütün zamanlarda xatırlanan və dinləyicilərin sevgisini qazanan müğənni. Arif insan! Hamının sevilən müğənnisi olan Mirzə Babayev. Sənət dünyası ilə həzin musiqilərini zaman-zaman yaşatmağa nail oldu. İstedadı ilə zəhməti onu ucalığa yüksəltdi. Azərbaycan estrada musiqisinin banilərindən biri Mirzə Babayevin 16 iyul doğum günüdür. 1913-cü ildə dünyaya gələn Mirzə Babayev ilk təhsilini Sənaye İnstitutunun memarlıq fakültəsində alıb. Mirzə Babayev Bakıda və Azərbaycanın digər şəhərlərində olan bir çox binaların və muzeylərin layihə müəllifidir. Mirzə Babayev müğənnilik fəaliyyətinə 40-cı illərin əvvəlində müharibədən qayıdan zaman, görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlayıb. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, məşhur müğənni Bülbülün sinfinə daxil olub. Mirzə Babayev 30-dan artıq filmdə rol alıb. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Azərbaycan respublikasının əməkdar artisti, xalq artisti, iki dəfə "Humay" mükafatı laureatı olub. Ömrünün 90-cı ilində dünyasını dəyişib. Belə bir tərcümeyi-hala malik müğənninin fəaliyyəti bu illərin dönəmində yaddaqalan hadisələrlə müşayiət olunur.

Yaşı 90-ı haqlasa da, gənclik hərarəti var idi Mirzə Babayevin qəlbində. Oxuyurdu, rəqs edirdi, sifətindəki təbəssüm tamaşaçını ovsunlayırdı. Mirzə Babayev 2003-ci il yanvarın 13-də, ömrünün 90-cı ilində dünyasını dəyişdi. Bu istedadlı sənətkarın ömür kitabını vərəqlədikcə Azərbaycanımızın musiqi tarixinin böyük bir dövrü gözlərimiz qarşısında canlanır. Bu tarixin Mirzə Babayevlə bağlı səhifələri daha maraqlı, daha zəngindir. Mirzə Babayevin tərcümeyi-halı bir əsrə yaxın bütöv bir dövrü əhatə edir.

YARATDIĞI OBRAZLARIN ƏSL MEMARI

Azərbaycan Dövlət Konservatoriyasında təhsil alarkən müəllimi hələ o zaman hiss etmişdi ki, Mirzə Babayevin həm də aktyorluq istedadı var. Elə bu istedaddan irəli gəlirdi ki, o, onlarla filmdə obraz yaratmışdı. Mirzə Babayev, həm də gözəl kino aktyoru idi. Azərbaycan kinosunda onun yaratdığı rolların özünəməxsus gözəlliyi var. Bu rolların epizodik və yaxud böyük həcmi olmasının o qədər də fərqi yoxdur. Mirzə Babayev yaratdığı obrazı duyur, öz içindən keçirir və tamaşaçıya onu bütöv xarakter kimi təqdim edirdi. "Dərviş Parisi partladır" filmində Məstəli şahı oynayır. Kamil Rüstəmbəyovun bu filmində aktyor çox orijinal bir obraz yaradıb. Hətta bu vaxta kimi Məstəli şahın teatrdakı ifaçılarından da çox-çox irəli gedə bilib. Ümumiyyətlə, Mirzə Babayevin kino qəhrəmanları özünəməxsusluğu ilə seçilir. "Sevil", "Yenilməz batalyon" və onlarca digər filmlərdə aktyor yaddaqalan, gözəl obrazlara ekran həyatı vermişdir. Mirzə Babayevin artistizminə nikbin bir ruh hakim idi. Onunla işləyən rejissorlar deyirdilər ki, Mirzə Babayevlə işləyəndə heç yorulmaq bilmirdik. Çəkiliş meydançasında elə əhval-ruhiyyə yaradırdı ki, hamı məmnun qalırdı. Ekranda görünməsi ilə tamaşaçının ovqatına tamam yeni bir ruh gətirirdi. Bir sözlə, o yaratdığı obrazın əsl memarına çevrilirdi. "Onu bağışlamaq olarmı?" filmində Tərlanın mahnılarını, "O olmasın, bu olsun" filmində Məşədi İbadın bütün mahnılarını o yüksək koloritlə ifa etmişdir. Mirzə Babayevin müğənni kimi ifaçılığı ilə aktyorluğu ahəngdarlıq təşkil edirdi. "Dəli Kür" filmində Molla Sadığın qurduğu kef məclisi onun qeyri-adi səsi ilə yadda qalıb.

"MƏNİ MİRZƏ EDƏN O MAHNIDIR"

Bu gün onun çəkildiyi filmlərə, televiziya verilişlərinə baxdıqca bu böyük sənətkara xalq məhəbbətinin, onun musiqimizin inkişafındakı xidmətlərinin canlı şahidinə çevrilirsən. Dünya və milli musiqimizin elmi əsaslarına yiyələnən Mirzə Babayev tezliklə Azərbaycan estradasının ulduzlarından birinə çevrilmişdi. Harda işləməsindən asılı olmayaraq, Mirzə Babayev milli musiqimizin təbliğatçısı idi. Onu yaxşı tanıyır və sevirdilər. "Limanlar", "Saçlarına gül düzüm", "Sən uzaq, yaşıl ada" mahnılarını onun ifasında dinlədikcə insan ruhu, qəlbi təmizlənib, nəğməli bir dünya yaşanılır. Bütün mahnılarını sevərək oxuyurdu, xüsusi ilə "Limanlar"ı. "Məni Mirzə edən o mahnıdır, o mənim taleyimin mahnısıdır. Bunun tarixdə qalmasını istəyirəm", - M.Babayev duyğularını belə dilə gətirmişdi. Doğrusu, bu gün insan Mirzə Babayevin yoxluğuna inana bilmir. Elə hiss edirsən ki, yenə də hansısa konsert salonunda səhnəyə çıxıb gənclik həvəsiylə öz nəğmələrini oxuyacaq. Yaxşı ki, bu nəğmələrin yazıldığı lentlər, videolar saxlanılır və onlar kifayət qədərdir.

Oxuduğu mahnıların hər birində nikbin, həyatsevər bir ovqat yaradıb. Yaşının ahıl dövründə belə qəlbində gənclik hərarəti var idi. Tofiq Quliyev, Emin Sabitoğlu kimi bəstəkarların mahnıları onun ifasında ədəbilik qazandı. Müğənni Azərbaycan musiqi tarixində nadir ifaçılardandır ki, mahnıları uzun illər repertuarında yaşamışdır.

İllər ötür, zaman dəyişir. Amma onun ifasında səslənən mahnıların gözəlliyi öz ovqatını qoruyub saxlayır. Xalq artisti ona verilən bu adı bütün yaradıcılığı boyu doğrultdu. Gözəl ifasını təmənnasız olaraq çoxsaylı dinləyicələrinə, tamaşaçılarına təqdim etdi. Zövqlü dinləyicinin qəlbində əbədi abidəsini yaratdı. Bir əsrə yaxın ömrün sənət dünyasını yaşadı. Kimlər gəldi, kimlər getdi, bu dünyadan, bu dünyadan!.. Arif olan nakam getməz, bu dünyadan, bu dünyadan...

Zümrüd BAYRAMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 İyul 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see378

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see285

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see257

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see208

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see205

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see203

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see201

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see195

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see193

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see192

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see192

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see190

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see189

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see189

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see189

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see186

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see186

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see186

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see185

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri