Icma.az
close
up
RU
Mirzə Ələkbər Sabirin anadan olmasından 163 il ötür

Mirzə Ələkbər Sabirin anadan olmasından 163 il ötür

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Azərbaycan görkəmli şairi Mirzə Ələkbər Sabirin doğum günüdür. Onun anadan olmasının 163-cü ildönümü tamam olur.

Mirzə Ələkbər Sabir (Ələkbər Zeynalabdin oğlu Tahirzadə) 1862-ci ilin bu günü, yəni mayın 30-da Şamaxıda anadan olub.

O kiçik yaşlarında ikən mollaxana məktəbində ərəb, fars dillərini öyrənib, Şərq ədəbiyyatı nümunələri ilə tanış olmaq imkanı qazanıb.

Lakin o dövrün mollaxana məktəblərinin sərt rejimi, tədris üsulları gənc Ələkbəri razı salmamışdı. Təxminən 10-11 yaşlarında Ələkbər Tahirzadənin yazdığı "Tutdum orucu irəmazanda" şeiri onun kiçik yaşlarından cəmiyyətdəki prosesləri dərk etməyə çalışdığını, yeniləşməyə can atdığını göstərir.

Ələkbər Tahirzadə 1874-1883-cü illərdə görkəmli şair Seyid Əzim Şirvaninin (1835-1888) dərs dediyi Şamaxı quberniya məclisi məktəbində dünyəvi elmləri həvəslə öyrənib, klassik ədəbiyyatı mütaliə etməyə ciddi maraq göstərib.

Şərq ölkələrinə 1884-1886-cı illərdə etdiyi səyahətlər M.Ə.Sabirin bilik və məlumatlarını, dünyagörüşünü inkişaf etdirmişdir. İranın Səbzivar, Nişapur, Xorasan, Həmədan vilayətlərində, qədim Buxara və Səmərqənddə, məşhur dini ziyarətgahlardan Kərbəlaya səfər zamanı müşahidə etdiyi təzadlı hadisələr, rastlaşdığı zavallı insanlar, görüşdüyü mütərəqqi ziyalılar, oxuyub öyrəndiyi əsərlər onun üçün böyük həyat və sənət məktəbi rolunu oynayıb.

M.Ə.Sabir 1887-ci ildə Şamaxıda yaxın qohumlarından olan Billurnisə adlı bir qızla ailə həyatı qurub. Bu nikahdan onun səkkiz qızı və bir oğlu dünyaya gəlib. Çoxuşaqlı bir ailənin başçısı kimi o, çətin, məşəqqətli ömür yaşayıb, hətta sabun bişirib satmağa məcbur olub. Şamaxıda 1902-ci ildə baş vermiş dəhşətli zəlzələnin M.Ə.Sabirin də ailəsini evsiz-eşiksiz qoyması onun ağır keçən həyatını daha da çətinləşdirib. Lakin heç bir məhrumiyyət Sabirin qürurunu sındıra bilməyib. Məslək və sənət dostu Abdulla Şaiqlə (1881-1959) Şamaxıda ilk görüşü zamanı dediyi "Bir çox adamın batini kirini təmizləmək əlimizdən gəlmir. Zahiri kirini təmizləmək üçün sabun bişirmək peşəsini qəbul etmişəm" sözləri onun həyat və sənət qayəsini dolğun ifadə edir.

Tehranda ali həkimlik təhsilini 1901-ci ildə başa vurub Şamaxıya qayıdan Abbas Səhhətlə (1874-1918) səmimi dostluq münasibətləri onun şeirə-sənətə marağını qüvvətləndirib.

Bakı quberniya ruhani idarəsində müəllimlik sənətinə yiyələnmək üçün 11 aprel 1908-ci il tarixdə imtahan vermiş M.Ə.Sabir Qafqaz Şeyxülislamı tərəfindən imzalanmış ana dili və şəriət müəllimi diplomu alıb. Bundan az sonra onun Şamaxıda açdığı "Ümid" adlı ibtidai məktəbdə təxminən 60-a qədər şagird ana dili və şəriət dərsləri ilə yanaşı hesab, coğrafiya, təbiət, nəğmə kimi dünyəvi fənləri də öyrənmək imkanı qazanıb. Məktəbdə həmçinin yeni tədris üsullarından istifadə olunur, maraqlı ekskursiyalar təşkil edilirdi. Bununla belə, qaragüruhçu qüvvələr bu yeni məktəbi və yenilikçi müəllimi boykot etməyə çalışmış, məktəbin normal fəaliyyətinə maneçilik törətmişlər.

XX əsrin əvvəllərindən Sabirin şeirləri mətbuat səhifələrində görünməyə başlayır. 1906-cı ildə "Molla Nəsrəddin" jurnalını öz arzularına müvafiq uyğun bir dərgi kimi qarşılayıb onun ən fəal müəlliflərindən biri olub. Həmin vaxtdan Cəlil Məmmədquluzadə ilə Sabir arasında qırılmaz dostluq münasibətləri yaranıb. Hər iki sənətkar zalım bəyləri, yaltaq ruhaniləri, satqın ziyalıları satira atəşinə tutduğundan onlara hədə-qorxu gəlirlər. Bu səbəbdən şair imzasını tez-tez dəyişməli olur. "Molla Nəsrəddin" jurnalında şair 36 gizli imza ilə çıxış etmişdi.

Sabirin seçilmiş əsərlərinin "Hophopnamə" adlandırılması "Hophop" imzası ilə əlaqədardır. Onun "Fəhlə", "Əkinçi", "Oxutmuram, əl çəkin" şeirləri vaxtilə çox məşhur idi.

Sabir çox sevdiyi uşaqları da yaddan çıxarmamış, onlar üçün "Gəl, gəl a yaz günləri", "Uşaq və buz", "Yalançı çoban" və digər şeirlər yazmışdı.

1910-cu ilin əvvəllərində Bakıya gələn Sabir, "Zənbur" jurnalında, "Günəş" və "Həqiqət" qəzetlərində işləyib. Elə həmin ilin axırında xəstəliyi səbəbindən geriyə, Şamaxıya qayıdıb.

Böyük şair 1911-ci il iyulun 12-də vəfat edib. Məzarı Şamaxıda "Yeddi günbəz" qəbiristanındadır.

Sabirin vəfatından bir il sonra, 1912-ci ildə onun şeirləri "Hophopnamə" adı ilə çap olunub. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://baku.ws
archiveBu xəbər 30 May 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri