Icma.az
close
up
RU
Böyük mütəfəkkir Mirzə Ələkbər Sabirin doğum günüdür

Böyük mütəfəkkir Mirzə Ələkbər Sabirin doğum günüdür

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Azərbaycan şairi, inqilabçı-satirik, mütəfəkkir, ictimai xadim Mirzə Ələkbər Sabirin doğum günüdür.

"Cebheinfo.az" xatırladır ki, Ələkbər Zeynalabdin oğlu Tahirzadə 1862-ci ildə Şamaxıda anadan olub. Atası Zeynalabdin Tahirzadə oğlu Ələkbəri səkkiz yaşına çatanda mollaxanaya qoyur və o, 12 yaşına qədər mədrəsədə oxuyur.

Mirzə Ələkbər Sabir 1874-cü ildə şair və pedaqoq Seyid Əzim Şirvaninin məktəbinə daxil olur, burada ümumtəhsil fənləri, eləcə də Azərbaycan və rus dilləri üzrə təhsil alır. S.Ə.Şirvani ilə şəxsi təmaslar Sabirin şair kimi formalaşmasına böyük təsir göstərir. Farsca şeirləri tərcümə edir və Azərbaycan dilində şeirlər yazmağa başlayır.

M.Ə.Sabir 1887-ci ildə Şamaxıda yaxın qohumlarından olan Billurnisə adlı qızla ailə həyatı qurur. Bu nikahdan onun səkkiz qızı və bir oğlu dünyaya gəlir. Çoxuşaqlı ailənin başçısı kimi, Sabir çətinliklə dolanır, hətta sabun bişirib satmağa məcbur olur. 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələ görkəmli şairin də evsiz-eşiksiz qalmasına səbəb olur. Beləcə, onun həyatı daha da çətinləşir. M.Ə.Sabir Abdulla Şaiqlə Şamaxıda ilk görüşü zamanı demişdi:

"Bir çox adamın batini kirini təmizləmək əlimizdən gəlmir. Zahiri kirini təmizləmək üçün sabun bişirmək peşəsini qəbul etmişəm".

XX əsrin əvvəllərindən etibarən Sabirin şeirləri mətbuat səhifələrində görünməyə başladı. 1903-cü ildə "Şərqi-rus" qəzetində onun şeiri çap olunub. Bir qədər sonra isə o öz şeirlərini "Həyat" qəzetində çap etdirir. 1906-cı ildə "Molla Nəsrəddin" jurnalının ən fəal müəlliflərindən biri məhz Mirzə Ələkbər Sabir idi.

O zamandan Cəlil Məmmədquluzadə ilə M.Ə.Sabir arasında dostluq münasibətləri yarandı. Hər iki sənətkar yaltaq ruhaniləri, satqın ziyalıları satira atəşinə tutur və bu səbəbdən də hədə-qorxu və təhdidlərə məruz qalırdılar. Buna görə imzasını tez-tez dəyişməli olan şair "Molla Nəsrəddin" jurnalında 36 gizli imza ilə çıxış etmişdir. 1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verən M.Ə.Sabir mayın 7-də Tiflisə gedərək Qafqaz Şeyxülislam İdarəsindən ana dili və şəriət müəllimi diplomu alır. Lakin o, bir müddət Şamaxı məktəblərindən birində köməkçi müəllim işləyir.

Həmin ilin sentyabr ayında isə "Ümid" məktəbini açmağa nail olur. 60-a qədər şagirdin təhsil aldığı məktəbdə dərslər yeni tədris üsulu ilə aparılırdı. Həmçinin ana dili, fars dili, hesab, coğrafiya və təbiətə dair məlumatlar verilir, Quran və şəriət dərsləri tədris edilirdi. Sabirin seçilmiş əsərlərinin "Hophopnamə" adlandırılması "Hophop" imzası ilə əlaqədardır. Onun "Fəhlə", "Əkinçi", "Oxutmuram, əl çəkin" şeirləri oxucular tərəfindən bu gün də çox sevilir.

1910-cu ilin əvvəllərində Bakıya gələn Sabir "Zənbur" jurnalında, "Günəş" və "Həqiqət" qəzetlərində işləyir. Elə həmin ilin axırında xəstəlik səbəbindən geriyə, Şamaxıya qayıdır. 1911-ci ilin may ayında o, müalicə üçün Tiflisə gedib, dostu C.Məmmədquluzadənin evində qalır.

"Molla Nəsrəddin"in əməkdaşları şairə böyük qayğıkeşlik göstərirlər. Həkimlər şairə cərrahiyyə əməliyyatı aparmağı təklif edirlər. Lakin o buna razı olmur və Şamaxıya qayıdır. 1911-ci il iyulun 12-də vəfat edir. Şairin məzarı Şamaxıda "Yeddi Guşə"də yerləşir. Vəfatından bir il sonra, 1912-ci ildə onun şeirləri "Hophopnamə" adı ilə çap olunur. M.Ə.Sabirin xatirəsinin əbədiləşdirilməsinə hər zaman dövlət tərəfindən xüsusi diqqət göstərilmişdir.

Bakı şəhərində şairin adına kitabxana təsis edilmiş (1919), Bakıda (1922) və Şamaxıda (1962) Sabirin heykəli ucaldılmışdır. Sabirabad rayonu Mirzə Ələkbər Sabirin adını daşıyır. Bundan başqa, müxtəlif şəhərlərdəki küçələr, texnikum və məktəblər də onun şərəfinə adlandırılıb. Şairin anadan olmasının 100 illik yubileyi 1962-ci ildə böyük təntənə ilə qeyd olunub.

"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:296
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 May 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri