Mirziyayev qanunu imzaladı Əlifba dəyişir!
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Özbəkistan Prezidenti Şövkət Mirziyayev latın qrafikası əsasında özbək əlifbasının təkmilləşdirilməsi haqqında qanunu imzalayıb.
Axar.az xəbər verir ki, bunu Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyayeva deyib.
“Nəhayət, uzun illərdir davam edən tarixi səhv düzəldildi. Bu gün prezidentimiz latın qrafikası əsasında özbək əlifbasının təkmilləşdirilməsi haqqında qanunu imzalayıb. İndi bütün sənədlərimizi dəyişdirməli olacağıqmı? Qətiyyən yox. Biz xərcləri minimuma endirmək yolunu seçmişik: bütün qüvvədə olan sənədlər, milli valyuta və qiymətli kağızlar hüquqi qüvvəsini saxlayacaq. Dərsliklər, lövhələr və göstərici nişanları isə istifadə müddəti başa çatdıqca mərhələli şəkildə dəyişdiriləcək”, - o bildirib.
Qanuna əsasən, latın qrafikasına əsaslanan özbək əlifbası artıq 26 hərf və üç hərf kombinasiyası əvəzinə 28 hərf və bir apostrofdan ibarətdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 21 Oktyabr 2026 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















