Icma.az
close
up
RU
Əlifba dəyişikliyi məsələsi

Əlifba dəyişikliyi məsələsi

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nicat Mədətli
Yazıçı, tarixçi və beynəlxalq əlaqələr üzrə mütəxəssis

Əlifbanın dəyişdirilməsi mövzusu XX əsrin əvvəllərindən başlayaraq, dünyanın müxtəlif bölgələrindəki türk xalqlarının xüsusi önəm verdikləri və üzərində çalışdıqları bir məsələ idi. Ərəb hərflərinin öyrənilməsi zamanı qarşılaşılan çətinlik və öz milli dəyərlərimizi müdafiə etmək, adət-ənənələrimizə sahib çıxmaq üçün rus və ərəb əlifbasından istifadənin dayandırılması düşüncəsi bir sıra mütəfəkkirlərimizi düşündürür və eyni zamanda, fəaliyyətə keçməyə vadar edirdi. Bu arzunun ən yüksək səviyyədəki təzahürünü biz Birinci Türkoloji Qurultayda görə bilərik. Bir neçə həftə öncə, yüz illiyi münasibətilə akademik mühitlərdə hörmətlə yad edilən sözügedən qurultay türk xalqlarının vahid kommunikasiya qurması və tarixini, ədəbiyyatını, etnoqrafiyasını və mədəniyyətini mühafizə etmək məqsədi daşıyırdı. Qurultayda bir sıra önəmli qərarlar alınsa da, Stalin rejiminin qəddarlığı qəbul edilən qərarların tətbiqinə maneə törədirdi. Qurultayda qəbul edilən və planı hazırlanmağa başlanılan ən önəmli və eyni zamanda, Mustafa Kamalın da israrla üzərində durduğu nöqtə vahid əlifbanın tərtibinə yol açacaq, latın əlifbasına keçid layihəsi idi. Əslində, əlifbanın dəyişdirilməsi məsələsi daha əvvəllər də irəli çıxarılmış, bir sıra dövlət adamları və ziyalılar bu barədə düşünmüşdür. Məsələn, Ənvər Paşanın qeydlərində biz onun bu arzusunu həyata keçirmək üçün planlar hazırladığını görə bilərik. Digər tərəfdən, əlifbanın dəyişdirilməsi ilə bağlı yuxarıda sözügedən ziyalılardan da öncə, məhz Mirzə Fətəli Axundov-Axundzadə əlifbanın dəyişdirilməsi ilə bağlı bir layihə hazırlamışdır. Hətta o, layihəsini İstanbuldakı rus səfirliyinin köməyi ilə Osmanlı Dövlətinin sultanına və baş vəzirinə də təqdim etmişdir.

Axundov-Axundzadə İran, Əfqanıstan kimi Şərq dövlətlərinin inkişafını ərəb ənənələrindən uzaqlaşaraq rus intizamını mənimsəməkdə görürdü. O, türklərin tərəqqi edə bilməməsini də müəyyən mənada ərəb mədəniyyətindən qopmamaqları ilə əlaqələndirirdi. Ərəb əlifbasının çətinliyi və hərəkələrin (sait işarələrinin) göstərilməməsi savadlılıq səviyyəsinin aşağı olmasına səbəb olur, nəticədə yetişən gənclik kifayət qədər bilik əldə edə bilmirdi.

Bu səbəbdən Axundzadə ərəb əlifbasının tərk edilərək latın əlifbasının qəbul edilməsinin zəruri olduğunu irəli sürmüşdü. Xüsusilə Osmanlı dövlətinin inkişaf etməsi və əvvəlki qüdrətinə qovuşması üçün əhalinin təhsil səviyyəsinin yüksəldilməsinin vacibliyini vurğulayır, bunun üçün də əlifbanın dəyişdirilməsinin və ya təkmilləşdirilməsinin mühüm əhəmiyyət daşıdığını müdafiə edirdi. Onun fikrincə, Osmanlı yalnız elm və maarif sahəsində irəlilədiyi təqdirdə əvvəlki gücünü bərpa edə bilərdi. Bu məqsədlə Axundzadə əlifba islahatı ilə bağlı layihə hazırlamışdı. Layihəni hazırladıqdan sonra o, İstanbuldakı Rusiya səfirliyi vasitəsilə paytaxta gələrək layihəsini dövlət nümayəndələrinə təqdim etmək qərarına gəlmişdi.

İstanbulda baş vəzir Keçecizade Fuat Paşa ilə görüşən Mirzə Fətəli Axundzadə layihəsini əvvəlcə baş vəzirə, daha sonra isə “Makam-ı Saltanat”a (Sultan) və “Encümen-i Daniş”ə (Nazirlər Kabineti) təqdim etmişdir. Layihəsini müdafiə etsə də, nəticə etibarilə qəbul olunmamışdır. Axundzadə bunun səbəbini İstanbulda fəaliyyət göstərən İran səfiri Mirzə Hüseyn xanın müdaxiləsi ilə əlaqələndirmişdir. Bu məsələ ilə bağlı olaraq o, “Yeni Əlifba Haqqında Mənzumə” adlı şeirində İran səfiri ilə yanaşı, şəxsi mənafelərini güdən bəzi Osmanlı dövlət xadimlərini və bu halları görə bilməyən padşahı da tənqid etmişdir. Onun fikrincə, Osmanlı hökmdarı ətrafında dolaşaraq dövlətə və millətə fayda verməyən şəxsləri idarəçilikdən uzaqlaşdırmalı idi.

Layihəsi uğursuzluqla nəticələnsə də, Mirzə Fətəli Axundzadə sultana təqdim etdiyi Azərbaycan türkcəsində qələmə aldığı “Aldanmış Kəvakib” əsərinə görə dördüncü dərəcəli Məcidiyyə Nişanı (və ya Ordeni) ilə təltif edilmişdir. Bununla yanaşı, qeyd edilməlidir ki, Axundzadənin əlifba layihəsini ən çox dəstəkləyən şəxs Münif Paşa olmuşdur.

Bir məqamı vurğulamaq məqsədilə, Sultan Abdülazizin əmri ilə 19 sentyabr 1863-cü il tarixində Maliyyə Nazirliyinə yazılmış və Mirzə Fətəli Axundzadəyə təqdim olunması nəzərdə tutulan “Buyruldu-yi Âli” (Sultanın fərmanı və ya Yüksək Sərəncam) sənədini olduğu kimi burada qeyd etməyi zəruri hesab edirik:

“Maliye Nezaretine Buyruldu-yı Âli

Dağıstan meşahir-i fazılasından olub memalik-i Kafkasya hükümdarının elsine-i şarkiyye tercümanlığı hidmetinde bulunan ve geçende Dersaadet'e gelmiş olan Ahundzade Major Mirza Fethali'ye resm-i cedid hattına dair ihtira ve telif eylediği kitabdan dolayı dördüncü rütbeden bir kıta Mecîdiye nişan-ı zişanı itası hususuna bi'l-istizan irade-i seniyye-i cenab-ı mülkdarî müteallik ve şerefsudur buyrulmuş ve fi 22 Rebiülevvel sene 280 tarihinde canib-i teşrifattan ilmuhaberi verilmiş olmağla ber-muceb-i irade-i seniyye zikr olunan nişanın bi'l-imal Bab-ı Âli'ye irsali hususuna himmet buyuralar deyü

Fi 5 Rebiülahir sene 1280 ve fi 7 Eylül sene 279 Maliye Nezareti'ne buyruldu-yı âli

Ahundzade Major Mirza'ya ihsan buyrulan nişan-ı zişanın imaline dair”

Azərbaycan dilində:

“Maliyyə Nazirliyinə Yüksək Sərəncam

Dağıstanın görkəmli alimlərindən olan, Qafqaz dövlətləri rəhbərinin şərq dilləri üzrə tərcüməçisi vəzifəsində çalışan və bu yaxınlarda İstanbula gəlmiş olan mayor (cənab) Mirzə Fətəli Axundzadəyə yeni əlifba haqqında layihəsi və qələmə aldığı kitabına görə dördüncü dərəcəli şanlı "Məcidiyyə" nişanının verilməsi barədə Padişah həzrətlərinin icazəsi alınaraq şah fərmanı çıxmış və 22 Rəbiüləvvəl 1280 [1863] tarixində Mərasim İdarəsi tərəfindən arayış verilmişdir. Şah fərmanına uyğun olaraq, sözügedən nişanın hazırlanaraq Sədrəzamlığa (Hökumət binasına) göndərilməsinə səy göstərəsiniz.

5 Rəbiülaxır 1280 və 7 Sentyabr 1279 [1863] tarixində Maliyyə Nazirliyinə Yüksək Sərəncam.

Mayor (cənab) Mirzə Axundzadəyə bəxş edilən şanlı nişanın hazırlanması haqqında”.

Axundzadənin dördüncü dərəcəli Məcidiyyə Nişanı ilə təltif edilməsi ruslar tərəfindən Osmanlı dövlətinin bir rus məmuruna və ziyalısına nişan verdiyi kimi qəbul edilmiş və Çar idarəsi tərəfindən olduqca müsbət qarşılanmışdır. Axundzadənin Çar hökumətinə sadiq olduğu məlum bir həqiqət idi. Lakin həmin dövrdə o, Rusiyanın bir vilayəti olan Tiflisdə xidmət edirdi, Qafqaz Rus Qubernatorluğunda Şərq dilləri üzrə tərcüməçi vəzifəsində çalışırdı və rus vətəndaşı olmasına baxmayaraq, nişanın təqdim edilməsi üçün Maliyyə Nazirliyinə yazılmış “Buyruldu-yi Âli” (Sultanın fərmanı və ya Yüksək Sərəncam) sənədində soyadı rus vətəndaşlarının soyadlarında olan “-ov” əlavəsi ilə deyil, türk mənşəli şəxslərin soyadı formasında “-zadə” əlavəsi ilə, yəni Axundzadə olaraq göstərilmişdir.

Həmçinin, “Buyruldu-yi Âli” sənədində Rusiya sözünə yer verilməyib, onun əvəzinə “memalik-i Kafkas” (Qafqaz Dövlətləri) ifadəsi işlədilmişdir. Bu hallar Osmanlı dövlət rəsmilərinin qarşılarında bir rus məmurunu deyil, türk ziyalısını gördüklərini açıq şəkildə göstərir. 

Həqiqətən də, Axundzadə türk dilində oyunlar yazaraq, türk dövlət xadimləri ilə fikir mübadiləsi apararaq və dövlətlərinin sosial inkişafını təmin etmək məqsədilə hazırladığı layihələrlə öz xalqına da sadiq olduğunu nümayiş etdirirdi.

O, ərəb mədəniyyətinin türklərin tərəqqisini ləngitdiyini və nəticədə dövrün nailiyyətlərindən faydalana bilmədiklərini vurğulamağa çalışırdı. Çar hökumətinə xidmət etməsi, 1854-cü ildə fars dilində yazdığı bir şeirdə müharibədə döyüşən rus əsgərlərin qəhrəmanlığını tərifləməsi, Sultan tərəfindən dördüncü dərəcəli Məcidiyyə Nişanı ilə təltif edilməsinə heç bir maneə yaratmamışdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://525.az
archiveBu xəbər 29 İyul 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

28 İyul 2026 07:01see285

Nazirlik əlilliyi olan şəxslərlə bağlı məlumat yaydı

27 İyul 2026 17:21see254

Amerikalılar İran müharibəsindən üz döndərir Ağ Ev geri çəkiləcək?

28 İyul 2026 15:12see237

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

28 İyul 2026 06:57see236

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

28 İyul 2026 02:05see235

İyulun sonunda həyatlarını dəyişdirəcək dörd BÜRC

28 İyul 2026 00:01see232

Dünya Kuboku brendlər üçün böyük reklam fürsətinə çevrildi

27 İyul 2026 16:49see227

Azərbaycan bu ölkələrlə ikitərəfli anlaşma memorandumları imzalayıb

28 İyul 2026 01:23see222

Zidan baş məşqçi təyin olunsa, Mbappenin kapitanlıq sarğısı əlindən alınacaq?

27 İyul 2026 23:59see218

Cinsi əlaqədən sonra qanaxma nə zaman normal sayılmır?

27 İyul 2026 23:22see213

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

29 İyul 2026 10:23see209

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

28 İyul 2026 04:32see205

Gecə yarısı oyanmaq normaldırmı?

27 İyul 2026 23:17see200

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı Fotolar

28 İyul 2026 09:05see190

“İranın AZTV ni hədəf alması rejimin mahiyyətini göstərir”

28 İyul 2026 06:38see189

Anqolalı vinger “İmişli”də

27 İyul 2026 22:21see184

Qobustanda yeni avtomobil körpüsü tikildi

27 İyul 2026 21:02see183

“Fənərbaxça”dan Leao üçün rəsmi addım

28 İyul 2026 00:21see182

“Moody’s” beynəlxalq reytinq agentliyi SOCAR ın Baa3 investisiya oluna bilən kredit reytinqini yenidən təsdiqləyib

27 İyul 2026 16:40see180

Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!

27 İyul 2026 20:44see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri