Icma.az
close
up
RU
Mirziyoyevin “Yeni Özbəkistan”ı Daha praqmatik, daha islahatçı...

Mirziyoyevin “Yeni Özbəkistan”ı Daha praqmatik, daha islahatçı...

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu gün 68 yaşını qeyd edir. 2016-cı ildə İslam Kərimovun vəfatından sonra hakimiyyətə gələn Mirziyoyev ixtisasca mühəndis-mexanikdir. Sovet dövründə və müstəqillikdən sonra kənd təsərrüfatı və regional idarəetmə sahələrində fəaliyyət göstərib.

O, 2001-ci ildən Baş nazir vəzifəsində çalışıb. Uzun illər Kərimovun dövründə formalaşan sərt, qapalı və mərkəzləşdirilmiş idarəetmə sistemində fəaliyyət göstərsə də, prezidentliyi dövründə daha liberal siyasət yürüdüb. Mirziyoyev ölkə daxilində islahatçı imic formalaşdırıb. Təsadüfi deyil ki. Özbəkistan mediası onu “xalqın atası” kimi təqdim edir.

Daha praqmatik və balanslı xarici siyasət

Mirziyoyev hakimiyyət gələndən sonra Özbəkistanın əvvəlki dövrdəki qapalı və təcridçi xarici siyasətini tamamilə dəyişib. Onun əsas hədəflərindən biri Özbəkistanı Mərkəzi Asiyanın lider dövləti statusuna gətirməkdir. Bunun üçün öncə qonşularla münasibətləri bərpa edib. 

Qırğızıstan, Tacikistan və Türkmənistanla sərhəd və su problemi kimi əvvəlki gərginliklər aradan qaldırılıb və əməkdaşlıq gücləndirilib. O, Mərkəzi Asiya birliyi təşəbbüsləri ilə çıxış edir, regional liderlər sammitləri təşkil edir, kollektiv inkişaf gündəmini təşviq edir.

Özbəkistan lideri nə tam Rusiya orbitində qalmağa, nə də Çinlə asılı münasibət qurmağa çalışır. Rusiya ilə təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq davam edir (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmasa da, Kremllə sıx əlaqələr saxlayır). 

Çinlə "Bir Kəmər, Bir Yol" layihəsi çərçivəsində infrastruktur və nəqliyyat layihələrinə cəlb olunub (dəmir yolları, logistika dəhlizləri və s.). Eyni zamanda Avropa İttifaqı və ABŞ-la əməkdaşlıq istiqamətində islahatçı imicindən istifadə edir, hüquq islahatları, qadın hüquqları və iqtisadi liberallaşma gündəmdə saxlanılır.

Mirziyoyevin dövründə Özbəkistan Türk Dövlətləri Təşkilatına üzv olub və bu sahədə siyasi fəallıq nümayiş etdirib.  Türk dövlətləri ilə ticarət, müdafiə və mədəni əlaqələrin dərinləşdirilməsi onun üçün prioritetdir. Türk dünyası daxilində multilateral diplomatiyaya üstünlük verir. 

Əfqanıstanın sabitliyi Özbəkistan üçün ticarət və təhlükəsizlik baxımından həyati önəmlidir. Ona görə Mirziyoyev Talibanla müəyyən dərəcədə əməkdaşlıq siyasəti aparır (dəmir yolu, enerji layihələri). 

“Yangi O‘zbekiston” markası 

Mirziyoyev dövründə “Yangi O‘zbekiston” (“Yeni Özbəkistan”) ifadəsi rəsmi brendə çevrilib. Bu marka onun islahatları üçün ideoloji çərçivə yaradıb. Bu çərçivədə konstitusiya islahatları, təhsil və səhiyyə sahəsində yeniliklər həyata keçirilir. Xüsusilə də bürokratiyanın sadələşdirilməsi və dövlət xidmətlərinin elektronlaşdırılması gündəmin əsas mövzularındandır. İctimai sektorun çevikləşdirilməsi, gənclər üçün imkanların genişləndirilməsi və kənd təsərrüfatında innovasiyaların tətbiqi bu strategiyanın mühüm komponentləridir.

Mirziyoyevin daxili idarəetmədə əsas yeniliklərindən biri yerli özünüidarəetmənin gücləndirilməsi olub. "Mahalla" adlanan yaşayış məhəllələrinin idarəetməsi sistemi Özbəkistan cəmiyyətində önəmli institut sayılır. Prezident bu strukturu gücləndirmək, ona səlahiyyət və vəsait verməklə daha çevik idarəçilik modeli qurmağa çalışıb.

2023-cü ildə "Mahalla va oilani qo‘llab-quvvatlash vazirligi" (Məhəllə və Ailə Dəstəyi Nazirliyi) yaradıldı. Məqsəd mərkəzdən yerlərə gedən qərarları sosial səviyyədə daha çevik tətbiq etmək və əhali ilə birbaşa təmasda olan institutları gücləndirmək idi. Bununla yanaşı, elektron dövlət xidmətlərinin tətbiqi genişləndirildi. “my.gov.uz” və “Xalq qabulxonasi” (xalq qəbulxanası) portalları vasitəsilə vətəndaş-məmur münasibətləri rəqəmsal formada tənzimlənməyə başladı.

Prezidentliyə gəldikdən sonra ilk böyük iqtisadi qərar 2017-ci ildə Özbəkistan somunun sərbəst konvertasiyasına icazə verilməsi oldu. Bu addım həm iqtisadi şəffaflıq, həm də beynəlxalq sərmayənin ölkəyə axını baxımından ciddi dönüş nöqtəsi idi. Daha sonra Gömrük və Vergi sistemlərində sadələşdirmə, yoxlamalara moratoriumlar və kiçik biznesin təşviqi proqramları gəlməyə başladı.

Mirziyoyevin hakimiyyəti dövrü qalmaqalsız keçməyib. 2021-ci ildə Əndican vilayətində yerli icra başçısının mətbuatla sərt davranışı, bəzi bölgələrdə işgəncə və hüquq pozuntuları ilə bağlı yayılan məlumatlar, prezidentin məmurlara canlı yayımda sərt çıxışları gündəmdən düşmədi. Rəsmi izahatlar verildi, vəzifədən çıxarılanlar da oldu, amma bu hadisələr göstərdi ki, sistemin içində hələ də dəyişməyən nüvələr var. 

2022-ci ilin yayında Qaraqalpaqıstan bölgəsindəki etirazlar isə birbaşa konstitusiya dəyişikliklərinə qarşı reaksiya idi. Ölkə rəhbərliyi tez reaksiya verdi, dəyişiklik təxirə salındı.

Beləliklə, Mirziyoyev 68 yaşını artıq 9 ildir davam edən transformasiya prosesi içərisində qarşılayır. Praqmatik siyasət onun əsas devizidir, islahatçı imici formalaşsa da, Kərimov dövründən qalan problemlər hələ də tam həll edilməyib və ara-sıra bu problemlər üzə çıxır. Buna baxmayaraq Mirziyoyevin hakimiyyəti dövründə Özbəkistan yeni və daha yaxşı mərhələyə qədəm qoyub. O, ölkəsini yeni bir yol ayrıcına çıxarıb və həmin yolun hansı istiqamətə aparacağı indi həm onun, həm də Özbəkistan cəmiyyətinin qarşısındakı əsas sualdır.

Elnur Əmirov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 İyul 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri