Icma.az
close
up
RU
Mirziyoyevin Bakı səfəri münasibətlərimizin yeni mərhələyə qədəm qoymasını təsdiqlədi

Mirziyoyevin Bakı səfəri münasibətlərimizin yeni mərhələyə qədəm qoymasını təsdiqlədi

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Türk dünyasının güclənməsi və inkişafı istiqamətində ardıcıl xarici siyasət yürüdən Azərbaycan bu məqsədə çatmaq üçün həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də ayrı-ayrı türk dövlətləri ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi yönündə real addımlar atır. Prezident İlham Əliyevin ötən il fevralın 14-də andiçmə mərasimindəki çıxışında  “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” söyləməsi  indiki mürəkkəb qlobal siyasi dövrdə daha böyük məna kəsb edir. Dövlətimiz Mərkəzi Asiya ölkələri ilə münasibətlərin daha da gücləndirilməsində maraqlıdır. Adı çəkilən regionun ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri xüsusilə son illərdə daha da möhkəmlənib. İki dost, qardaş, müttəfiq ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda  yaxından əməkdaşlıq edirlər. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri iki qardaş xalq arasında münasibətlərin daha da möhkəmlənməsinə təkan verdi. Bu səfər həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə əməkdaşlığın dərinləşdiyini göstərən amildir”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, qardaş Türk dünyasının ayrılmaz parçası olan Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri münasibətlərimizin strateji səviyyə daşıdığının təsdiqidir: “Azərbaycan və Özbəkistan münasibətlərinin təməlində qədim və ortaq tarixdən qaynaqlanan milli-mənəvi dəyərlərimiz dayanır. Bəzi dairələr uzun onilliklər ərzində bu tarixi gerçəkliyi hər iki xalqa unutdurmağa, ən azından arxa plana keçirməyə çalışsalar da məqsədlərinə çata bilməyiblər. Prezident Şavkat Mirziyoyevin Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclasında maraqlı fikir səsləndirdi: “Bu gün məhdud dairədə tariximizi çox xatırladıq. Əlbəttə, çox şey əldən verilib.  Amma biz Sizinlə onların yerini doldururuq”. Müstəqilliklərini bərpa etdikdən sonra isə bu əlaqələr yeni mərhələyə qədəm qoymuş, qarşılıqlı hörmət və dəstəyə əsaslanan münasibətlərimiz son illər daha da güclənib, əlaqələrimiz möhkəmlənib. Prezident Şavkat Mirziyoyevin sonuncu  səfəri yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də regionda geosiyasi əməkdaşlığın dərinləşməsi kontekstində mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan həm Türk Dövlətləri Təşkilatında, həm də digər beynəlxalq platformalarda fəal əməkdaşlıq edir. Bu səfər, Türk dünyasının birliyi və inteqrasiyası yolunda daha bir mühüm addım kimi qiymətləndirilməlidir. Özbəkistanın beynəlxalq arenada imicinin ildən-ilə artması, iqtisadi potensialının güclənməsi Azərbaycanı sevindirir. Prezidentlərin rəhbərliyi ilə keçirilən Azərbaycan-Özbəkistan biznes forumunda hər iki ölkənin sahibkarları arasında əməkdaşlıq imkanları müzakirə edilib. Bu forum çərçivəsində bir sıra kommersiya razılaşmaları və investisiya layihələri barədə razılıq əldə olunub. Xüsusilə energetika və sənaye sahəsində ortaq müəssisələrin yaradılması planlaşdırılır. Nəqliyyat sahəsində də əməkdaşlıq ön plana çıxır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Özbəkistanın tranzit imkanlarının genişlənməsi müzakirə edilib. Yaxın gələcəkdə Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılması mümkün olacaq.  Prezident Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri zamanı mədəni-humanitar əməkdaşlıq da xüsusi diqqət mərkəzində oldu. Tərəflər təhsil və elm sahəsində mübadilələrin artırılması, tələbə və müəllimlərin qarşılıqlı səfərlərinin təşkili, birgə mədəni tədbirlərin keçirilməsi barədə razılığa gəldilər. Bakı şəhərində Özbəkistan Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır. Mirziyoyevin iyulun 2-də ölkəmizə səfəri Bakıda “Özbəkistan” parkının təməlinin qoyulması, ölkələrimiz arasında imzalanmış sənədlərin mübadiləsi və Özbəkistan səfirliyinin yeni binasının açılışı  çoxşaxəli əməkdaşlığın sürətlə genişləndiyindən xəbər verir”.

Mehriban Vəliyeva qeyd etdi ki,  Azərbaycan-Özbəkistan dostluğu Qarabağın bərpası prosesində də özünü açıq biruzə verir.  Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyevin timsalında  Özbəkistan azad olunan ərazilərin yenidə qurulmasına töhfə verən ilk xarici ölkə oldu.  Sosial təhsil infrastrukturunun ilk obyekti məhz Özbəkistanın tikdirdiyi məktəbdir. Özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyan 960  yerlik tam orta məktəb Azərbaycan və Özbəkistan xalqlarının qardaşlığının rəmzinə çevrilib. Erməni işğalından azad edilmiş ərazilərdə ikinci mühüm layihə isə Xankəndi şəhərindəki tikiş fabrikidir. Yenə də özbək qardaşlarımızın sərmayələri və texnologiyaları sayəsində bu gün 200-dən çox insanın çalışdığı müəssisə işlək vəziyyətdədir. Hazırda ölkələrimiz arasında bütün sahələri əhatə edən strateji və çoxşaxəli əməkdaşlıq qısqanclıqla qarşılanır.   Ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da yeni istiqamətlər üzrə uğurla davam etdiriləcəkdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:40
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 İyul 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see203

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see141

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see134

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri