Mirzoyan anons verdi: Tezliklə görüş olacaq
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ararat Mirzoyan Ermənistan və Azərbaycan nümayəndələrinin gözlənilən görüşünə eyham vurub.
Turkustan.az Armenian News-a istinadla xəbər verir ki, sülh müqaviləsinin müddəalarının razılaşdırılması və beynəlxalq məhkəmələrdən iddiaların geri götürülməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən o bildirib:
"Bu və bir sıra digər məsələ müqavilənin mətni çərçivəsində müzakirə olunur. Əgər onlar razılaşdırılarsa, sənəd imzalandıqdan və qüvvəyə mindikdən sonra tətbiq ediləcək".
Nazirin sözlərinə görə, sərhəddə üçüncü şəxslərin olmasının istisna edilməsi, iddiaların geri götürülməsi müzakirə olunur və sənəd imzalanacağı təqdirdə, digərləri kimi, bu məqamlar da məcburi icraya tabedir.
XİN rəhbəri bildirib ki, yaxın gələcəkdə tərəflər sənədin imzalanması və ratifikasiyası ilə bağlı yanaşmaları və bütün məsələləri müzakirə etmək imkanı əldə edəcəklər. Bununla belə, nazir görüşün hansı səviyyədə planlaşdırıldığını açıqlamayıb. /Yenisabah.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 12 Mart 2025 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















