Tezliklə sülh sazişi olacaq Mirzoyan
Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Ermənistan və Azərbaycan sülh sazişi layihəsini yekunlaşdırmağa çox yaxındırlar”.
Sfera.az xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “WION”a müsahibəsində deyib.
“Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə gəlincə, deməliyəm ki, biz buna çox yaxınıq. İki ölkə arasında sülh sazişi layihəsinin yekunlaşmasına az qalıb. Əgər biz layihənin hazırlanmasını yekunlaşdırıb sülh müqaviləsini imzalasaq, bu, Cənubi Qafqazda sülhün və sabitliyin ən güclü sütunlarından biri olacaq. Bu, həm də Azərbaycanla artıq əldə etdiyimiz bəzi başqa danışıqlar və razılaşmaları tamamlayacaq.
Məsələn, biz cəmi bir neçə ay əvvəl iki dövlət arasında sərhədin delimitasiyası ilə məşğul olan sərhəd komissiyalarının işinin nizamnaməsini imzalamağa və sonra ratifikasiya etməyə nail olduq. Onu da qeyd etməliyəm ki, Azərbaycanla artıq əldə etdiyimiz sazişlər ikitərəfli birbaşa danışıqlar yolu ilə həyata keçirilib. Və inanırıq ki, tezliklə sülh sazişinə də nail olacağıq”, - Mirzoyan bildirib.
Firuzə Əliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 12 Mart 2025 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















