Mirzoyan: Ermənistan Azərbaycan və Türkiyə ilə normallaşmada maraqlıdır
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Ermənistan Cənubi Qafqazda sülhün qurulmasında maraqlıdır.
"Report" yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Çin Mərkəzi Televiziyasına (CGTN) müsahibəsində bildirib.
"Biz təkcə sərhədlərimizdə deyil, digər regionlarda və daha geniş coğrafiyalarda da sülhün qurulmasına can atırıq. Bu mənada bizim yanaşmalarımız Çinin yanaşmalarına çox yaxındır. Biz Azərbaycanla danışıqlar aparırıq", - o qeyd edib.
A.Mirzoyanın sözlərinə görə, tərəflər sülh sazişinin layihəsi üzrə razılığa gəliblər.
"İndi biz bu sazişi imzalamağa və sonra ratifikasiya etməyə hazırıq. Eyni zamanda, qərb qonşumuz olan Türkiyə ilə münasibətlərimizi nizamlamağa çalışırıq", - XİN başçısı bildirib.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 07 İyul 2025 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















