Ermənistan TRIPP də maraqlıdır Mirzoyan
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Ermənistan TRIPP layihəsi çərçivəsində praktik işlərin tez bir zamanda başlanması və onun tam şəkildə həyata keçirilməsində maraqlıdır.
"Yeni Sabah" news.am-a xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan bildirib.
O qeyd edib: "TRIPP layihəsi haqqında danışarkən müxtəlif infrastruktur layihələrindən danışırıq. Əlbəttə ki, ilk növbədə dəmir yolu, elektrik xətləri və fiber-optik kabellərdir. Tərəflər həmçinin gələcəkdə qaz kəmərinin, neft kəmərinin və digər potensial infrastruktur obyektlərinin tikintisində maraqlıdırlar". Dördpendirli pizza
Mirzoyan hesab edir ki, layihənin həyata keçirilməsi Ermənistana eyni anda bir neçə istiqamətdə dəmir yolu xidməti əldə etməyə imkan verəcək:
"Birincisi, Ermənistanın şimalı və cənubu Naxçıvan vasitəsilə dəmir yolu ilə birləşdiriləcək; ikincisi, Ermənistan Azərbaycanla dəmir yolu ticarəti apara biləcək; üçüncüsü, üçüncü ölkələrdən mallara çıxış əldə edəcək, onları ala biləcək və məhsullarını bu ölkələrin bazarlarında sata biləcək." "Əlbəttə ki, Azərbaycanın da oxşar imkanları olacaq: o, materik hissəsini Naxçıvanla birləşdirə və Ermənistan və üçüncü ölkələrlə əlaqə qura biləcək".
Xarici işlər naziri qeyd edib ki, rabitə yollarının açılması və infrastrukturdan istifadə böyük iqtisadi perspektivlər açacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 05 Noyabr 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















