Mirzoyan: “Saziş imzalansa belə, sülh tam bərqərar olmayacaq”
Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Saziş imzalansa belə, sülh tam bərqərar olmayacaq. Biz hələ yolun başlanğıcındayıq. Sülh uzun prosesdir, sülh danışmaq baxımından, istənilən sənəd baxımından qayğı, ehtiyat tələb edir”.
Tribunainfo.az xəbər verir ki, bunu Ermənistanın XİN başçısı Ararat Mirzoyan deyib.
O qeyd edib ki, hazırda Bakıda mühakimə olunan separatçılarla bağlı yekun qərar yoxdur. “Məhbuslarla bağlı məsələnin yekun həlli yoxdur. Baxmayaraq ki, Azərbaycan hamını azad etməyi öhdəsinə götürüb”.
Mirzoyan bildirib ki, dərc olunanlardan başqa heç nə ilə bağlı razılığa gəlməyiblər. “Bir çox texniki məsələlər danışıqlar tələb edir. Kommunikasiyaların blokdan çıxarılmasına nail olmaq bizim maraqlarımıza uyğundur. İnsanlar daim Azərbaycandan Naxçıvana keçiddən danışırlar, lakin Ermənistan eyni dərəcədə və eyni şərtlərlə blokadadan çıxarılacaq”.
Fərda Uğur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 11 Sentyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















