Icma.az
close
up
RU
Saziş imzalansa da...

Saziş imzalansa da...

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Davam edən Zəngəzur qətliamları

Ermənilər 23 noyabr 1919-cu il tarixli razılaşmanın da şərtlərini pozublar

Bu gün biz Qərbi və Şərqi Zəngəzur ifadələrini işlətmək məcburiyyətindəyik. Qərbi Zəngəzur dediyimiz ərazi indiki Ermənistanda yerləşir. Şərqi Zəngəzur isə 2020-ci ildə baş verən və Azərbaycanın şanlı Zəfəri ilə başa çatan 44 günlük müharibədə Ermənistanın işğalından azad olunub. İndiki Ermənistan ərazisindən keçməklə Azərbaycanın Qərb hissəsi ilə blokada şəraitində olan Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması postmüharibə dövründə iki ölkə arasında başlayan sülhyaratma prosesinin mühüm komponentlərindən biri qismində çıxış edir. Hələlik dəhlizin yaradılması rəsmi İrəvanın əl atdığı əsassız manipulyasiyalara görə ləngisə də, Azərbaycan üçtərəfli bəyanatda nəzərdə tutulan Zəngəzur dəhlizinin açılmasına israrlı mövqe sərgiləyir və buna mütləq  nail olacağına əminliyini bildirir.

Ermənistanın tarixi Zəngəzur bölgəsi ilə bağlı pozucu mövqe tutması yeni mövzu deyil. Ermənilər tarixin müxtəlif dönəmlərində  Azərbaycanın əzəli əraziləri olan bu coğrafiyanı əsassız olaraq mübahisələndiriblər və burada dəfələrlə pozuculuq əməlləri törədiblər. Vətən müharibəsindən və lokal xarakterli antiterror tədbirlərindən sonra yaranan yeni reallıqlar şəraitində gələcək hədəflərimizi müəyyənləşdirərkən tarixin səhifələrini vərəqləməyə böyük zərurət var. Tarix isə ermənilərin Zəngəzur coğrafiyası ilə bağlı nə qədər saxtakarlıqlara əl atdıqlarını ortaya qoyur.

Tarixin bu günündə imzalanan saziş

İmperialist güc mərkəzlərinin tarixi türk coğrafiyasını parçalamaq məqsədilə Azərbaycanın əzəli torpaqlarına - Zəngəzura köçürülən ermənilərin burada törətdikləri bəd əməllərin nəticəsi olaraq tarixin bu günündə - 23 noyabr 1919-cu ildə  Azərbaycan-Ermənistan sazişi imzalanıb. Həmin sənəd Zəngəzur qəzası ilə bağlı Ermənistan və Azərbaycan arasında imzalanmış razılaşma da adlandırılır. Saziş ABŞ nümayəndəsi Ceyms Reyin vasitəçiliyi ilə Tiflisdə imzalanıb. Sazişin imzalanması mərasimində ABŞ təmsilçisindən başqa, Ermənistan Hökumətinin başçısı Aleksandr Xatisyan, Azərbaycan Hökumətinin başçısı Nəsib bəy Yusifbəyli, Gürcüstanın xarici işlər naziri Yevgeni Gegeçkori də iştirak ediblər. Sənəd aşağıdakı beş bənddən ibarət idi:

-Ermənistan və Azərbaycan hökumətləri baş verən toqquşmaları dayandırmağı və yenidən silah gücünə əl atmamağı öhdələrinə götürürüdülər.

-Tərəflər Zəngəzura gələn yolların düzəldilməsi və açılması, bu yollarda hərəkətin təhlükəsizliyi üçün təsirli tədbirlər görülməsinə razılaşırdılar.

-Tərəflər sərhədlər haqqında məsələlər də daxil olmaqla, bütün məsələləri dinc yolla həll etməyi öhdələrinə götürürdülər. Dinc yolla razılıq əldə etmək münkün olmadıqda isə, hər iki tərəf Amerika polkovniki Reyi münsiflər məhkəməsi sifəti ilə bitərəf şəxs kimi qəbul edir və onun qərarlarını məcburi yerinə yetirməyə razılaşırdılar.

-Ermənistan və Azərbaycan hökumətləri noyabrın 26-da Bakıda keçiriləcək konfransda görüşmək üçün dərhal bərabər sayda nümayəndə təyin etməyi və dekabrın 4-də Tiflisə səfər etməyi öhdələrinə götürürlər. Bu heyət və konfransın iclaslarında iki Hökumət arasında mübahisə və ya çəkişmələrə səbəb olan bütün məsələləri müzakirə edəcək və bütün bu cür məsələləri razılaşma və ya arbitraj yolu ilə həll etmək üçün tam səlahiyyətə malik olacaqdır.

-Bu saziş imzalandığı gündən qüvvəyə minir və hər iki ölkənin hökumətlərinin parlamentləri tərəfindən ratifikasiya edildikdən sonra daimi olur.

Ermənilərin bitib tükənməyən ərazi iddiaları

Sözügedən saziş o dövrdə regionda cərəyan edən hadisələr fonunda imzalanmışdı. Həmin dövrdə bölgədə böyük maraqları olan və bu maraqları ermənilər üzərindən reallaşdıracaqlarını düşünən  imperialist güc mərkəzləri Azərbaycan ərazilərində saxta Ermənistan dövlətini yaratmaq planlarını işə salmışdılar. Beləliklə, həmin ərəfədə cərəyan edən proseslərə, bəzi tarixi ştrixlərə diqqət çəkmək yerinə düşər. Xatırlayaq: 1918-ci ildə yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi - İrəvanı Ermənistana faktiki olaraq hədiyyə edib. Prezident İlham Əliyev bunu çox doğru olaraq bağışlanmaz bir addım,  xəyanət və cinayət kimi səciyyələndirib. Tarix təhrif olunmamalıdır. Baş verənləri hər kəs bilməlidir. Bəziləri AXC-nin İrəvanın ermənilərə verilməsi ilə bağlı qərarının üstündən sükutla keçməyə çalışırlar. Ancaq yox! Bəli, AXC-nin yaradılması xalqımızın tarixi nailiyyətidir və dövlətçilik yolunda atılan çox mühüm bir addımdır. Biz bütövlükdə, AXC-nin fəaliyyətini yüksək dəyərləndiririk. Bununla belə, gələcək naminə tariximizdəki qara səhiifələri də unutmamalıyıq, səhvlərimizdən nəticə çıxartmalıyıq.

Zamanında bir çoxları düşünürdülər ki, ermənilər İrəvana sahibləndikdən və tarixi Azərbaycan ərazisində öz dövlətlərini qurduqdan sonra daha dayanacaqlar, bir daha ərazi iddialarından çıxış etməyəcəklər. Ancaq unutmamalıyıq ki, söhbət ermənilərdən - bütün düşüncələri və ruhları ilə “dənizdən-dənizə Ermənistan” mifinə uyan bir toplumdan gedir. Əlavə edək ki, bu toplumun iliyinə həm də “türkə nifrət” ideologiyası yeridilib, hər bir erməni körpəsinin ana laylası məhz bunu təlqin edir.

Ermənilər İrəvana sahiblənməklə kifayətlənmədilər. Onlar İrəvandan sonra indi də Naxşıvana, Zəngəzura və Qarabağın dağlıq hissəsinə iddialar ortaya qoyurdular. Azərbaycanlılar isə  bu iddiaları qətiyyətlə rədd edirdilər. AXC süqut etdikdən və 1920-ci ilin sentyabrında Türkiyə və Ermənistan arasında müharibə başa çatdıqdan sonra Naxçıvan Sovet Azərbaycanının tərkibində muxtar bölgə olaraq qaldı. Ermənilərin Qarabağın dağlıq hissəsində təxribatları isə səngimək bilmirdi. Bölgə ilə bağlı son qərar Paris Sülh Konfransında veriləcəkdi. 1919-cu ilin avqustunda Qarabağ ermənilərinin milli şurası Azərbaycan hakimiyyətini rəsmən tanısa da, 1920-ci ilin martında onlar Ermənistanın lehinə üsyana başladılar. Üsyan nəticəsində Azərbaycan qüvvələri Şuşadakı erməniləri tamamilə məğlub etdilər. Aprel işğalından sonra kənd yerlərində olan erməni dəstələrini də ram etmək mümkün oldu. Proseslərin bu şəkildə inkişafı 1923-cü il iyulun 7-də Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ilə sonuclandı.

Əslində, İrəvanın ermənilərə peşkəş edilməsi kimi, DQMV-nin yaradılması da məkrli planın tərkib hissəsi idi. Ermənilər hətta DQMV-nin yaradılmasından sonra da öz iddialarından geri çəkilmədilər. Ermənistandan gələn emissarlar hələ keçmiş sovet hakimiyyəti illərində burada yerli erməni əhalini Bakının idarəçiliyinə qarşı etirazlara sövq edirdilər.  Təsadüfi deyildir ki, Heydər Əliyev zamanında DQMV-nin yaradılmasını Azərbaycanın içinə qoyulan bir bomba kimi səciyyələndirib.

Zəngəzurda etnik təmizləmə

Qeyd etdiyimiz kimi, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları sırasında heç bir tarixi əsas olmadan Zəngəzura sahiblənmək istəyi də var idi. 1918-ci ildə Zəngəzurda iki millət arasında münasibətlər gərgin həddə çatmışdı. Sərdərabad döyüşlərindən sonra imzalanan Batum sülh müqaviləsinə görə Ermənistanın ərazisi 12.000 kvadratkilometr olaraq müəyyən edildi. Ermənistan rəsmi olaraq Qarabağ və Zəngəzura olan iddiadan əl çəkdi. Ancaq Batumda imzalanan müqaviləni tanımayan general Andranik 5 minlik dəstə ilə Türkiyədən Zəngəzura gəldi. Zəngəzurda yerli erməni komitəsi Andranikin hərəkatını dəstəkləyirdi. Beləliklə, Zəngəzur qanlı səhnələrə şahidlik etdi. Burada Andranikin rəhbərliyi ilə yerli azərbaycanlılara qarşı sözlə ifadə edilə bilməyəcək qəddarlıqla qətliamlar törədilirdi, bir ucdan etnik təmizləmə aparılırdı. Quldur Andranikin planına Zəngəzuru azərbaycanlılardan təmizlədikdən sonra Şuşanı da ələ keçirmək daxil idi. Zəngəzur qətliamının miqyası çox böyük idi. Buradan yerli əhalinin kütləvi köçü başlamışdı. İyunun 21-də “Azərbaycan” qəzeti ermənilərin dağ keçidlərini bağladığını, 150 min mal-qarası olan 10 min müsəlman köçərinin yay otlaqlarına çıxışı olmadığı barədə məlumat yaydı.

ABŞ-ın və İngiltərənin Qafqazdakı nümayəndələri bölgədə hərbi vəziyyətin kəskinləşməsinin Paris Sülh Konfransının işinə maneçilik göstərəcəyi barədə narahatlıqlarını Azərbaycan və Ermənistan hökumət başçılarına bildirdilər. 1919-cu il noyabrın 20-22-də Tiflisdə Azərbaycan və Ermənistan hökumət başçılarının  rəhbərliyi ilə nümayəndə heyətlərinin görüşləri keçirildi və noyabrın 23-də sözügedən saziş imzalandı.

Lakin burada da ermənilər öz xislətlərini ortaya qoydular. Belə ki, sülh müqaviləsi imzalansa da, hərbi münaqişənin qarşısını birdəfəlik almaq mümkün olmadı. Zəngəzurda azərbaycanlılara qarşı davam edən qırğınlara görə 1920-ci ilin martında hərbi əməliyyatlar yenidən bərpa edildi və Qarabağda ermənilərin üsyanı başladı...

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Noyabr 2024 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see247

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see209

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see201

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see179

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see163

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see162

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see147

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see141

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see141

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see137

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see137

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see135

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see130

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see126

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see125

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri