Mirzoyandan sülh müqaviləsinin imzalanması ilə bağlı AÇIQLAMA
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistan sülh müqaviləsinin imzalanma tarixini və yerini hər an müəyyən etmək üçün məsləhətləşmələrə başlamağa hazır olduğunu bir daha təsdiq edir.
"Unikal" xəbər verir ki, bunu Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bildirib.
O, qeyd edib ki, Azərbaycan da buna öz mövqeyini bildirir: "Müəyyən ilkin şərtlər var. Gündəlik kimi irəli sürülən mövzulardan biri də ATƏT-in Minsk qrupunun buraxılmasıdır ki, bu da bizim üçün məqbuldur. Doğrudan da, imzalanmış sənəd olanda münaqişəyə son qoyulacaq və məntiqlə bu münaqişə ilə bağlı hər hansı strukturun olmasına ehtiyac qalmayacaq".
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun buraxılması və sülh müqaviləsinin imzalanması prosesləri paralel aparılmalıdır və eyni vaxtda iki sənəd imzalana bilər.
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 05 İyun 2025 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















