Mirzoyandan sərhədi keçən azərbaycanlı çobanla bağlı AÇIQLAMA
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan və Ermənistan sərhədini azaraq keçən çobanlarla bağlı insidentlərin baş verməsini təbii qarşılayıb. Nazir vurğulayıb ki, hər iki tərəf bu kimi hallara kifayət qədər adekvat və konstruktiv yanaşır.
"AzPolitika" xəbər verir ki, A.Mirzoyan bu barədə oktyabrın 21-də parlamentin Xarici əlaqələr üzrə daimi komissiyasının iclasında çıxış edərkən bildirib.
Azərbaycanlı çobanın Ermənistan sərhədini keçməsi barədə xəbərləri şərh edən nazir qeyd edib:
“Belə hallar zaman-zaman yaşanır. Azərbaycanlı çoban yolunu azaraq sərhədi keçə bildiyi kimi, oxşar hadisə bizim tərəfdən olan şəxslərin də başına gələ bilər. Əsas məqam odur ki, hər iki tərəf bu cür vəziyyətlərə konstruktiv münasibət göstərir”.
XİN rəhbəri oxşar insidentlərin gələcəkdə də istisna olunmadığını bildirərək, real həyatda bu kimi halların qarşısını tam almağın yalnız sərhəd boyunca divar hörməklə mümkün ola biləcəyini vurğulayıb:
“Ümid edirəm ki, divar hörmək yolunu seçməyəcəyik və daha çox birgə həll yolları tapacağıq. Aydındır ki, bu tür hadisələrin arzuolunmaz tərəfləri də var. Lakin baş verənlərə görə bütün təmasları kəsmək, qapanmaq və yenidən münaqişə mühitinə qayıtmaq düzgün yol deyil”.
Qeyd edək ki, Ermənistan KİV-lərinin yaydığı məlumata görə, Tavuş vilayətinin Çinari kəndi istiqamətində Ermənistan ərazisinə keçən bir azərbaycanlı çoban saxlanılaraq İrəvana aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 21 Oktyabr 2026 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















