Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!

Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müstəqilliyimizin 22 ili Prezident İlham Əliyevin hakimiyyəti illərinə təsadüf edib. Biz bu illər ərzində Qarabağın azad ediləcəyinə sadəcə, inanmışıq. Amma necə? Konkret bir fikrimiz vardımı? İlham Əliyevin çevik, hətta gözlənilməz strategiyası, dinamik siyasi gedişləri ilə, prosesə lokal deyil, qlobal yanaşması ilə cəmi 44+1 günə dalana dirənmiş kimi görünən bir münaqişəni həll etməsi və bunu Azərbaycanın adına yaraşan şəkildə etməsi qürurvericidir. Böyük qürur, şərəf və şövqdür, fərəhdir. Bu, hər bir azərbaycanlı üçün şərəf dastanıdır.

Ermənilər 30 il öncə dinc azərbaycanlıları öz evlərindən, yurdlarından qışın şaxtasında ayaqyalın, başıaçıq qovmuşdular. Dəhşətli işgəncələr vermişdilər insanlarımıza. Günahsız insanları, qocaları, qadınları, uşaqları insanlığa sığmayan manyakal işgəncə ilə qətl etmişdilər. Xocalı soyqırımını törətmişdilər.

Azərbaycan isə 44+1 günlük savaşda əsl türk əxlaqına yaraşan şəkildə, mülki əhaliyə zərər vermədən müharibə apardı. Hətta ölkəni tərk etmək istəyən ermənilərə yüksək həssaslıqla yanaşıldı. Və bu ləyaqətli davranışı bütün dünya gördü. Bütün bu hadisələrin, bu şərəf hekayəsinin sonuna bir imza qoyula bilər - İlham Əliyev imzası.

Allah şəhidlərimizə rəhmət eləsin, Ordumuzu, əsgərlərimizi qorusun. Onların qəhrəmanlığını və fədakarlığını unutmayacağıq. Amma “Tanrının haqqı Tanrıya, Sezarın haqqı Sezara”. Heç kəsin xidmətini kiçiltmədən hər kəsin layiq olduğu sevgini bildirmək lazımdır. İlham Əliyev taleyimizi dəyişdirən nadir şəxsiyyət, böyük dövlət adamı və sərkərdədir. Ona bir ömürlük minnət və şükranlıq borcumuz var. Biz onun Xankəndidə bayrağımızı ucaltmasını böyük qürur hissi və sevinc göz yaşları ilə izlədik. Biz bir liderin öz qarşısına qoyduğu ali məqsədə - Vətənin bütövləşdirilməsi aktına necə addım-addım, necə yüksək əxlaqla çatmasının şahidi olduq. Prezident İlham Əliyev sanki dövlətimizi də bayrağımız kimi ucalara qaldırdı. Bu, zehnimizin tamamilə qavraya bilmədiyi, tamamilə yeni, fövqəladə, ən üst səviyyədir.

Sosial şəbəkələrdə aparılan müzakirələri müşahidə etdikdə görürük ki, qələbənin möhtəşəmliyini qavramaqda hələ də çətinlik çəkirik. Çünki bu, yuxarıda dediyim kimi, Azərbaycan və azərbaycanlılar üçün tamamilə yeni mərhələdir. Zehnimiz, təfəkkürümüz, şüuraltımız tam mənasıyla hələ bu möhtəşəm zəfəri alqılaya bilmir. Sanki yuxu görürük. Sanki maraqlı bir film izləyirik. Biz nəhayət, illər ərzində şüuraltımızda kök salmış məğlubiyyət sindromundan xilas oluruq. Məğlubiyyət kompleksi dəhşətlidir. İnsanı məhv edir, darmadağın edir - aşağılıq kompleksindən qurtula, özünü normal, güclü və xoşbəxt hiss edə bilmirsən. Sanki bir tərəfin boşdur, boşluqdasan və ya bir yanın yoxdur, yarımçıqsan. Sanki torpağı yox, səni işğal ediblər... Yəni son 5 il ərzində bizə təqdim olunanlar, gördüklərimiz, hiss etdiklərimiz, İlham Əliyevin misilsiz performansı o dərəcədə qeyri-adidir ki, bizdən, toplumdan normal reaksiya hələ ki, gözləməyək. Düşünün ki, qəflətən sizi Marsa aparıblar. Və siz çaşıb qalmısınız. Nə edəyəcəyinizi, necə edəcəyinizi, nədən başlayacağınızı bilmirsiniz. Burada gördükləriniz tamamilə yeni bilgidir sizinçün. Tamamilə yeni və alışılması vaxt alan başqa bir aləmdir, dünyadır, planetdir. Bunu qavramaq o qədər çətin və anlaşılmazdır ki... Hiss etdiyiniz hər şey fərqli və qeyri-adidir, möcüzəvidir...

Bütövlükdə Qarabağ, ayrılıqda Xankəndi hadisəsini - qələbəsini şərh/təhlil etmək, qəlbə və ruha oturtmaq indi Marsa uçmaqdan daha mürəkkəb məsələdir biz azərbaycanlılar üçün. Sanki Tanrı Azərbaycandadır. Ona görə də toplumumuza bir az zaman tanımalıyıq. Alt şüurumuzda qalibiyyət ovqatının, zəfər duyğularının mükəmməl şəkildə özünə yer etməsi, şəkillənməsi üçün müəyyən zamana ehtiyacımız var. Elə hesab edək ki, ağır bir xəstəlikdən sağalmışıq, hazırda reabilitasiya mərhələsindəyik...

Sosial şəbəkələrdə radikal müxalifətin qərəzli yanaşmalarını görürəm. Sual verirlər ki, niyə 20 ildən sonra? Yəni İlham Əliyev niyə torpaqlarımızı 20 il sonra işğaldan azad etdi? O qədər gülünc və absurd yanaşmadır ki!

Postsovet məkanında 80-ci illərin sonunda başlayan, yəni “Qarabağla yaşıd olan” hansı münaqişə həll olunub ki? Üstəlik, beynəlxalq qurumlar ən ədalətsiz mövqeyi Qarabağa nümayiş etdirirdilər.

Qarabağ - dünyada olan münaqişələr içərisində ölkənin qeyd-şərtsiz suverenliyi, ərazi bütövlüyü çərçivəsində ən yüksək səviyyədə həll edilən yeganə münaqişədir. Və İlham Əliyev 1923-cü ildə Azərbaycanın qəlbinə basdırılan minanı, yüz illik qarayaranı bədənə heç bir ziyan vermədən təmizləyən və ölkənin İNİTARLIĞINI tam-tamına qoruyan, muxtariyyəti cəhənnəmə göndərən şəxsdir və müasir dünya tarixində bu uğuru bacaran YEGANƏ LİDERDİR.

Bu, Azərbaycanın son 270 illik tarixində - Nadir Şahdan sonra ilk böyük uğurdur.

Təsadüfi deyil ki, bu gün Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili “İlham hamımızın arzuladığı hər şeyə nail ola bildi: o, Azərbaycan torpaqlarını azad etdi və sülh yaratdı, Azərbaycanı bir obyektdən dünya siyasətində çox vacib bir subyektə çevirdi. Müasir tarixdə az sayda dünya lideri bu cür nailiyyətlərlə öyünə bilər. İlham Heydər oğlunun adını tarixə qızıl hərflərlə həkk etdiyini və əsrlər boyu xatırlanacağını söyləmək olar” yazır.

Mən onu bir Prezidentdən daha çox Dövlət kimi, Bayraq kimi görürəm. Artıq İlham Əliyev adı dövlətimiz və bayrağımızla, digər dövlət simvollarımızla eynilik təşkil edir və sözün əsl mənasında, onlarla eyni anlamı, mənanı daşıyır.

İlham Əliyevin Tanrının bu xalqa bir lütfüdür...

Təbriklər, cənab Prezident!

Təşəkkürlər, cənab Prezident!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://axar.az
archiveBu xəbər 24 Dekabr 2025 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri