Icma.az
close
up
RU
Misir Azərbaycan Dostluq Cəmiyyəti xalqlar arasında mədəniyyət körpüsüdür

Misir Azərbaycan Dostluq Cəmiyyəti xalqlar arasında mədəniyyət körpüsüdür

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Qahirə, 16 oktyabr, AZƏRTAC

Misir-Azərbaycan Dostluq Cəmiyyəti xalqlar arasında mədəni və humanitar körpüdür və bu sahədə ən fəal təşkilatlardan biridir. Cəmiyyətimizdə bəlağət, ərəb dili, Azərbaycan dili, Qurani-Kərim qiraətləri, eləcə də müxtəlif peşələr pulsuz öyrədilir. Bu kursları uğurla başa vuranlara diplomlar verilir.

AZƏRTAC xəbər verir ki, bunu Misirdə Azərbaycan diasporunun sədri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Qahirə Universitetində Azərbaycan dili müəllimi tədqiqatçı-alim Seymur Nəsirov Birləşmir Ərəb Əmirliklərinin “Nabd əl-İmarat” elektron nəşrinə müsahibəsində deyib.

Diaspora sədri müsahibəsində, həmçinin cəmiyyətin fəaliyyət istiqamətləri və hədəfləri barədə danışıb. Qeyd edib ki, cəmiyyət xalqlar arasında dostluq, mədəniyyət və iqtisadi əlaqələrin gücləndirilməsinə töhfə verir, konfranslar, seminarlar və elmi mühazirələr təşkil edir. Bundan başqa elmi kitabxanaların və araşdırma mərkəzlərinin yaradılmasına, dövri elmi, mədəni jurnalların nəşrinə, az təminatlı tələbələrə və ailələrə maddi yardımların verilməsinə, onların yataqxana ilə təmininə, peşəyönümlü layihələrin yaradılmasına və dəstəklənməsinə yardım edir.

Cəmiyyətdə tədris prosesi 23 il bundan qabaq az sayda tələbə ilə başlansa da, indi təhsil alanların sayı çoxalıb. Hazırda burada oxuyanlar arasında başqa ölkələrdən gələn gənclər də çoxdur.

“Cəmiyyətdə az təminatlı ailələrin övladlarına müxtəlif peşələr, o cümlədən xalça toxunmasını öyrədirik. Bu da həmin ailələrin gəlirlərinin artmasına yardım edir”, - deyə S.Nəsirov vurğulayıb.

Müsahibədə qeyd olunub ki, S.Nəsirov bu yaxınlarda Misir Prezidenti Əbdülfəttah əl-Sisi tərəfindən birinci dərəcəli “Elm və Fənlər” ordeni ilə təltif olunub. Misir Prezidentinin şəxsən özü tərəfindən təqdim edilən bu orden elmin inkişafı və yayılması sahəsində müstəsna xidmətləri olmuş görkəmli alim və maarifpərvər şəxslərə verilir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri