Deputatlar Azərbaycan Kipr Dostluq Cəmiyyəti Beynəlxalq Mədəniyyət Mərkəzini ziyarət ediblər
Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Şimali Kipr Türk Respublikasında səfərdə olan Azərbaycan Milli Məclisinin deputatları Vüqar Rəhimzadə və Razi Nurullayev bu ölkədəki Heydər Əliyev Azərbaycan-Kipr Dostluq Cəmiyyəti Beynəlxalq Mədəniyyət Mərkəzini ziyarət ediblər.
Bu barədə Newscenter.az-a məlumat Azərbaycan-Kipr Dostluq Cəmiyyətindən daxil olub.

Bildirilib ki, cəmiyyətin sədri Orxan Həsənoğlu rəhbərlik etdiyi qurumun fəaliyyəti, gördüyü işlər və həyata keçirdiyi layihələr barədə qonaqlara məlumat verib.
Həmçinin, cəmiyyət sədri iki qardaş ölkə arasında əlaqələrin inkişafı və adada yaşayan soydaşlarımıza yönəlik fəaliyyət barədə deputatlar bilgiləndirilib. Görüş zamanı Orxan Həsənoğlu azərbaycanlı deputatların məsləhət və tövsiyələrini də dinləyib.
Qeyd edək ki, millət vəkilləri Heydər Əliyev Azərbaycan-Kipr Dostluq Cəmiyyəti Beynəlxalq Mədəniyyət Mərkəzinin dəvəti ilə Şimali Kiprə səfər ediblər.
Süleyman
Bu mövzuda digər xəbərlər:Deputatlarımız Kıbrısdakı Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzini ziyarət ediblər.
20 Noyabr 2024 20:20
Misir Azərbaycan Dostluq Cəmiyyəti xalqlar arasında mədəniyyət körpüsüdür
16 Oktyabr 2025 20:08
Özbəkistan hərbi qulluqçuları Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət ediblər
02 Dekabr 2024 15:44
525 ci qəzet Azərbaycan Şimali Kipr Dostluq Cəmiyyəti Girnə şəhərində tədbir keçirib FOTOLAR
03 Fevral 2025 13:09
“ÖzbəkistanAzərbaycan” Dostluq Cəmiyyəti ilə Azərbaycan Mədəniyyət Mərkəzi arasında birgə əməkdaşlığa dair razılıq əldə olunub AZƏRTAC
14 Yanvar 2025 15:46
Baxış sayı:91
Bu xəbər 08 May 2025 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















