Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Misir Mərdanov: Heydər Əliyev hər zaman Azərbaycan xalqının gələcəyini düşünürdü

Misir Mərdanov: Heydər Əliyev hər zaman Azərbaycan xalqının gələcəyini düşünürdü

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ulu öndər Heydər Əliyevlə birlikdə işləmək, onun zəngin idarəçilik təcrübəsindən faydalanmaq hər kəsə nəsib olmayıb. "Kaspi" qəzetinin budəfəki həmsöhbəti də ümummilli liderin rəhbərliyi dövründə ölkənin ən strateji sahələrindən birinə rəhbərlik edib.

Oxu.Az 1998-2013-cü illərdə təhsil naziri olmuş, professor Misir Mərdanovun müsahibəsini təqdim edir.

"Tariyel Ağayev zəng edərək Prezidentin qəbuluna dəvət olunduğumu bildirdi"

- Maraqlıdır, nazir təyin edilməyinizlə bağlı qərar sizə necə çatdırıldı? Heydər Əliyevlə daha yaxından işləmək məsuliyyətini nəzərə alsaq, o an hansı hisləri keçirdiniz?

- Mən həmin vaxt Bakı Dövlət Universitetinin rektoru idim. Bu vəzifəyə də məni Heydər Əliyev təyin etmişdi. Rektor işlədiyim müddətdə bir neçə dəfə ulu öndərlə təkbətək görüşmüşdüm, xarici ölkələrə səfərlərində iştirak etmişdim. Rektor olduğum zaman Heydər Əliyev dörd dəfə müxtəlif ölkələrin prezidentləri ilə bərabər universitetə gəlib. Bu müddətdə ulu öndəri yaxından tanımaq imkanı oldu. Həmin vaxt nazir vəzifəsi 5-6 ay idi ki, boş idi. Müxtəlif adamların adı çəkilirdi, o cümlədən mənim də. Bir gün otağımda oturmuşdum. Prezidentin köməkçisi Tariyel Ağayev zəng edərək Prezidentin qəbuluna dəvət olunduğumu bildirdi.

Qəbul zamanı bir saatdan çox müddətdə təhsilin müxtəlif problemləri, həlli yolları, perspektivləri, sovet təhsil sisteminin uğurları və uğursuzları, ulu öndərin sovet hakimiyyəti illərində rəhbərlikdə olduğu zaman ali təhsil üçün nüfuzlu universitetlərə göndərilən kadrların haralarda işləmələri, xüsusilə dərsliklərlə bağlı geniş müzakirə apardıq. Bundan sonra bildirdi ki, fərman imzalayıb səni təhsil naziri vəzifəsinə təyin edəcəyəm. Yaxın günlərdə təhsil sahəsində islahatların aparılması üçün bir dövlət komissiyası yaradılacaq. O komissiyanın sədri də sən olacaqsan. Bu işə ciddi yanaşmağımı, bir də yeni dərs ilinə qədər xaricdə təhsil alan azərbaycanlıların nümayəndələri ilə görüşünün təşkilinə hazırlaşmağı tapşırdı.

"Ulu öndər həmin an məni və digər məmurları ciddi şəkildə danladı"

- Heç olubmu ki, nə zamansa Heydər Əliyevin tənqid hədəfinə çevrilmisiniz?

- Ulu öndər müəllimə həmişə böyük hörmət göstərirdi. Tabeliyində işləyən bir məmur olsam da, mənə həmişə "Misir müəllim" deyə müraciət edirdi. Hər zaman Heydər Əliyevdən ehtiram, diqqət və qayğı görmüşəm. Nazir işlədiyim dövrdə yalnız bir dəfə belə hal olub. Səhv etmirəmsə, 2000-ci il yeni dərs ilinin ilk günündə Nərimanov rayonunda 82 saylı məktəbə gəlmişdi. Günümüz çox yaxşı başladı.

Məktəbin həyətində valideynlərlə görüşdü, birinci siniflərə baş çəkib çox razı qaldı. Daha sonra ikinci mərtəbəyə qalxdıq. Məktəbin foyesində yeni çap olunan dərslikləri yığmışdım. Həmin vaxt ətrafda həm administrasiyanın, həm də bizim nazirliyin nümayəndələri, icra hakimi, məktəb direktoru və digərləri var idi. Heydər Əliyev yaxınlaşıb dərsliklərin bir neçəsini götürüb vərəqlədi. Birdən çox əsəbiləşdi və dərsliklərin səviyyəsindən narazılığını bildirdi. Həmin tədbir canlı yayımlanırdı. Ulu öndər həmin an məni və digər məmurları ciddi şəkildə danladı. Hamıda belə bir təsəvvür yarandı ki, mən artıq həmin tənqidlərdən sonra işləyə bilməyəcəyəm. Lakin bu hadisədən sonra 13 il nazir kimi fəaliyyətimi davam etdirdim.

"Bu şəxs Heydər Əliyev idi"

- Ulu öndərlə bağlı ən çox yadınızda qalan an hansıdır?

- Heydər Əliyevlə bağlı xatirələrin içərisində hansınısa seçmək mənim üçün çox çətindir. Ancaq birini xüsusi qeyd edə bilərəm. 1998-ci ildə yeni nazir vəzifəsinə təyin olunan zaman Prezidentin Qazaxıstana rəsmi səfər edəcəyini, nümayəndə heyətinə mənim də daxil edildiyimi bildirdilər. Qazaxıstanda parlamentdə görüş zamanı bir nəfər ağbirçək qazax qadın söz alaraq çıxış etdi. O çıxış heç zaman yadımdan çıxmır. Həmin qadın 1986-cı il Alma-Ata hadisələrini yada saldı. Bu, Kunayevin vəzifədən uzaqlaşdırılması ilə bağlı idi. Bildirdi ki, Kunayev ölməmişdən bir neçə saat əvvəl onu yanına dəvət edib vəsiyyətini açıqlayıb. Qazax xalqının bu vəsiyyətdə qeyd olunanları unutmamasını istəyib. Hamımız diqqətlə qulaq asırdıq və qadının nə söyləyəcəyini maraqla gözləyirdik. Həmin xanım Kunayevin ona Siyasi Büroda vəzifəsindən azad edilməsi anlarını danışıb.

Həmin vaxt Mixail Qorbaçov Kunayevin yerinə qazax xalqını tanımayan Kolbin soyadlı Rusiya vətəndaşının təyin olunmasını səsə qoyub. Hamı onun namizədliyini dəstəkləsə də, yalnız bir nəfər etiraz edib. Bu şəxs Heydər Əliyev idi. Qorbaçov etirazın səbəbini soruşduqda Heydər Əliyev açıq şəkildə Kolbinin qazax xalqını tanımadığını əsas gətirərək, onun birinci katib təyinatının çox böyük səhv olduğunu bildirib. Qorbaçova sonradan peşman olacağını deyib. Siyasi Büroda əksəriyyətin Qorbaçovun adamlarının olduğunu nəzərə alsaq, bu addımı yalnız Heydər Əliyev kimi bir şəxsiyyət ata bilərdi. Özüm də daxil Heydər Əliyevin böyüklüyünü zaman keçdikcə daha dərindən dərk edirik. O, hələ sovet hakimiyyəti illərində Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Anar, Ziya Bünyadov kimi neçə-neçə ziyalımızı DTK-nın caynağından xilas edib. Ulu öndər hələ Naxçıvan DTK-sında leytenant rütbəsində olarkən Sovet ordusu Cənubi Azərbaycanı tərk edən zaman buraya üz tutan minlərlə soydaşımızın təhlükəsizliyinin təminində də mühüm rol oynayıb. Ulu öndərin fəaliyyəti ilə bağlı bu cür məqamları cəmiyyətimiz daha yaxından bilməlidir. Heydər Əliyevin Azərbaycan dili ilə bağlı fəaliyyəti də xüsusi qeyd edilməlidir. Vaxtilə Mirzə İbrahimov və digərləri bu istiqamətdə müəyyən işlər görmək istədilər. Ancaq sonradan hamısını cəzalandırdılar. Lakin Heydər Əliyev hansı addımın nə zaman atılmalı olduğunu çox gözəl bilirdi. Azərbaycan dili ilə bağlı qərar 1978-ci ildə məhz Ulu öndərin qətiyyəti ilə verildi. Bu siyasət və qətiyyət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.

"Ulu öndər müəllimlərlə bir yerdə oturacağını bildirdi"

- Heydər Əliyevlə son təmasınız və nələr haqqında danışdığınız da maraqlıdır...

- Onunla sonuncu telefon təmasım indiki Heydər Əliyev Sarayında Naxçıvanski adına liseyin yubileyi zamanı məlum hadisədən bir neçə gün sonraya təsadüf etdi. Vəziyyəti ilə bağlı maraqlanmaq üçün zəng etsəm də, hər şeyin yaxşı olduğunu bildirib, qəfil Gürcüstandakı azərbaycanlı şagirdlərə kitabların çatdırılıb-çatdırılmadığını soruşdu. "Dağıstan və Dərbənddəki məktəblərə kitabları necə, çatdırdınmı?" - deyə davam etdi. Bu cür məqamları unutmurdu. Ulu öndər hər zaman Azərbaycan xalqını, onun gələcəyini düşünürdü.

1998-ci ildə Azərbaycan müəllimlərinin ilk qurultayını keçirəndə Heydər Əliyev də iştirak edirdi. Salona daxil olanda harada oturacağı ilə maraqlandı. Biz onun üçün ayrıca yer hazırlamışdıq. Lakin ulu öndər müəllimlərlə bir yerdə oturacağını bildirdi. O, həqiqətən də unudulmaz şəxsiyyətdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 May 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see273

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see257

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see233

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see211

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see197

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see177

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see167

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see161

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see153

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see153

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see149

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see140

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see140

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see139

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see133

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see133

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see131

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see131

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri