Misir Mərdanov xəstəxanaya yerləşdirildi AÇIQLAMA
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Sabiq təhsil naziri, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanovun səhhətində problem yaranıb.
Modern.az-a daxil olan məlumata görə, eks-nazir xəstəxanaya yerləşdirilib və hətta əməliyyat olunub.
Əməkdaşımız xəbəri dəqiqləşdirmək üçünMisir Mərdanovun özü ilə əlaqə saxlayıb.
Saytımıza açıqlamasında sabiq nazir hazırda xəstəxanada olduğunu təsdiqləyib.
"Hazırda xəstəxanadayam, amma ciddi bir əməliyyat keçirməmişəm. Bu gün xəstəxanadan çıxacam. Səhhətimdə elə bir böyük problem yoxdur. Narahatlığa əsas yoxdur. İnşallah, sabah işdə olacam".
M.Mərdanov 1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə rektoru olub.
1998-ci ildən 2013-cü ilin aprelinədək Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb.
Misir Mərdanov hazırda Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş Riyaziyyat və Mexanika İnstitunun direktoru vəzifəsində çalışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 10 İyun 2025 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















