Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Misir Mərdanovdan nazirə çağırış “Uşaqları “şikəst” edirsiniz...”

Misir Mərdanovdan nazirə çağırış “Uşaqları “şikəst” edirsiniz...”

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Eks-nazir imtahan suallarından şikayətləndi, nazirlik yanında İctimai Şuradan reaksiya gəldi

“Dünyada belə bir praktika var. Ancaq bunu nazirin özünə də demişəm ki, sosial şəbəkələrdə müəllimlərin, şagirdlərin imtahanda cavab verdiyi suallara baxıram, çox narahat oluram. Üzümü tuturam o sualları yazanlara: hesab edin ki, o sualı övladınıza verirsiniz”. 

Bu fikirləri Azərbaycanın keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov yerli mediaya açıqlamasında deyib.

Eks-nazir ardınca bildirib: “Hər bir sualda hökmən bir xüsusi yanaşma işlətməlisən ki, onu həll edəsən. Yadına düşməsə, edə bilməyəcəksən. Belə suallar vermək olmaz... Hər bir sual imtahan üçün öyrədici xarakter daşımalıdır. Bizim institutda da ”bunker müəllimləri" var. Onlara dəfələrlə demişəm ki, məktəblərdə verdiyimiz biliyə uyğun suallar hazırlayın ki, uşaq da cavablandıra bilsin. Təəssüf ki, bunu etmirlər. Hər il minlərlə qabiliyyətli azərbaycanlı gənc bu test imtahanlarından qaçaraq xarici ölkələrə gedir. Ən qabiliyyətlilər. Niyə? Çünki belə imtahanlar var".

M.Mərdanov qeyd edib ki, hər zaman Azərbaycanda keçirilən formada test imtahanının əleyhinə olub: “İlk növbədə imtahanlarda verilən suallar orta məktəb şagirdlərinin səviyyəsinə uyğun olmalıdır. Bəlkə də bu, repetitorluğun heç olmasa bir az azalmasına səbəb ola bilər”.Təhsil eksperti Kamran Əsədov isə “Bakı-Xəbər”ə deyib ki, M.Mərdanovun imtahan suallarının məzmunu və strukturuna yönəltdiyi tənqidlər Azərbaycan təhsilində qiymətləndirmə sistemi ilə real tədris prosesi arasında uzun illərdir mövcud olan uyğunsuzluğun açıq şəkildə səsləndirilməsidir: “Təəssüf ki, bu uyğunsuzluq sistematik problem xarakteri daşıyır və təkcə indiki dövrə yox, elə məhz Mərdanovun nazir olduğu illərə qədər uzanır. Onun qeyd etdiyi ”bunker müəllimləri", yəni şagirdlərə məktəb tədrisindən kənar və yalnız xüsusi yanaşmalarla izah olunan suallar öyrədən şəxslər, əslində qiymətləndirmənin məktəbdən tamamilə ayrıldığı mühitin məhsuludur".Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Mən Misir müəllimin mətbuatda verdiyi açıqlamaları ilə tanışam. Baxmayaraq ki, zamanında onun fəaliyyəti ilə razı olmamışam. Amma qəbul və buraxılış imtahanları ilə bağlı fikirlərinə hörmətlə yanaşıram, burada həqiqət payı var. Doğrudan da, biz qəbul imtahanlarını bu qədər çətin etməməliyik. Universitetlərə qəbul bu dərəcədə çətin olmamalıdır. Misir müəllim qeyd edir, bu gün savadlı gənclərimizin bir çoxu xarici universitetləri seçməyə üstünlük verir. Bunun əsas səbəblərindən biri də məhz yerli universitetlərə qəbulun çox çətin olmasıdır. Mən də razıyam ki, bizim bir çox istedadlı gənclərimiz SAT kimi beynəlxalq imtahanlardan uğurla keçərək xarici universitetlərə qəbul alırlar. Bu reallıq bizə göstərir ki, mövcud qəbul sistemi üzərində ciddi düşünmək və müvafiq islahatlar aparmaq zəruridir. Bizim DİM-in imtahanları ilə uğur qazanaraq xarici universitetlərə düşmək olmur. Xarici universitetlərə qəbul prosedurları yerli qəbul sistemindən xeyli fərqlənir. Misir müəllimin də qeyd etdiyi kimi, beynəlxalq ali məktəblərə qəbul olmaq üçün müxtəlif yanaşmalar mövcuddur. Məsələn, ABŞ-da fəaliyyət göstərən universitetlərə qəbul üçün əsasən iki əsas test - SATriyaziyyat və SAT xarici dil (adətən ingilis dili) üzrə imtahanlar tələb olunur. Bu imtahanlar bizim qəbul testlərindən fərqli olaraq daha çox məntiqi düşüncəyə, analiz qabiliyyətinə əsaslanır”.

İlqar Orucov qeyd edib ki, məsələ təkcə bu testlərlə məhdudlaşmır: “Xarici universitetlər yalnız imtahan nəticələrinə deyil, eyni zamanda abituriyentin şəxsi keyfiyyətlərinə, əvvəlki uğurlarına, akademik nailiyyətlərinə, sosial və idman fəaliyyətlərinə, ictimai fəallığına da ciddi diqqət yetirirlər. Yəni, qəbul prosesi daha kompleks və çoxşaxəlidir. Bu isə o deməkdir ki, abituriyentin ümumi potensialı qiymətləndirilir, təkcə test nəticəsi ilə məhdudlaşmır. Əlbəttə, söhbət nüfuzlu və ciddi akademik nüfuza malik olan universitetlərdən gedir. Bizim ölkədə universitetlərə qəbul olmaq üçün abituriyentlərə çox əziyyət veririk.Şagirdlərimiz bir neçə fəndən əlavə hazırlığa getməyə məcbur olurlar. Bu da repetitorluq fəaliyyətinin geniş yayılmasına gətirib çıxarır.

Özüm də zamanında repetitor kimi fəaliyyət göstərmiş biri kimi valideynlərlə, müəllimlərlə çox söhbətlər aparmışam. İmtahana düşən sualların mahiyyətindən xəbərim var. Suallar indi tərtib olunmur ki, əvvəllər də belə idi. Suallar kifayət qədər çətindir. Təəssüf ki, bu gün valideynlər məktəbə yox, repetitor müəllimin verdiyi dərslərə ümid bəsləyir. Məktəb isə bir kənarda qalır. Hətta bəzi müəllimlər də məktəbdə tədrisə deyil, test imtahanlarında düşə biləcək suallara fokuslanır. Nəticədə məktəb sadəcə formallığa çevrilir, təhsil isə öz mahiyyətini itirir. Uşaqlar isə qalıb yollarda, repetitorların qapısında...

Bu ciddi paradoks və uyğunsuzluqdur. Təəssüf ki, bu vəziyyət həm gənclərin təhsilini, həm də cəmiyyətin gələcəyini təhlükə altına qoyur. Biz təhsili daha humanist, ədalətli və şagirdin inkişafını nəzərə alan istiqamətə yönəltməliyik. Dövlət İmtahan Mərkəzinə və Məleykə xanımın fəaliyyətinə hər zaman hörmətlə yanaşmışam. Amma reallıq budur, mütləq dəyişiklik edilməlidir".

Yeri gəlmişkən, Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə təhsil sahəsində ekspert kimi tanınan şəxslərin çıxışlarına etiraz edib. M. Abbaszadə bu fikirləri DİM-in bugünkü (23 may - red.) brifinqində səsləndirib: “Ekspertlərin hər şeydən əvvəl vicdanı olmalıdır. Mən başa düşə bilmirəm ki, bu insanlara ekspert adını kim verib? Neçə il ali və ya orta məktəbdə dərs deyiblər, hansı elmi məqalələri yazıblar, beynəlxalq konfranslarda çıxış ediblər?”

DİM rəhbəri qeyd edib ki, sosial şəbəkələrdə - xüsusilə Facebook və TikTok kimi platformalarda fikir bildirmək heç də ekspert olmaq anlamına gəlmir: “Sosial mediada nəsə yazmaqla insan ekspert olmur. Təhsili nədir? Hansı universiteti bitirib, nə vaxt bitirib? Mən sadəcə adını, soyadını eşidim, sizə deyim o neçə balla həmin universitetə daxil olub. Onda görək, kim necə ‘təhsil eksperti’ olub. Məleykə Abbaszadə əlavə edib ki, imtahanların nəticələri şəffaf şəkildə təqdim olunur və bu nəticələrə hər kəs - həm abituriyent, həm də valideyn özü baxa bilir:”O müəllim ki, əvvəlcədən deyir bu uşaq yaxşı oxuyur, amma düzgün qiymətləndirilməyib - o sadəcə özünü düz danışan kimi göstərmək istəyir. Əslində isə proses açıq və obyektiv şəkildə aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 May 2025 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see608

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see315

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see314

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see224

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see224

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see222

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see222

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see213

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see208

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see207

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see207

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see207

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see206

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see204

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see203

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see201

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see200

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see200

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see199

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri