Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Ötən onilliklərin solmayan kinolentləri

Ölümdən sonra insanı nə gözləyir?

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Misir Mərdanovdan nazirə çağırış “Uşaqları “şikəst” edirsiniz…”

Misir Mərdanovdan nazirə çağırış “Uşaqları “şikəst” edirsiniz…”

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Dünyada belə bir praktika var. Ancaq bunu nazirin özünə də demişəm ki, sosial şəbəkələrdə müəllimlərin, şagirdlərin imtahanda cavab verdiyi suallara baxıram, çox narahat oluram. Üzümü tuturam o sualları yazanlara: hesab edin ki, o sualı övladınıza verirsiniz”.

Bu fikirləri Azərbaycanın keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov yerli mediaya açıqlamasında deyib.

Eks-nazir ardınca bildirib: “Hər bir sualda hökmən bir xüsusi yanaşma işlətməlisən ki, onu həll edəsən. Yadına düşməsə, edə bilməyəcəksən. Belə suallar vermək olmaz… Hər bir sual imtahan üçün öyrədici xarakter daşımalıdır. Bizim institutda da ”bunker müəllimləri” var.  Onlara dəfələrlə demişəm ki, məktəblərdə verdiyimiz biliyə uyğun suallar hazırlayın ki, uşaq da cavablandıra bilsin. Təəssüf ki, bunu etmirlər. Hər il minlərlə qabiliyyətli azərbaycanlı gənc bu test imtahanlarından qaçaraq xarici ölkələrə gedir. Ən qabiliyyətlilər. Niyə? Çünki belə imtahanlar var”.

M.Mərdanov qeyd edib ki, hər zaman Azərbaycanda keçirilən formada test imtahanının əleyhinə olub: “İlk növbədə imtahanlarda verilən suallar orta məktəb şagirdlərinin səviyyəsinə uyğun olmalıdır. Bəlkə də bu, repetitorluğun heç olmasa bir az azalmasına səbəb ola bilər”.

Kamran Əsədov: Sosial platformalarda sərgilənən məzmunun təsiri ilə,  uşaqlar arasında zorakılıq, şiddət və mənfi davranış modelləri normal hala  gələ bilər.

Təhsil eksperti Kamran Əsədov isə “Bakı-Xəbər”ə deyib ki, M.Mərdanovun imtahan suallarının məzmunu və strukturuna yönəltdiyi tənqidlər Azərbaycan təhsilində qiymətləndirmə sistemi ilə real tədris prosesi arasında uzun illərdir mövcud olan uyğunsuzluğun açıq şəkildə səsləndirilməsidir: “Təəssüf ki, bu uyğunsuzluq sistematik problem xarakteri daşıyır və təkcə indiki dövrə yox, elə məhz Mərdanovun nazir olduğu illərə qədər uzanır. Onun qeyd etdiyi ”bunker müəllimləri”, yəni şagirdlərə məktəb tədrisindən kənar və yalnız xüsusi yanaşmalarla izah olunan suallar öyrədən şəxslər, əslində qiymətləndirmənin məktəbdən tamamilə ayrıldığı mühitin məhsuludur”.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Mən Misir müəllimin mətbuatda verdiyi açıqlamaları ilə tanışam. Baxmayaraq ki, zamanında onun fəaliyyəti ilə razı olmamışam. Amma qəbul və buraxılış imtahanları ilə bağlı fikirlərinə hörmətlə yanaşıram, burada həqiqət payı var. Doğrudan da, biz qəbul imtahanlarını bu qədər çətin etməməliyik. Universitetlərə qəbul bu dərəcədə çətin olmamalıdır. Misir müəllim qeyd edir, bu gün savadlı gənclərimizin bir çoxu xarici universitetləri seçməyə üstünlük verir. Bunun əsas səbəblərindən biri də məhz yerli universitetlərə qəbulun çox çətin olmasıdır. Mən də razıyam ki, bizim bir çox istedadlı gənclərimiz SAT kimi beynəlxalq imtahanlardan uğurla keçərək xarici universitetlərə qəbul alırlar. Bu reallıq bizə göstərir ki, mövcud qəbul sistemi üzərində ciddi düşünmək və müvafiq islahatlar aparmaq zəruridir. Bizim DİM-in imtahanları ilə uğur qazanaraq xarici universitetlərə düşmək olmur. Xarici universitetlərə qəbul prosedurları yerli qəbul sistemindən xeyli fərqlənir. Misir müəllimin də qeyd etdiyi kimi, beynəlxalq ali məktəblərə qəbul olmaq üçün müxtəlif yanaşmalar mövcuddur. Məsələn, ABŞ-da fəaliyyət göstərən universitetlərə qəbul üçün əsasən iki əsas test – SAT riyaziyyat və SAT xarici dil (adətən ingilis dili) üzrə imtahanlar tələb olunur. Bu imtahanlar bizim qəbul testlərindən fərqli olaraq daha çox məntiqi düşüncəyə, analiz qabiliyyətinə əsaslanır”.

İlqar Orucov qeyd edib ki, məsələ təkcə bu testlərlə məhdudlaşmır: “Xarici universitetlər yalnız imtahan nəticələrinə deyil, eyni zamanda abituriyentin şəxsi keyfiyyətlərinə, əvvəlki uğurlarına, akademik nailiyyətlərinə, sosial və idman fəaliyyətlərinə, ictimai fəallığına da ciddi diqqət yetirirlər. Yəni, qəbul prosesi daha kompleks və çoxşaxəlidir. Bu isə o deməkdir ki, abituriyentin ümumi potensialı qiymətləndirilir, təkcə test nəticəsi ilə məhdudlaşmır. Əlbəttə, söhbət nüfuzlu və ciddi akademik nüfuza malik olan universitetlərdən gedir. Bizim ölkədə universitetlərə qəbul olmaq üçün abituriyentlərə çox əziyyət veririk. Şagirdlərimiz bir neçə fəndən əlavə hazırlığa getməyə məcbur olurlar. Bu da repetitorluq fəaliyyətinin geniş yayılmasına gətirib çıxarır.

Özüm də zamanında repetitor kimi fəaliyyət göstərmiş biri kimi valideynlərlə, müəllimlərlə çox söhbətlər aparmışam. İmtahana düşən sualların mahiyyətindən xəbərim var. Suallar indi tərtib olunmur ki, əvvəllər də belə idi. Suallar kifayət qədər çətindir. Təəssüf ki, bu gün valideynlər məktəbə yox, repetitor müəllimin verdiyi dərslərə ümid bəsləyir. Məktəb isə bir kənarda qalır. Hətta bəzi müəllimlər də məktəbdə tədrisə deyil, test imtahanlarında düşə biləcək suallara fokuslanır. Nəticədə məktəb sadəcə formallığa çevrilir, təhsil isə öz mahiyyətini itirir. Uşaqlar isə qalıb yollarda, repetitorların qapısında…

Bu ciddi paradoks və uyğunsuzluqdur. Təəssüf ki, bu vəziyyət həm gənclərin təhsilini, həm də cəmiyyətin gələcəyini təhlükə altına qoyur. Biz təhsili daha humanist, ədalətli və şagirdin inkişafını nəzərə alan istiqamətə yönəltməliyik. Dövlət İmtahan Mərkəzinə və Məleykə xanımın fəaliyyətinə hər zaman hörmətlə yanaşmışam. Amma reallıq budur, mütləq dəyişiklik edilməlidir”.

Yeri gəlmişkən, Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə təhsil sahəsində ekspert kimi tanınan şəxslərin çıxışlarına etiraz edib. M. Abbaszadə bu fikirləri DİM-in bugünkü (23 may –  red.) brifinqində səsləndirib: “Ekspertlərin hər şeydən əvvəl vicdanı olmalıdır. Mən başa düşə bilmirəm ki, bu insanlara ekspert adını kim verib? Neçə il ali və ya orta məktəbdə dərs deyiblər, hansı elmi məqalələri yazıblar, beynəlxalq konfranslarda çıxış ediblər?”

DİM rəhbəri qeyd edib ki, sosial şəbəkələrdə – xüsusilə Facebook və TikTok kimi platformalarda fikir bildirmək heç də ekspert olmaq anlamına gəlmir: “Sosial mediada nəsə yazmaqla insan ekspert olmur. Təhsili nədir? Hansı universiteti bitirib, nə vaxt bitirib? Mən sadəcə adını, soyadını eşidim, sizə deyim o neçə balla həmin universitetə daxil olub. Onda görək, kim necə ‘təhsil eksperti’ olub. Məleykə Abbaszadə əlavə edib ki, imtahanların nəticələri şəffaf şəkildə təqdim olunur və bu nəticələrə hər kəs – həm abituriyent, həm də valideyn özü baxa bilir:”O müəllim ki, əvvəlcədən deyir bu uşaq yaxşı oxuyur, amma düzgün qiymətləndirilməyib – o sadəcə özünü düz danışan kimi göstərmək istəyir. Əslində isə proses açıq və obyektiv şəkildə aparılır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 24 May 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see280

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see244

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see227

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see227

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see204

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see196

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see190

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see189

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see167

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see161

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see159

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see159

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see158

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see158

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see157

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see156

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see155

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see154

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see150

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri