Icma.az
close
up
RU
Misir Mərdanovdan “Niyə o əjdahadan hələ də bizdə yoxdur” sualına CAVAB

Misir Mərdanovdan “Niyə o əjdahadan hələ də bizdə yoxdur” sualına CAVAB

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misir Mərdanov: “Müsəlman ölkələrində, yaxud da Türk dünyasında elə bir mühit yoxdur ki, Nobel mükafatı alan alimlər yetişsin...”

Oktyabrın 6-da 2025-ci ilin Nobel laureatlarının adları açıqlanmağa başlayıb. “Nobel həftəsi” oktyabrın 13-dək keçiriləcək. Ənənəyə uyğun olaraq, Nobel Mükafatları Komitəsi tərəfindən hər il elmin ayrı-ayrı sahələri üzrə mühüm kəşflərə imza atmış görkəmli alimlərə Nobel mükafatı təqdim olunur.

İlk olaraq fiziologiya və tibb sahəsində Nobel laureatının adı açıqlanıb. Fiziologiya və ya tibb sahəsində 2025-ci ilin Nobel mükafatı laureatları amerikalı alimlər Meri E.Brunkov və Fred Ramsdell, həmçinin yapon tədqiqatçısı Şimon Sakaquçidir. Onlar bu yüksək mükafata “periferik immun tolerantlıqla bağlı kəşflərinə görə” layiq görülüblər. Bu kəşflər, immun sisteminin öz bədəninə zərər verməsinin qarşısını alan mexanizmlərin anlaşılmasına gətirib çıxarmış və hazırda klinik sınaqlarda olan müalicə metodlarının inkişafına kömək edib. Bundan sonra kimya, sonra ədəbiyyat üzrə laureatın adı məlum olacaq. Oktyabrın 10-da isə Osloda 2025-cü ilin Sülh mükafatı laureatının adı açıqlanacaq.

Qeyd edək ki, ötən il Nobel mükafatı üçün müəyyən edilmiş məbləğ - 11 milyon İsveç kronu (SEK) təşkil edib. Bu məbləğin artırılıb-azaldılmasına Nobel Fondu qərar verəcək.

Azərbaycan alimlərinin Nobel mükafatından kənarda qalmasının əsas səbəbi ciddi elmi kəşflərin olmamasıdır. Məlumatlara görə, İkinci Dünya müharibəsindən sonra bütün elm sahələri üzrə Nobel mükafatçılarının əksəriyyəti Amerika alimləridir. Bu da Amerikada ilk növbədə böyük və nüfuzlu universitetlərin yerləşməsi ilə bağlıdır. Bu universitetlərdə də dünyada analoqu olmayan tədqiqatlar aparılır. Həmin tədqiqatların çoxu da elm sahələri üzrə böyük kəşflərə və nəticədə Nobel mükafatına təqdim edilir. Bu mənada Nobel yarışında Azərbaycanı təmsil edən alim(lər) yoxdur. Ədəbiyyat və sülh üzrə mükafatlara gəlincə isə bu sahə üzrə də məsələ kifayət qədər çətindir. Bu sahələrdə də mükafat almaq üçün şübhəsiz ki, dünya səviyyəli şair və yazıçı olmaq gərəkdir. Həmin yazıçının, şairin əsərləri ideal səviyyədə olmalıdır.


Mövzu ilə bağlı “Yeni Müsavat”a şərh verən sabiq təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bəzi məqamlara aydınlıq gətirib: “Nobel mükafatı məsələsi uzun müddətdir ki, müzakirə olunur. Nəinki Azərbaycan, Gürcüstan, Ermənistan, eləcə də Orta Asiya, Qazaxıstandan heç kim Nobel almayıb. Bir neçə statistik rəqəmi qeyd edim. Son ilin məlumatlarına görə, elm üzrə Nobel mükafatı almış insanların 290 nəfəri, yəni 42,06 faizi ABŞ-də çalışan adamlardır. 92 nəfər - 13,5 faiz Birləşmiş Krallıqda yaşayan və işləyən adamlardır. 74 nəfər - 11 faizi Almaniyada, 39 nəfər Fransada, 22 nəfər Yaponiyada, 20 nəfər İsveçrədə yaşayır, baxmayaraq ki, balaca ölkədir. 19 nəfər İsveç, 16 Rusiya, 14 nəfər Kanada, 14 nəfər Niderland, 12 nəfər Avstriya, 10 nəfər Danimarka və s. Fikir verirsinizsə, bunların içərisində bir müsəlman ölkəsinin adı yoxdur. Müsəlmanlardan Nobel mükafatı alanların hamısı Qərbdə və ABŞ-də işləyib, çalışanlardır. Yəni elmin bu və digər sahəsində uğur qazanmaqda həlledici rolu mühit oynayır. Bir neçə dəfə türk, ya da pakistanlı bu mükafatı alıb, amma onların həyatını oxusanız görərsiniz ki, ABŞ-də təhsil alıb və elmi tədqiqat işləri aparıblar. Yəni bu heç də bizim elmimizin aşağı səviyyədə olmasına dəlalət eləmir. Məsələn, vaxtilə sovetlər məkanı deyilən ölkədə yaşayırdıq, Azərbaycan ölkənin 15 respublikasından biri idi. O ölkənin də elm üçün əsas şəraiti Moskvada, keçmiş Leninqradda, Novosibirskdə yaranmışdı. Böyük alimlər əsasən oralarda yetişirdi. Sizin sualınıza cavab olaraq demək istəyirəm ki, hələ ki bizdə - müsəlman ölkələrində, yaxud da Türk dünyasında elə bir mühit yoxdur ki, Nobel mükafatı alan alimlər yetişsin. Bunun üçün çalışmaq lazımdır. Elmlər Akademiyasının, Elmi Tədqiqat İnstitutunun, Elm və Təhsil Nazirliyinin üzərinə çox böyük vəzifələr düşür”.

Misir Mərdanov “Dünya miqyasında irəli getməməyin bir səbəbi də maliyyə göstərilir. Azərbaycanda elm sahəsinə çox az vəsait ayrılır, bununla nə dərəcədə razılaşırsınız” sualına belə cavab verib: “Əlbəttə, bu fikirlə razıyam. Rəqəm göz qabağındadır, elm və təhsilə inkişaf etmiş ölkələrlə müqayisədə az vəsait ayrılır. Bunun da səbəblərindən biri budur ki, biz 30 ildən çox idi ki, torpaqlarımızın 20 faizini itirmişdik. İndi torpaqlarımızı azad etmişik, büdcəmizin xeyli bir hissəsi həmin ərazilərdə infrastrukturun yaranması, əhalinin ora köçürülməsi, onlar üçün yaşayış binalarının tikilməsi üçün böyük xərc tələb olunur. Bir səbəb də budur ki, hələ biz istədiyimiz vəsaiti elmə və təhsilə ayıra bilmirik. Ümid edirəm ki, gələcəkdə elm və təhsilə ayrılan vəsait artırılacaq. Azərbaycanda da Nobel mükafatı almağa iddia edən alimlər tapılacaq”.

Sabiq nazir dünyada Nobel mükafatını daha çox yəhudilərin alması məsələsinə də münasibət bildirib: “Müəyyən mənada ikili standartlar var. Elm sahəsində 600-dən çox Nobel mükafatı verilib, bunların böyük əksəriyyətini yəhudilər təşkil edir. Əlbəttə, etiraf etmək lazımdır ki, yəhudilər arasında dünyanın tanınmış alimləri başqa millətin nümayəndələrinə nisbətən daha çoxdur. Hətta keçmiş sovetlər birliyində də riyaziyyat sahəsində böyük alimlərin əksəriyyəti ya yəhudi idi, ya da yəhudilərlə yaxından əlaqəsi var idi. Mükafatların verilməsi məsələsi də məhz onların adamlarından asılı olur. Orada da haqq, ədalətlə həll olunduğunu demək olmaz. Hər halda, mükafatın münsiflər heyətinə əsasən Qərb ölkələrinin, Amerikanın vətəndaşları daxildir. Onlar çalışırlar ki, öz vətəndaşları daha çox yer tutsun. Ancaq fikrimcə, hələlik bizim o səviyyəyə layiq olan, o yarışda iştirak edəcək gücdə olan alimimiz yoxdur”.

Misir Mərdanov “Yaxınlarda riyaziyyat üzrə beynəlxalq olimpiadada bir məktəblimiz belə qızıl, ya gümüş medal ala bilmədi. Niyə bizdə riyaziyyatçı yetişmir, beynəlxalq olimpiadada yüksək yer qazana bilmirik” sualına belə cavab verib: “Mənə belə gəlir ki, riyaziyyat üzrə beynəlxalq olimpiadalarda yer tutmaq üçün əvvəlcədən hazırlaşmaq lazımdır. Kim desə ki, orta məktəbdə verilən bilik və bacarığa əsasən şagird gedib dünya olimpiadasında yer tutur, mən ona inanmıram. Tarixən belə olub ki, Təhsil Nazirliyi bir olimpiada mərkəzi olub. Bu gün də var. O olimpiada mərkəzində gərək şagirdlər respublikanın regionlarından yuxarı sinif şagirdləri arasında mütləq riyazi biliyi olan qabiliyyətli uşaqlar seçilsin. Onlar müəyyən proqramlarla bu sahədə səriştəsi olan alimlərin, mütəxəssislərin köməyi ilə hazırlaşsınlar. Onda qələbə qazanmağa ümid etmək olar. Məncə, ölkədə belə bir mərkəz olmalıdır. Bu mərkəzdə uşaqlar məktəbdən müəyyən müddətə ayrılıb, ayrıca məşğələlər keçməlidir. Onda ümid etmək olar ki, həm riyaziyyat, həm də digər elm sahəsində olan olimpiadalarda uğur qazana bilərik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:251
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Oktyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri