Misir səfirindən Fələstin üçün çağırış: Susmaq artıq çıxış yolu deyil
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Baku TV-nin "Rəsmilər" verilişinin budəfəki buraxılışının qonağı Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Hussam-Eldin Reda olub.
Səfir fəaliyyəti dövründə əsas prioritet istiqamətlərdən danışaraq qarşıda Misir və Azərbaycan liderlərinin baxışını reallaşdırmaq kimi mühüm vəzifənin dayandığını bildirib. O, iki ölkə arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın daha da gücləndirilməsinin əsas məqsədlərdən olduğunu vurğulayıb.
Verilişdə Qəzza ilə bağlı mövcud vəziyyətə də toxunulub. Səfir Qəzza üzrə sülh razılaşmasından sonra Misirin vacib hesab etdiyi addımlar barədə danışaraq Fələstin xalqının əzablarının və ağır humanitar vəziyyətin dayandırılması üçün qlobal səviyyədə birgə fəaliyyətin zəruriliyini qeyd edib.
Müsahibə zamanı İsrail-HƏMAS münaqişəsi ilə bağlı Misirin mövqeyi diqqətə çatdırılıb, humanitar dəhlizin qorunub saxlanılmasının vacibliyi xüsusi vurğulanıb.
Turizm sahəsində əməkdaşlığın genişləndirilməsi də müzakirə mövzusu olub. Səfir misirli turistlərin Azərbaycana səfərlərinin artırılmasının hədəfləndiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 15 Yanvar 2026 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















