Icma.az
close
up
RU
Misir sülh və birgəyaşayış mədəniyyətinin təşviqində ciddi tərəfdaşlıqlara açıqdır

Misir sülh və birgəyaşayış mədəniyyətinin təşviqində ciddi tərəfdaşlıqlara açıqdır

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Qahirə, 9 iyul, AZƏRTAC

Misirdə Ümumdünya Fətva Evləri və Heyətləri Baş Katibliyi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə əməkdaşlığa açıqdır. Baş Katiblik sülh və birgəyaşayış mədəniyyətinin təşviqində, xüsusilə Qərbdə islamın təhrif olunmuş imicilə, eləcə də müasir intellektual və humanitar çağırışlarla mübarizədə ciddi tərəfdaşlıqlara hazırdır.

AZƏRTAC xəbər verir ki, bunu Misirin Baş müftisi, Ümumdünya Fətva Evləri və Heyətləri Baş Katibliyinin sədri Nəzir Məhəmməd Əyad iyulun 8-də Qahirədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovla görüşündə deyib.

Görüşdə dini plüralizmin və dinlərarası dinc birgəyaşayışın təşviqi, eləcə də islamofobiya probleminə qarşı mübarizə sahələrində əməkdaşlığın gücləndirilməsi yolları müzakirə olunub.

Misirin Baş müftisi ölkəsi ilə Azərbaycan arasında mövcud olan dərin tarixi və qardaşlıq əlaqələrinə toxunub, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin elmi və intellektual forumlar vasitəsilə birgəyaşayış dəyərlərinin möhkəmləndirilməsi və nifrət, ekstremizm kimi çağırışlara qarşı mübarizə sahəsində oynadığı fəal rolu yüksək qiymətləndirib.

Nəzir Məhəmməd Əyad rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, onun bu sahədə tanınmış beynəlxalq mərkəzlər və təşkilatlarla əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb. Bu kontekstdə Ümumdünya Fətva Evləri Baş Katibliyi nəzdində yaradılmış və ekstremizmin ideoloji əsaslarını araşdıran və təhlil edən, onun yayılma mexanizmlərini öyrənərək cəmiyyətləri bu axınlardan qorumağa çalışan “Salam” (Sülh) mərkəzinin, həmçinin “İmam Leys ibn Səd” fiqh və birgəyaşayış mərkəzinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə əməkdaşlıqda maraqlı olduğu vurğulanıb.

Öz növbəsində, Rəvan Həsənov rəhbərlik etdiyi Mərkəzin fəaliyyəti və beynəlxalq əlaqələri haqqında danışıb. Eyni zamanda, təlim, elmi və intellektual təşəbbüslərin həyata keçirilməsində, humanitar xarakterli birgə layihələrdə əməkdaşlıq imkanlarının mövcud olduğunu diqqətə çatdırıb.

Görüşdə Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri tədqiqatçı alim Seymur Nəsirov da iştirak edib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyul 2025 07:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see293

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see291

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see249

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see233

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see149

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see143

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see142

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see134

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see126

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see124

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see124

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see122

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see121

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri