Icma.az
close
up
RU
Misirdə altı nəfərin ölümünə səbəb olan faciənin DƏHŞƏTLİ KADRLARI

Misirdə altı nəfərin ölümünə səbəb olan faciənin DƏHŞƏTLİ KADRLARI

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Misirin Hurgada şəhərində batiskafın batması ilə bağlı dəhşətli fakt ortaya çıxıb. Məlum olub ki, sualtı qayığın heyəti səfər öncəsi turistlərə üzməyi bacarmadıqlarını etiraf ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb.

Turistlər bu açıqlamaya əvvəlcə inanmaqda çətinlik çəkiblər və bəziləri bunu yersiz zarafat kimi qəbul ediblər. Ancaq sağ qalanların sözlərinə görə, batiskaf sərnişinlər hələ tam şəkildə müşahidə bölməsinə enməmiş açıq lyuklarla suya dalmağa başlayıb.

Məlumata görə, moskvalı bir nənə və baba 7-8 yaşlı iki nəvəsi ilə birlikdə sualtı mərcan rifini seyr etmək üçün bilet alıblar. Lakin uşaqlar minməzdən əvvəl ayaqyoluna getdikləri üçün ailə bir qədər gecikib. Onlar göyərtəyə qalxdıqda orada hələ azı 5 nəfər olub. Bu zaman batiskaf gözlənilmədən suya dalmağa başlayıb.

"Nə baş verdiyini dərhal anladım, uşaqları körpüyə atdım və başqa bir kişi ilə birlikdə insanları xilas etməyə çalışdıq. Qayıq bir göz qırpımında suyun altına getdi", - deyə sağ qalanlardan biri bildirib.

Faciədən sonra xilas olanlar üç saat ərzində polis tərəfindən sorğu-suala tutulublar. İlkin versiyalara əsasən, hadisə ya heyətin səhvi, yəni vaxtından əvvəl suya dalma, ya da gəminin texniki nasazlığı səbəbindən baş verib.

Xatırladaq ki, Misirdə içərisində rusiyalı turistlərin olduğu "Sindbad" turist batiskafı ekskursiya zamanı batıb. Faciə nəticəsində ikisi uşaq olmaqla altı nəfər həlak olub, yeddi yaralı hələ də xəstəxanadadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Mart 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri