Icma.az
close
up
RU
Misirdə “ASAN xidmət” barədə araşdırma məqaləsi nəşr edilib

Misirdə “ASAN xidmət” barədə araşdırma məqaləsi nəşr edilib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Qahirə, 5 aprel, AZƏRTAC

Misirin “Masarat” Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Əhməd Fəhminin “ASAN xidmət” modeli və onun dünyada tətbiqi barədə geniş araşdırma məqaləsi nəşr edilib.

AZƏRTAC xəbər verir ki, araşdırmada “ASAN xidmət” ideyasının mahiyyəti və yaranma tarixi, eləcə də bir sıra dünya ölkələrində tətbiqi barədə yazılıb.

Qeyd edilib ki, Azərbaycanın 2012-ci ildə istifadəyə verdiyi “ASAN xidmət” modeli qısa müddətdə milli innovasiya təşəbbüsündən qlobal səviyyədə uğurlu idarəetmə nümunəsinə çevrilərək, 30-dan çox ölkəyə ixrac olunub. Rəqəmsal idarəetmə sisteminin inkişafına yönəlmiş bu layihə 2015-ci ildə BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” üzrə mükafatına layiq görülərək beynəlxalq nüfuz qazanıb.

Vurğulanıb ki, “ASAN xidmət” modeli dövlət qurumlarının fəaliyyətini bir məkanda birləşdirən “vahid pəncərə” prinsipi əsasında qurulub: “Bu sistem vasitəsilə vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi, pasport rəsmiləşdirilməsi, qeydiyyat xidmətləri, sahibkarlıq fəaliyyəti üçün icazələrin alınması və digər çoxsaylı xidmətlər operativ və şəffaf şəkildə təqdim olunur. Layihənin əsas məqsədi vaxt itkisini azaltmaq, bürokratik maneələri aradan qaldırmaq və dövlət-vətəndaş münasibətlərində etimadı gücləndirməkdir”.

Araşdırmada bildirilib ki, modelin əsas üstünlükləri sırasında korrupsiyaya qarşı ciddi nəzarət mexanizmlərinin tətbiqi, elektron ödəniş sistemlərinin geniş istifadəsi, rəqəmsal xidmətlərin inteqrasiyası və əhali üçün əlçatanlığın təmin olunması xüsusi yer tutur. “ASAN imza”, “ASAN viza”, “ASAN pay” kimi rəqəmsal alətlər, eləcə də “MyGov” platforması bu sistemin ayrılmaz tərkib hissəsidir.

Qeyd edilib ki, Azərbaycan son illərdə bu modeli xarici siyasət aləti kimi də fəal şəkildə tətbiq edir: “Xüsusilə Afrika qitəsində “ASAN xidmət”in tətbiqi istiqamətində mühüm addımlar atılıb. 2025-ci ilin iyun ayında Efiopiyanın paytaxtı Əddis-Əbəbədə “ASAN xidmət” konsepsiyası əsasında “MESOB” dövlət xidmətləri mərkəzinin fəaliyyətə başlaması bu istiqamətdə ilk addım olub. Mərkəz müxtəlif dövlət qurumlarını birləşdirərək 120-dən çox xidməti vətəndaşlara təqdim edir”.

“Bununla yanaşı, Ruanda ilə əməkdaşlıq çərçivəsində vahid xidmət mərkəzlərinin yaradılması və rəqəmsal infrastrukturun inkişafı üzrə razılaşmalar əldə olunub. 2026-cı ilin mart ayında isə Qvineyanın paytaxtı Konakridə "ASAN xidmət" modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş imzalanıb. Bu təşəbbüslər Azərbaycanın Afrika ölkələri ilə əlaqələrinin genişləndirilməsi və rəqəmsal sahədə əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətli hesab olunur.

Araşdırmada diqqətə çatdırılıb ki, “ASAN xidmət” modelinin ixracı Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsinə, yeni iqtisadi imkanların yaranmasına və qlobal cənub ölkələri ilə tərəfdaşlıq əlaqələrinin güclənməsinə xidmət edir. Bununla yanaşı, layihə proqram təminatı və rəqəmsal xidmətlər sahəsində yerli şirkətlər üçün də yeni bazarlara çıxış imkanı yaradır”, - deyə məqalədə vurğulanıb.

Araşdırmada, həmçinin “ASAN xidmət” modelinin Afrika ölkələrində tətbiqinin bir sıra çağırışlarla da üzləşə biləcəyi qeyd edilib. Bildirilib ki, müxtəlif ölkələrdə idarəetmə sistemlərinin fərqliliyi, rəqəmsal infrastrukturun zəifliyi, ixtisaslı kadr çatışmazlığı və bürokratik müqavimət kimi amillər layihənin effektivliyinə təsir göstərə bilər: “Eyni zamanda, məlumatların qorunması və rəqəmsal suverenlik məsələləri də diqqət tələb edən əsas istiqamətlərdəndir. Beləliklə, “ASAN xidmət” modelini tətbiq etmək istəyən ölkələr yuxarıda sadalanan məsələləri diqqətdə saxlamalıdırlar”.

Müəllif araşdırmasında, həmçinin “ASAN xidmət” modelinin tətbiqi ilə bağlı mütəxəssislərin fikirlərinə istinad edərək yazıb ki, yaxın illərdə “ASAN xidmət” modelinin coğrafi əhatəsi daha da genişlənəcək, süni intellekt və digər qabaqcıl texnologiyaların tətbiqi ilə xidmətlərin keyfiyyəti artırılacaq. Bu isə Azərbaycanın rəqəmsal idarəetmə sahəsində qlobal mövqeyinin daha da möhkəmlənməsinə şərait yaradacaq.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Aprel 2026 01:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see697

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see426

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see254

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see228

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see210

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see205

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see200

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see199

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see199

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see193

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see190

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see184

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see183

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see183

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see182

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see181

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see176

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see176

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see171

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri