Misirdə əl Dabaa AES in ilk reaktorunun təzyiq konteynerinin quraşdırılması mərasimi olub
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qahirə, 19 noyabr, AZƏRTAC
Misirin əl-Dabaa Atom Elektrik Stansiyasının (AES) ilk reaktorunun təzyiq konteynerinin quraşdırılması mərasimi keçirilib.
AZƏRTAC “əl-Əhram” qəzetinə istinadla xəbər verir ki, mərasimdə Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Rusiya Prezidenti Vladimir Putin videokonfrans formatında iştirak ediblər.
Qahirənin şimal-qərbində yerləşən Əl-Dabaa atom enerji layihəsinin dəyəri təxminən 28,5 milyard ABŞ dollarıdır. Onun 25 milyard dolları Rusiyadan 22 il müddətinə kredit şəklində alınıb. Layihənin icrasını isə Rusiyanın “Rosatom” şirkəti həyata keçirir.
Əl-Dabaa stansiyası ümumi gücü 4800 meqavat olan, təzyiqli su ilə işləyən yeni nəsil VVER-1200 (3+) tipli 4 reaktordan ibarət olacaq. Birinci reaktorun 2028-ci ildə işə salınması nəzərdə tutulur. Stansiyanın istismar müddəti 60 il olacaq.
Qeyd edək ki, Misirin ilk AES-nin tikintisi üzrə saziş 2017-ci ilin dekabrında Rusiya Prezidenti Vladimir Putinin Qahirəyə səfəri zamanı imzalanıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 19 Noyabr 2025 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















