Icma.az
close
up
RU
Misir ilin sonunadək Əl Dabaa AES in tikintisi üzrə işlərin 42% ni yekunlaşdırmaq istəyir

Misir ilin sonunadək Əl Dabaa AES in tikintisi üzrə işlərin 42% ni yekunlaşdırmaq istəyir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qahirə, 26 sentyabr, AZƏRTAC

Misir Əl-Dabaa atom elektrik stansiyası layihəsinin tikintisi üzrə işlərin 33%-ini həyata keçirib.

AZƏRTAC “əş-Şarq” agentliyinə istinadla xəbər verir ki, bu barədə Misirin elektrik və bərpaolunan enerji naziri Mahmud İsmət bildirib.

Misirli nazir əlavə edib ki, ölkəsi bu ilin sonuna qədər stansiyanın tikinti işlərindəki icra faizini 42%-ə çatdırmağı hədəfləyir.

Qahirənin şimal-qərbində yerləşən əl-Dabaa atom enerji layihəsinin dəyəri təxminən 28,5 milyard ABŞ dollarıdır. Onun 25 milyard dolları Rusiyadan 22 il müddətinə kredit şəklində alınıb. Layihənin icrasını isə Rusiya şirkəti “Rosatom” həyata keçirir.

Əl-Dabaa stansiyası ümumi gücü 4800 meqavat olan, təzyiqli su ilə işləyən yeni nəsil VVER-1200 (3+) tipli 4 reaktordan ibarət olacaq. Birinci reaktorun 2028-ci ildə işə salınması nəzərdə tutulur. Stansiyanın istismar müddəti 60 il olacaq.

Qlobal miqyasda da bu sektor beynəlxalq maliyyə institutlarının dəstəyini görür. Belə ki, Dünya Bankının İdarə Heyəti ötən ilin iyununda elektrik enerjisinə çıxışın artırılması və əsas inkişaf hədəflərinə çatılması məqsədilə nüvə enerjisinə dəstək verilməsinə qoyulmuş qadağanı aradan qaldırıb.

Qeyd edək ki, sentyabrın 25-də misirli nazir Sankt-Peterburqdakı “AEM-Technology” zavodunda istehsal olunan təzyiq konteynerinin Misirə göndərilməsi tədbirində iştirak edib.

Misirin ilk AES-nin tikintisi üzrə saziş 2017-ci ilin dekabrında Rusiya Prezidenti Vladimir Putinin Qahirəyə səfəri zamanı imzalanıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see132

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see131

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri