Icma.az
close
up
RU
Misirin genetik sirri açıldı: piramidalar dövründə yaşamış ilk insan kim olub?..

Misirin genetik sirri açıldı: piramidalar dövründə yaşamış ilk insan kim olub?..

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Alimlər ilk dəfə olaraq Misirdə təxminən 4500 il əvvəl yaşamış insanın qədim genomunu deşifrə ediblər. Frensis Krik İnstitutu və Liverpul Con Mures Universitetinin iştirakı ilə aparılan tədqiqat bizə ilk piramidaların tikildiyi dövrə, Erkən Krallıq dövrünə aid fərdin tam genomunu əldə etməyə imkan verib.

Moderator.az "Nauka" nəşrinə istinadla xəbər verir ki,  “Nature” jurnalında dərc olunan tədqiqat qədim Misirin genetik tarixini anlamaqda mühüm addımdır.

Qalıqlar Qahirədən təxminən 265 km cənubda yerləşən Nuveyrat kəndində tapılıb. Cəsəd qayaya oyulmuş bir məzarda keramik-saxsı qabda basdırılıb və bu, ehtimal ki, DNT-nin daha yaxşı qorunmasını təmin edib.

Nəticədə çoxlu sayda yad DNT qalıqlarını süzgəcdən keçirmək zərurətinə baxmayaraq, təkmil ekstraksiya və ardıcıllıq üsulları sayəsində genetik materialı bərpa etmək mümkün olub.

Təhlillər göstərib ki, onun əcdadının təxminən 80%-i qədim Şimali Afrika qrupları ilə, təxminən 20%-i isə Bərəkətli Aypara bölgəsi-  Mesopotamiyadakı əhali ilə bağlıdır.

Bu, təkcə mədəni əlaqələrin deyil, həm də piramidaların tikildiyi dövrdə əhalinin qarışıqlığını göstərən faktiki miqrasiya axınlarının sübutudur.

Dişin kimyəvi izləri və skelet araşdırmaları da daxil olmaqla əlavə təhlillər, kişinin Misirdə böyüdüyünü təsdiqləyib və sümüklərindəki izlər onun dulusçu olduğunu deməyə əsas verir. Onlar əlləri uzadaraq oturaq görülən işlərin əlamətlərini ehtiva edir. Eyni zamanda, onun qabın içindəki boşluqda dəfn edilməsi o dövrün sənətkarı üçün qeyri-adi idi və daha yüksək sosial statusdan xəbər verə bilər.

Tədqiqatçılar qədim dövrlərdə əhalinin müxtəlifliyi və hərəkətləri haqqında daha dolğun təsəvvür əldə etmək üçün daha çox sayda arxeoloji nümunənin öyrənilməsinin zəruriliyini vurğulayırlar.

S.Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Sentyabr 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see327

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see319

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see315

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see306

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see287

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see267

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see254

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see249

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see248

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see247

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see242

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see219

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see219

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see213

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see204

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see198

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see195

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see183

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see183

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri