Icma.az
close
up
RU
Misli Premyer Liqasında ən çox vərəqə alan komandalar bəlli olub

Misli Premyer Liqasında ən çox vərəqə alan komandalar bəlli olub

Misli Premyer Liqasının ilk yarısında ən çox sarı və qırmızı vərəqə alan komandalar bəlli olub.

Sarı vərəqələrə əsasən siyahının ilk pilləsində "Sumqayıt" kollektivi qərarlaşıb.

"Gənclik şəhəri" təmsilçisinin üzvləri 18 matçda 46 dəfə belə halla üzləşiblər.

"Şamaxı" (40) 2-ci yerdədir. "Kəpəz" və "Turan Tovuz" (hər ikisi 39) 3-4-cü mövqeləri bölüşürlər. "Araz-Naxçıvan" (38) 5-ci, "Səbail" (36) 6-cı, "Sabah" (34) 7-ci, "Neftçi" (33) 8-ci, "Qarabağ" (25) 9-cu, "Zirə" (22) isə 10-cu olub.

Baş hakimlər mövsümün ilk yarısında çempionat qarşılaşmalarında cəmi 6 qırmızı vərəqə göstəriblər.

"Kəpəz"dən Elmir Tağıyevlə Dioqo Verdaska, "Şamaxı"dan Brahim Konate, "Qarabağ"dan Elvin Cəfərquliyev, "Araz-Naxçıvan"dan Turan Vəlizadə, "Neftçi"dən Edvin Kuç matç vaxtı komandalarını azlıqda qoyublar.

seeBaxış sayı:71
embedMənbə:https://www.cbcsport.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri