Misli Premyer Liqasında ən çox sarı və qırmızı vərəqə alan komandalar SİYAHI
Icma.az, sport24.az saytına istinadən bildirir.
Misli Premyer Liqasında 2024/2025 mövsümünə yekun vurulub. Sport24.az çempionatın 36 turun ən çox sarı və qırmızı vərəqə almış komandalarla bağlı araşdırma aparıb.
Sarı vərəqələrin sayına görə birinci pillədə "Turan Tovuz" qərarlaşıb. Bölgə təmsilçisinin futbolçuları 77 dəfə bu halla üzləşiblər.
"Sumqayıt" (74) ikinci olubsa, "Şamaxı" və "Araz-Naxçıvan" (hər ikisi 73) 3-4-cü yerləri bölüşdürürlər. Növbəti sıralarda "Kəpəz" (71), "Neftçi" (64), "Səbail" (63), "Sabah" (60), "Zirə" (54) və "Qarabağ" (52) qərarlaşıb.
Qırmızı vərəqələrin sayında isə "Araz-Naxçıvan" liderdir. Naxçıvan təmsilçisinin oyunçuları dörd dəfə meydandan qovulublar. "Sabah" və "Neftçi"də 3, "Qarabağ", "Kəpəz", "Şamaxı", "Sumqayıt" və "Turan Tovuz"da iki belə hal yaşanıb. "Zirə" və "Səbail"də isə bu rəqəm 1-ə bərabərdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 03 İyun 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















