“Miss Kainat” irqçilik iddialarına tuş gəlib: “Onun tacı geri alınmalıdır”
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Miss Kainat 2024” seçilən danimarkalı Viktoriya Kjaer Theilvig sosial media hesabında paylaşdığı videoya görə irqçilik ittihamlarının hədəfinə çevrilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, videoda irqçi sayılan sözləri ehtiva edən mahnını ifa edən Theilvig, sosial media istifadəçilərinin reaksiyasına səbəb olub.
Bəzi istifadəçilər Theilviqin titulunun ləğv edilməsini istəyiblər.
Sözügedən mahnı “Empire State of Mind” mahnısıdır.
Mahnıda keçmişdə ağdərililərin qaradərililəri kənarlaşdırmaq üçün işlətdiyi sözlər istifadə olunub.
Qeyd edək ki, “Miss Universe” müsabiqəsinin təşkilatçıları və Viktoriya Kjaer Theilviqdən hələlik heç bir açıqlama yoxdur.
Onu da vurğulayaq ki, noyabrın 16-da Meksikanın paytaxtı Meksikada keçirilən yarışmada 120 nəfər arasında seçilən Victoria Kjaer Theilvig 73-cü Kainat Gözəli seçilib.
Orxan Saffari
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 29 Noyabr 2024 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















