Icma.az
close
up
RU
“Miss Kainat 2026” gözəllik müsabiqəsində qalmaqal düşdü

“Miss Kainat 2026” gözəllik müsabiqəsində qalmaqal düşdü

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Miss Kainat-2026” gözəllik müsabiqəsində İsraili təmsil edən 25 yaşlı Daniel Yablonka beynəlxalq qalmaqalın mərkəzinə düşüb.

Modern.az xəbər verir ki, model Puerto-Rikoda keçirilən müsabiqənin milli geyimlər mərhələsində Qüdsün İçərişəhərinin təsvir olunduğu və üç dildə “Sülh” yazılmış geyimdə səhnəyə çıxıb. Onun çıxışı zamanı zalda fit səsləri və narazılıq nidaları eşidilib. Bu hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Hadisə noyabrın 21-də, müsabiqənin ənənəvi milli geyimlər nümayişi zamanı baş verib.

Yablonka səhnəyə qiymətli daşlarla bəzədilmiş qızılı geyimdə, başında möhtəşəm tac və üzərində Qüdsün İçərişəhərinin təsviri olan uzun plaşla çıxıb. Plaşın üzərində “Sülh” sözü ingilis, ivrit və ərəb dillərində yazılıb.

“Where the Desert Blooms” (“Səhranın çiçəkləndiyi yer”) adlanan geyimin müəllifi Los-Ancelesdə çalışan, Qüdsdə anadan olmuş dizayner Ceykob Meirdir. Plaşın daxili hissəsində zeytun ağacları və Yaffanın portağallarının təsvirləri yer alıb. Dizaynerin ideyasına əsasən, bu kompozisiya İsrailin tarixi irsini, mədəni müxtəlifliyini və gələcəyə olan ümidi simvolizə etməli idi.

Geyimi təqdim edən aparıcı obrazı tarix və müxtəlif mədəniyyətlərin qovuşduğu, hətta səhranın belə çiçəkləndiyi torpağa ehtiram kimi xarakterizə edib. O, həmçinin bu obrazın quraq ərazilərin inkişaf etmiş kənd təsərrüfatı bölgələrinə çevrilməsinə həsr olunduğunu bildirib.

Lakin davam edən İsrail-Fələstin münaqişəsi fonunda sülh mesajı tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. Yablonka plaşını nümayiş etdirərkən zalda fit səsləri və etiraz nidaları eşidilib.

Bəzi tamaşaçılar builki müsabiqədə Fələstinin təmsil olunmamasına, Qüdsün isə yalnız İsrail iştirakçısının geyimində təqdim edilməsinə etiraz ediblər.

Geyimin simvolikası sosial şəbəkələrdə də mübahisələrə səbəb olub.

Daniel Yablonka isə israillilərlə fələstinlilərin dinc yanaşı yaşamasının mümkünlüyünə inandığını bildirib.

Model geyiminin hər hansı xalqın tarixini və ya mədəni irsini silmək cəhdi kimi nəzərdə tutulmadığını da vurğulayıb.

Maraqlıdır ki, Yablonka özü səhnədə fitə basılması ilə bağlı yayılan məlumatları təkzib edib.

O, İsrailin “Channel 12” telekanalına müsahibəsində çıxışı zamanı yalnız alqış səsləri eşitdiyini, internetdə yayılan videoların isə montaj edilmiş ola biləcəyini bildirib.

Daniel Yablonka Mayamidə anadan olub, 2024-cü ildə isə Təl-Əvivə köçüb. 2026-cı ildə “Miss İsrail” milli müsabiqəsi ləğv edildiyindən ölkəni beynəlxalq yarışmada təmsil edəcək iştirakçı xüsusi seçim komitəsi tərəfindən müəyyənləşdirilib. Yablonka iyulun 2-də Mayami-Biçdəki Florida Yəhudi Muzeyində rəsmi olaraq taclandırılıb.

“Miss Kainat” müsabiqəsinin 75-ci buraxılışının finalı noyabrın 24-də Puerto-Rikoda keçiriləcək. Dünyanın müxtəlif ölkələrindən 116 iştirakçı müsabiqənin qalibi olmaq uğrunda mübarizə aparır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Noyabr 2026 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri