Missiyanın Azərbaycan ərazilərini binoklla izləmələri qanuna ziddir ŞƏRH
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avropa İttifaqına sərt nota göndərilməli və xəbardarlıq edilməlidir ki, bu müşahidələrin davam edəcəyi təqdirdə Azərbaycan öz suveren hüquqları çərçivəsində lazımi addımları atacaq
Avropa Birliyinin Müşahidə Missiyasının üzvlərinin qanunsuz şəkildə Azərbaycanı müşahidəsinin qarşısını almaq üçün uzaq məsafədən onlara xəbərdarlıq atəşi belə açılmalıdır
Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər. Avropalı müşahidəçilər fevralın 17-də növbəti dəfə Qazax rayonu ilə həmsərhəd əraziyə gəliblər. Onlar avtomobillərlə yol boyu hərəkət edib, binoklla Azərbaycan ərazilərini müşahidə ediblər. Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini nəzarət altında saxlayıb və qeydə alıb.
Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır. Bu barədə Azərbaycan mətbuatında məlumatlar və görüntülər yayılır. Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı daha iki il - 19 fevral 2027-ci ilədək uzadılıb.
Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a vurğulayıb ki, artıq Azərbaycan dövlətinin daha sərt addımlar atmasının vaxtıdır:

“Yəni Avropa Birliyinin Müşahidəçi Missiyasının nümayəndələri faktiki olaraq Azərbaycanın suveren ərazilərində qeyri-qanuni müşahidələr aparır. Onlar Ermənistan ərazisində yerləşdiklərini hesab etdiklərinə baxmayaraq apardıqları müşahidələr Azərbaycana yönəlikdir. Bu isə Azərbaycanın dövlət suverenliyinə qəsddən başqa bir şey deyil. Ona görə də Azərbaycan dövləti onlara yerini göstərməlidir. Düşünürəm ki, Avropa İttifaqına sərt nota göndərilməli və xəbardarlıq edilməlidir ki, bu müşahidələrin davam edəcəyi təqdirdə Azərbaycan öz suveren hüquqları çərçivəsində lazımi addımları atacaq. Fikrimcə, Avropa Birliyinin Müşahidə Missiyasının üzvlərinin qanunsuz şəkildə Azərbaycanı müşahidəsinin qarşısını almaq üçün uzaq məsafədən onlara xəbərdarlıq atəşi belə açılmalıdır. Onların Ermənistan ərazisində hansı işləri gördükləri bizə maraqlı deyil. Lakin Azərbaycan ərazilərini binoklla izləmələri qanuna ziddir və Azərbaycanın suveren hüquqlarına təcavüz sayılır. Həmçinin Ermənistan hakimiyyətinə də xəbərdarlıq göndərilməlidir ki, onların ərazisindən istifadə edərək üçüncü tərəflər Azərbaycanı müşahidə altında saxlayırsa, bu bizim rəsmi İrəvana gərəkli cavabı verməyimizi zərurətə çevirir. Ermənistan ağlını başına yığmalı və təxribatlardan yayınmalıdır. Əks təqdirdə Azərbaycan onlara yerini göstərmək məcburiyyətində qalacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 18 Fevral 2025 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















