Icma.az
close
up
RU
Professor: Qərbi Azərbaycan ərazilərini də boşalda bilərlər

Professor: Qərbi Azərbaycan ərazilərini də boşalda bilərlər

Icma.az, Reyting.az saytına istinadən bildirir.


“Azərbaycan prezidenti İlham Əliyev peşəkar siyasətçi, hətta deyərdim ki, siyasi ssenarist, qrossmeysterdir. Çox vaxt baş rolda özü olsa da, bəzən mesajları da özü ötürür. Mən deyərdim ki, prezident Yeni Dünya Düzəni uğrunda gedən prosesləri incəliklərinə qədər bilir, düzgün proqnozlaşdırır və bu prosesin memarlarından biridir”.

Bu fikirləri “Reytinq” qəzetinə professor Cümşüd Nuriyev Azərbaycan prezidenti İlham Əliyevin ADA Universitetində təşkil olunan “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumdakı çıxışını şərh edərkən deyib.
C. Nuriyev bildirib ki, İ. Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycanın Pakistan, İsrail və Türkiyə kimi güclü müttəfiqləri var:
“Digər tərəfdən, həm 44 günlük müharibə zamanı, həm də ondan sonrakı dövrdə prezidentin apardığı siysət nəticəsində Azərbaycan faktiki olaraq, Rusiyanı neytrallaşdıra bildi. Daha sonra heç kimin gözləmədiyi halda Fransaya meydan oxudu, onun anti-Azərbaycan və qərəzli siyasətini tərkisilah etdi. Avropanın ən qədim dövlətlərindən olan Fransanın özü də Azərbaycanın belə addımlar atacağını gözləmirdi. Eyni zamanda Azərbaycanın ABŞ, Çin və Rusiya ilə çox yaxşı münasibətləri var”.
Professor əlavə edib ki, Azərbaycan prezidenti sözü harada və niyə dediyini yaxşı bilir: “Mən hesab edirəm ki, prezidentin forumdakı çıxışı əslində, yaxın beş ildə Azərbaycanın yerinin və rolunun nədən ibarət olduğunu göstərir. İlham Əliyev dünyada gedən prosesləri diqqətlə izləyir, eyni zamanda bu proseslərin mərkəzindədir, öz dövlətinin maraqlarını böyük ustalıqla qoruyur və təmin edir. Açığı, bu, 10 milyonluq ölkə üçün çox böyük uğurdur”.
C. Nuriyev qeyd edib ki, sözügedən forumda Azərbaycan lideri Ermənistanla mümkün sülh sazişinə toxunub və topun Ermənistanın qapısında olduğunu deyib:
“Azərbaycan sülh sazişinin öz maraqlarına uyğun şəkildə olmasını istəyir və bu, təbiidir. Bunun üçün də Ermənistan konstitusiyasını dəyişməli və Azərbaycana qarşı ərazi iddiasını ana sənədindən çıxarmalıdır. Eyni zamanda Zəngəzur dəhlizini açmalıdır”.
Professor bildirib ki, Azərbaycan dövlət başçısının apardığı siyasət Ermənistanı fakt qarşısında qoyub:
“Prezident açıq mesaj verdi ki, top Ermənistanın sahəsindədir. Başqa sözlə, Azərbaycan istəsə Ermənistanın qapısına 11 metrlik cərimə təyin edə və bunun da nəticəsi pis ola bilər. Hesab edirəm ki, bu reallığı Ermənistan rəhbərliyi də anlayır. Odur ki, verilən mesajları diqqətə almalıdır”.
C. Nuriyev sonda əlavə edib ki, qədim Azərbaycan torpağı olan Qərbi Azərbaycandan azərbaycanlıların deportasiya prosesini ermənilər 160 ilə həyata keçirib: “1828-ci ildən başlayaraq açıq və gizli yollarla qədim torpaqlarımızdan soydaşlarımız deportasiya edildi, yer və yurdlarından oldular. Azərbaycan prezidenti isə cəmi 3 il ərzində Qarabağla bağlı heç kimin gözləmədiyi və inanmadığı siyasət həyata keçirməklə ərazini təmizlədi. Bu baxımdan baş verənlər hamıya, əsasən də ermənilərə dərs olmalıdır. Əks təqdirdə, 10 ildən sonra Qərbi Azərbaycan ərazilərini də boşalda bilərlər”.
Y. QACAR
Reyting.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://reyting.az
archiveBu xəbər 11 Aprel 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri