Icma.az
close
up
RU
Mixail Rostovskidən şok etiraf: “2026 cı il Rusiya üçün...”

Mixail Rostovskidən şok etiraf: “2026 cı il Rusiya üçün...”

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyanın "Moskovskiy Komsomolets” qəzetində Mixail Rostovski imzası ilə dərc olunan analitik yazıda Rusiya ilə ABŞ arasında Ukrayna böhranı ilə bağlı formalaşan yeni güc balansı təhlil olunur.

"Cebheinfo.az" xəbər verir ki, Kremlin siyasətini tam dəstəkləyən Rostovski, Vladimir Putinin 27 dekabrda Donbasdan Ukrayna qoşunlarının çıxarılması ilə bağlı söylədiyi “bu mövzuya marağımız faktiki olaraq sıfıra enir” ifadəsi ilə Donald Trampın Zelenski ilə görüşü zamanı dediyi “razılaşmanı indi etmək daha yaxşıdır” sözlərini yanaşı qoyaraq, Moskva ilə Vaşinqtonun münaqişənin gələcəyinə dair baxışlarının açıq şəkildə yaxınlaşdığını qeyd edir.

O bildirir ki, Zelenski Floridadakı təmaslarında danışıqlar gündəliyini öz xeyrinə çevirməyə çalışsa da, Tramp onu “reallığa” qaytarıb.

Rostovskiyə görə, 2025-ci il ərzində ABŞ-nin Ukrayna siyasətində müəyyən zigzaqlar müşahidə olunsa da, Trampın əsas yanaşması dəyişməyib.

Müəllif bu yanaşmanı belə ümumiləşdirir:

“Putinin əlində çoxlu “kozır” var, Zelenskinin isə demək olar ki, heç nəyi yoxdur”. 

Bu səbəbdən Rostovski hesab edir ki, müharibənin gedişatını “yarısı dolu, yarısı boş stəkan” bənzətməsi ilə şərh etməyin artıq mənası qalmayıb.

Putinin “bütün vəzifələri hərbi üsullarla həll edərik” açıqlaması ilə Trampın “bəzi bölgələr bir neçə ay ərzində tamamilə ələ keçirilə bilər” sözləri 2026-cı ildə gözlənilən danışıqlar prosesinin sərhədlərini indidən cızır.

Rostovski vurğulayır ki, Zelenski 2025-ci il ərzində Putinin bütün təkliflərinə “hər zaman yox” deyib, lakin “hadisələr onu sürükləyib”.

O qeyd edir ki, Avropa və Kiyev artıq açıq şəkildə “danışıqlar mərhələsinə” keçib. 

Rostovski Zelenskinin bu vəziyyətini Elizabet Kübler-Rossun beş mərhələli modeli ilə izah edir.

Onun fikrincə, Kiyev inkar və qəzəb mərhələlərini geridə qoyub, lakin depressiya və qəbul mərhələləri hələ başlamayıb,hazırda “danışıqlar” dalana sıxışıb qalıb.

Bu kontekstdə müəllif “siyasi küləyin arxamızdan əsdiyini” bildirərək, Rusiyanın danışıqlar mühitinə üstün mövqedən daxil olduğunu iddia edir.

Rostovski bildirib ki, 2026-cı il Rusiya üçün çətin ola bilər, lakin mövcud geosiyasi küləyin istiqaməti həlledici əhəmiyyət daşıyır.

Müəllifin fikrincə, Ukrayna böhranının həlli hələ tam aydın deyil, lakin Kiyevin geri dönüşü olmayan şəkildə “danışıqlar mərhələsinə” itələnməsi 2025-ci ilin ən mühüm nəticəsi olub.

O hesab edir ki, müharibə davam etsə də, həll yolu ilk dəfə olaraq görünən beynəlxalq çərçivə qazanıb və bu çərçivədə Rusiyanın mövqeyi nəzərəçarpacaq dərəcədə güclənib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Yanvar 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri